Şakir Yaqubovun 75 illiyi qeyd olundu

Şakir Yaqubovun 75 illiyi qeyd olundu
25 fevral 2026
# 17:20

Fevralın 25-də Azərbaycan Mətbuat Şurasında tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun 75 illiyi qeyd olunub.

Kulis.az xəbər verir ki, anım tədbirində mərhum jurnalistin qələm dostları, iş yoldaşları, yetirmələri və ailə üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid tanınmış qələm sahibinin söz sənətinə bütün varlığı ilə bağlı olduğunu, jurnalistikanı həyat amalına çevirdiyini qeyd edib.

Onun sözlərinə görə, Şakir Yaqubov peşəsini yalnız icra etmirdi, onu yaşayır və yaşadırdı: “O, müxtəlif janrlarda yazdığı kitablar və çoxsaylı qəzet məqalələri ilə mətbuat tarixində özünəməxsus iz qoyub. Şakir Yaqubov istedadlı müəllif olmaqla yanaşı, redaktorluq sənətinin də incəliklərini dərindən bilən peşəkar idi. Onun redaktəsindən keçən yazılar sanki yenidən formalaşır, zəif görünən mətnlər belə daha dolğun məzmun və ifadə gücü qazanaraq oxucuya təqdim olunurdu. O, sözə həssas yanaşması və peşəkar ustalığı ilə hər zaman nümunə göstərilən sənətkar kimi xatırlanacaq”.

Əməkdar jurnalistlər Tahir Aydınoğlu, Elşən Əliyev, Əntiqə Qonaq, Əməkdar mədəniyyət işçiləri Müsəllim Həsənov, Qüdrət Piriyev və digər natiqlər Şakir Yaqubovun zəngin yaradıcılığından və ustadlıq missiyasından söz açıb, bu gün Azərbaycan mətbuatında çalışan bir sıra istedadlı jurnalistlərin yetişməsindəki xidmətlərini xatırlayaraq, xoş xatirələrini bölüşüblər.

Çıxışçılar diqqətə çatdırıb ki, Şakir Yaqubov Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatına, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” mükafatlarına, 10-dək yaradıcılıq müsabiqəsinin mükafatlarına layiq görülüb. O, iki dəfə Əməkdar mədəniyyət işçisi və “Azərbaycan Respublikasının fəxri auditoru” adını alan yeganə jurnalistdir.

Tədbirin sonunda Şakir Yaqubovun “Taleyimdən keçənlər”, “Yaddaşımın küncündən…”, “Bir az da futbol(umuz)dan”, “Banişevski olduğu kimi” kitabları iştirakçılara təqdim olunub.

# 961 dəfə oxunub

Oxşar xəbərlər

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

10:15 26 avqust 2026
Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər