Məxfi sənədlər əsasında yazılan roman dilimizə çevrilir

Məxfi sənədlər əsasında yazılan roman dilimizə çevrilir
11 fevral 2021
# 10:30

Məşhur Azərbaycan yazıçısı Çingiz Huseynovun "Doktor N" romanı rus dilindən tərcümə olunur.

Kulis.azın verdiyi xəbərə görə, tərcüməçi İlqar Əlfinin dilimizi çevirdiyi roman 20-ci əsrin ən tanınmış ictimai-siyasi xadimlərindən olan Nəriman Nərimanovun həyat və fəaliyyəti barədədir. Əsərdə birinci şəxsin dilindən nəql olunur. Baş qəhrəman hadisələri, öz yazılarını səliqəyə salarkən, ömrünün sonuna yaxın danışır. Romanda o dövrün Azərbaycanla əlaqədar olan ən məşhur simaları ilə rastlaşacaqsınız, hadisələr Nərimanın otuz yaşından ölümündək cərəyan etmiş tarixi dövrü əks etdirir.

“Doktor N” 1991-ci ildə məxfiliyi götürülmüş sənədlər əsasında qələmə alınıb və çox şeyə aydınlıq gətirir.

Oxucuda, o dövrlə müasir hadisələr arasında yaxınlıq, hətta, bəzən eynilik assosiasiyası yaranır.
Əsərin sirf rusdilli auditoriya üçün yazıldığından, onu dilimizə çevirmək üçün İlqar Əlfioğlu romanı öz oxucumuza təqdim edərkən, öz işinə yazıçının məsləhəti ilə "müəllif tərcüməsi" kimi yanaşıb.

Kitabı yaya qədər oxuculara təqdim etmək planlaşdırılır.

# 1936 dəfə oxunub

Müəllifin son yazıları

# # #