“Ədəbiyyat qəzeti”nin 13 avqust sayında nələr var? - ANONS

“Ədəbiyyat qəzeti”nin 13 avqust sayında nələr var? - <span style="color:red;">ANONS
12 avqust 2016
# 22:16

“Ədəbiyyat qəzeti”nin 13 avqust sayında oxuya bilərsiniz:

Fazil İsgəndərin “Bir qoca ilə bir qarı vardı” hekayəsi Ağaddin Babayevin tərcüməsində, Kamran Nəzirlinin “Ağ kölgə” hekayəsi, Türkiyənin məşhur “Yaradıcı okuyuculuq” atölyesinin qurucusu, yazıçı Onur Caymazın “Ədəbiyyat qəzeti”nə verdiyi “Ədəbiyyatda dünya səviyyəsində bir yer əldə etmək zamanın müəyyənləşdirdiyi məsələdir” müsahibəsi, Mətanət Vahidin “Mütaliəni dəbə çevirək” rubrikasında psixoloq Dəyanət Rzayevlə “Kitabsız dünya rəngsiz olardı” müsahibəsi, Azər Turanın “Modernizm dalğası” silsiləsindən “Fəryadın metafizikası: Munk və Hadi” yazısı, Rüstəm Kamalın Çingiz Aytmatov haqqında “Yalqız atlının türküsü” məqaləsi, Elnarə Akimovanın gənc şairlərdən bəhs edən “Yeni şeir və duyğuların izi ilə” məqaləsi, Ziyad Quluzadənin “Modernizm” qovluğundan Sizifvari qeydlər” məqaləsi, İradə Musayevanın Belarus mətbuatına verdiyi müsahibə: “Əlinizlə insan nəbzini tutun” müsahibəsi (müsahibə Nobel mükafatı laureatı Svetlana Aleksieviçin “Müharibənin qadın üzü yoxdur” əsəri barədədir), Məmməd İsmayılın təqdimatında cənublu şair Çalğın Məhəmmədin şeirləri, Günel Eyvazlının “Biz oxucunu harda axtarırıq” yazısı, “Mən necə yazıçı oldum” rubrikasında Mirmehdi Ağaoğlunun Saday Budaqlı ilə müsahibəsi, Kənan Hacının “Sürrealist yuxular” essesi, Vaqif Yusiflinin xalq şairi Qabilin 90 illiyinə “Unudulmaz Qabilimiz” məqaləsi, Rəhim Əliyevin “Sözlə ucalan Musa Yaqub” məqaləsi, Mahir Qarayevin Salam Sarvan barədə “Fikirli gördüyüm fikir adamı” yazısı, Rafiq Həşimovun “Tarix” essesiSəlim Babullaoğlunun Rafiq Həşimov barədə yazdığı “Sözə sevgi ilə yanaşan adam” məqaləsi, Azər Qismətin “Saramaqonun “Təxirə salınmış ölüm”ü məqaləsi, Mətləb Ağanın “Tolstoyun keçmişindən Haynlaynın gələcəyinədək və ya Aduyevlərin ən adi əhvalatları barədə” essesi, Əyyub Qiyasın tərcüməsində ədəbiyyat üzrə iyirmi beşinci nobelçi Bernard Şounun “Kostyumerin sirri” hekayəsi, Xatirə Nurgülün tərcüməsində Lui Araqonun “Kor adam” hekayəsi, poeziya bölümündə Mübariz Məsimoğlunun, Elşad Ərşadoğlunun, Günel Xəzəlin, Gülsadə İbrahimlinin şeirləri, Ziyadxan Əliyevin “Səttar Bəhlulzadə fenomeni” yazısı.

Eləcə də dünya və Azərbaycandan ən son ədəbiyyat xəbərlərini oxuya bilərsiz.

# 1216 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #