Sovet kinosunun seks-simvolu
13 noyabr 2012
08:30
Andrey Xaritonov “Ovod” filmindəki Ovod roluna görə Komsomol mükafatı, Şevçenko adına mükafat, Monte-Karloda ən yaxşı kişi roluna görə “Qızıl Nimfa” alıb. Qalan digər mükafatları çəkildiyi başqa obrazların payına düşür.
Dörd yaşından başlanan sevgi
Andrey Xaritonov 1959-cu ildə Kiyevdə anadan olub. Valideynlərinin incəsənətə qətiyyən aidiyyəti olmayıb. Atası mühəndis, anası isə müəllimə idi. Andrey fizika-riyaziyyat təmayüllü orta məktəbdə təhsil alırdı, amma gözəl rəsm çəkmək qabiliyyəti də vardı. Ona görə də gələcəyini xəyalən memarlıqla bağlayırdı.
Amma bir istəyi də vardı - kino. Kinoya isə hələ dörd yaşından “Fanfan-Tulpan” filminə baxdıqdan sonra vurulmuşdu. Bu vurğunluq orta məktəbi bitirəndə qərara çevrildi və Andrey teatr institutuna qəbul olundu.
İkinci kursun sonlarında Andrey birdən-birə qərarının düzgünlüyünə tərəddüd etməyə başladı və istədi ki, memarlıq institutuna keçmək istəyi barədə ərizə yazsın. O, bu düşüncədə ikən tale tamam başqa bir şey diktə etdi. Rejissor Nikolay Maşenko ona “Ovod” televiziya filmində Rivaresi oynamaq təklif etdi.
Ovod onun ən ilk və ən mürəkkəb obrazı oldu. Xaritonov özü bu barədə deyir: “Həmin filmin çəkilişlərinin başlanması mənim ad günümlə üst-üstə düşdü. 20 yaşım olurdu və rola daxil olmağım üçün həmin gün məni mağarada divara bağlı vəziyyətdə qoydular, çəkiliş qrupu isə nahar fasiləsinə çıxdı. Həmin an anam gəlib çıxdı, rejissor onu kənara çəkib “əgər oğlunuzun böyük aktyor olmasını istəyirsinizsə, onun bu sınağına siz də dözməlisiniz”,-dedi. Hamı getdi, qrim sexinin rəhbəri gizlicə gəlib mənə həm ad günüm münasibəti ilə, həm də donmayım deyə bir az araq verməsəydi yəqin ki, mən bu sınaqdan yaxşı çıxmazdım. İçib sakitcə qandallarda, suyun içində Ovod olma prosesini yaşadım”.
Tərəddüdün taleyə süqutu
Andrey Xaritonovun bəxti gətirdi, pedaqoqlarının Ovod barədə ona öyrətdikləri ilə rejissor Maşenkonun düşüncələri üst-üstə düşürdü. Ovod ilkin variantdan çox da uzaqlaşmadan yeni düşüncənin məhsulu oldu. Bu yolda Andreyə tərəf müqabilləri Sergey Bondarçukla Anastasiya Vertinskaya da az kömək etmədilər. Onların inam və etibarı sənətə başlamaqda olan aktyora çox böyük dəstək idi.
Bu filmə görə aktyor çox mükafatlar aldı, amma özü də etiraf edir ki, ən böyük mükafat tamaşaçı sevgisi idi. Andrey Ovodla ümumittifaq məhəbbəti qazandı. Filmin ilk seriyası nümayiş olunan günün səhəri Andrey Xaritonov küçədə bir addımını belə rahat, dayanmadan ata bilmirdi. Onu hər addım başı saxlayıb nə isə deyir, yaxud sakitcə bağırlarına basırdılar. Elə bil əllərinə konkret olaraq Ovodun özü düşüb. Bununla belə Andrey Xaritonov bu gün də şəxsi avtomobil almayıb, həmişə Sovet yazıçılarına xas şəkildə xalqın arasında olmağı xoşlayır, ictimai nəqliyyatla, xüsusilə metro ilə gedib-gəlir: “Mən metroda özümü suda balıq kimi hiss edirəm. Tamaşaçılar da əvvəlki kimi tanımırlar məni. Əvvəl hər addımda “Ovod”, “Gözəgörünməz adam” filmlərinin qəhrəmanı kimi qarşılanardım, indi həmin filmlərə baxan tamaşaçı elə bilir ki, ölmüşəm. Elə bilirlər ki, mən o aktyor deyiləm. Yəqin yaxşı aktyoram ki, kinodakı adama bənzəmirəm və bir rolum o birini xatırlatmır”.
Bu roldan sonra Andrey Xaritonov çox obrazlar oynadı kinoda. Fərqli obrazlar və tamam ayrı-ayrı sosial mühitin adamlarını yaratdı, amma hər birində Ovodla başlanan bir xətt davam edirdi – lirik qəhrəman.
Andrey özü ən sevimli rolları sırasında Maksim Qorkinin əsərləri əsasında çəkilmiş “Klim Samqinin həyatı” filmindəki Turoboev rolunun adını çəkir.
“Əvvəl yox, indi seks-simvolam”
Andrey Xaritonov 1983-cü ildə Kiyevdəki mənzilini Moskvaya dəyişir və Kiçik teatra işləmək üçün müraciət edir. Teatrın rəhbəri bu müraciəti istehza ilə qarşılayır: “Balam, sən ki kino ulduzsan neynirsən teatrda işləməyi?”
Andrey Xaritonov “artist olmaq maraqlıdır, özümü yoxlamaq istəyirəm”,-deyə cavab verir. Mixail Sarev “hə, maraqlıdır, yoxla”,-deyə gülümsəyir.
Onun teatr fəaliyyəti kino fəaliyyətindən geri qalmırdı. Yalnız tamaşalarda rollar oynamırdı Xaritonov, teatrda onun adı ilə yeni layihələr üzə çıxırdı. Yeni planlar, layihələr... Amma bir gün kino rejissoru ona “ya layihələrinlə məşğul ol-teatrda qal, ya da kinoda”,-deyə hökm oxuyur.
“Mən Kiçik Teatrın truppasını kinoya qurban verməli oldum. Mən gedəndə teatrın rejissoru dizinə vurub “niyə məhz kim arzu olunandırsa o, teatrdan gedir?”, –dedi. Minskdə, Yaltada səhnəyə qoyacağım tamaşaların dekorasiyaları “yetim” qaldı”.
Andrey kinonu həmişə incəsənətin ən yüksək janrı hesab edib. Onun sevimli məşğuliyyəti də kinolara baxmaqdır. 80-ci illərdə hələ Hollivudun Sovet məkanı üçün qapalı olduğu bir vaxtda Xaritonovun baxmadığı Hollivud filmi yox idi. “Bakirəlik epoxası” onun ən çox sevdiyi filmdir.
Bu məhəbbətin nəticəsi isə “Ehtiras yanğısı” filmi oldu. Andrey Xaritonov ssenarini də yazdı, maliyyə də tapdı və filmi çəkdi. Film “rejissor debütünə görə”, “seçilmişlər arasında ən yaxşı filmə görə” mükafatlarını müxtəlif festivallarda aldı.
Sonralar Andrey Xaritonov televiziyada da, teatrda da çalışır, amma kino həmişəki kimi onun əbədi işi olur. Bir-birinin ardınca çəkilir və özü film çəkir.
Andrey Xaritonov çox az Rusiya aktyorlarındandır ki, onun şəxsi həyatı barədə heç kim heç nə bilmir, çünki aktyor özü bu barədə heç vaxt təfsilata varmır. Hələ o vaxtlardan ki onu Sovet kinosunun seks-simvolu hesab edirdilər, Xaritonovun kiminlə harda olduğunu heç kim bilmirdi. Məlum olan odur ki, xanımının adı Olqadır və onların övladları olmur.
Həyatının və yaradıcılığının bir dövründə Andrey Xaritonov içkiyə qurşandı. Bir neçə il bu aludəçilik davam etdi və aktyor o illəri itirilmiş hesab edir. Nə yaxşı ki, özündə güc tapıb bu zərərli vərdişdən xilas ola bildi. Bunun üçün aktyor özü həkim tapıb müalicə olundu.
Ömrünün ahıl yaşında Andrey Xaritonov bir qənaətə gəlib: “Əgər səni xatırlayır və sevirlərsə onları məyus etməyə haqqın yoxdu. Öz həyatını yaşa, amma səni sevənləri də sevindirməyi bacar, həyatın mənası budur ”.
Andrey Xaritonov indi özünü gəncliyində olduğundan daha cazibədar hesab edir: “Bir vaxtlar mənə Sovet kinosunun seks-simvolu deyənlərə gülməyim tuturdu. O qırışları, kişilik rəmzlərini ki bir vaxtlar üzümdə qrim vasitəsilə alırdılar, indi onlar öz simamda var. Əsl seks-simvol indiki vəziyyətimdir”.
Ramilə Qurbanlı
Digər yazılar:
“Səni heç kim kinoya çəkməz, Nikulin”
İlk sevgi, intihar, ağ ciyər xərçəngi
Sədaqətli ərin tənha ölümü
Stalinin aktyor etdiyi Morqunov
Yoqanın məhv elədiyi məşhur aktyor

3310 dəfə oxunub
Oxşar xəbərlər
2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub
10:30
14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq
09:20
13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı
18:12
12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi
17:26
12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları
12:44
12 dekabr 2024
“Şimalda kino günləri” layihəsi başa çatdı
10:45
12 dekabr 2024