“Onda gözəl xanımlara güclü meyl vardı” - MÜSAHİBƏ
26 aprel 2011
11:03
KULİS.AZ-IN DOSYESİ: Abdullayev Namiq Ələkbər oğlu - nasir, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
1928-ci il martın 3-də Azərbaycanın Xızı rayonundakı Darzarat kəndində anadan olub. Orta məktəbi Siyəzən (indiki Dəvəçi) rayonunun Xişkədar kəndində qurtarıb(1947).
Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsilini davam etdirmişdir (1948-1952). Siyəzən şəhərindəki C.Cabbarlı adına məktəbdə ingilis dili müəllimi olmuşdur (1952-1960). Bakıda Uşaq və Gənclər nəşriyyatında redaktor (1960-1961), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində məsul buraxıcı, redaktor, böyük redaktor, baş redaktor vəzifələrində çalışmış (1961-1988), təqaüdə çıxmış, yaradıcılıqla məşğul olmuşdur.
Ədəbi fəaliyyətə 50-ci illərdən başlamışdır. Onun fantastik hekayələri, povest və nağılları «Göyərçin», «Pioner» jurnallarında, «Azərbaycan pioneri», «Ədəbiyyat və incəsənət» qəzetlərində müntəzəm çap edilir. «Tərs gün» və «Giberlandiya» pyesləri Sumqayıt, Lənkəran və Şəki Dövlət Dram teatrlarında tamaşaya qoyulmuşdur (1987). «Sehirli oğlan» (1960), «İtirilmiş dünya» (1962), «Balaca Kiberin macəraları» (1966), «Gecələr uzanaydı» (1980), «Piyada vəzirə çevrilir» (1987) kitabları kütləvi tirajla nəşr olunmuşdur.
1992-ci il sentyabrın 22-də vəfat etmişdir..
Namiq Abdullayev hələ sağlığında qalmaqalları ilə gündəmdə bir yazar olub. Onun ailəsiylə görüşəndə məhz məsələnin bu tərəfini aydınlaşdırmağa çalışdıq.
- Firəngiz xanım, Namiq müəllimi necə xatırlayırsınız?
- Namiq müəllimi mən hər şeydən əvvəl müəllimim kimi xatırlayıram. Çünki, Namiq Abdullayev mənə orta məktəbdə ingilis dili fənnini tədris edib. Hamımız, bütün şagirdləri Namiq müəllimə qibtə edirdilər, hörmət göstərirdilər. Mən də onlar kimi. Heç ağlıma da gəlməzdi ki, nə vaxtsa biz ailə həyatı qura bilərik. Onu hörmətə mindirən heç şübhəsiz ki, intellekti idi. Ona hardan sual versən, o, sənə həmin anda sənin sualına dolğun bir şəkildə cavab vermək iqtidarında idi.
Hansı fənndən sual verməyindən asılı olmayaraq Namiq müəllim sənə o sahə haqqında kifayət qədər dolğun məlumat verirdi. Ingilis dili isə onun əsas sahəsi idi. Və o, həmin dili mükəmməl bilirdi. Olur, qız uşaqları öz müəllimlərinə İlahi bir qüvvə kimi baxırlar. O, məndən on iki yaş böyük idi. Baxırdıq ki, Namiq müəllim çox dünyagörüşlü, ağıllı, savadlı bir şəxsiyyətdir və bu xüsusiyyətləri onu bizim gözümüzdə daha da böyüdürdü. Belə baxanda çox da yaraşıqlı – filan da deyildi, amma dünyagörüşü, intellekti onu sözün həqiqi mənasında bizim gözümüzdə böyüdürdü.
Hamımız ona valeh idik. Təbii ki, mən də... Amma bundan nə mənim, nə də onun özünün xəbəri var idi. Həm də biz yerli idik. Tale belə gətirdi ki, mən onuncu sinifi bitirməmiş Allah rəhmət eləsin Namiq müəllimin anası çox əziyyətlər görmüş bir qadın idi, otuz yeddinci ildə Namiqin atasını sürgün eləmişdilər və iki aydan sonra da güllələmişdilər və həmin qadın çox əziyyət çəkmişdi, mənə elçi gəldi. On altı yaşındaki qız uşağının xəyalları, gələcəyə baxışı vardı. Planlarım vardı, oxumalı, sənət sahibi olmalı idim. O dövrün insanları indiki kimi deyildi axı. Şərait tamam başqa idi onda. Belə xəyallarla yaşadığım bir anda mənə elçi gəldi. Mənim qaynanam rəhmətlik Nərgiz xanım gəlib məni atamdan istəyəndə bildirdi ki, narahat olmayın, qızımız təhsil də alacaq. Biz onu oxutduracağıq da.
Oxumaq istəsə biz onun qarşısını kəsməyəcəyik. əksinə şərait yaradacağıq ki, o, ali təhsil alsın. Nə isə, bax belə, may ayında elçilər gəldi, noyabr ayında biz Namiq müəllimlə ailə həyatı qurduq. O vaxtın toyları da bir qarmondan ibarət idi. Yaşadıq, bir qızımız oldu, Ədibə xanım. Ədibə xanım indi elmlər namizədidir. Artıq özü də nənədir, bir oğlu, iki nəvəsi var.
Daha sonra Tünzalə xanım dünyaya gəldi. O da o zamanlar Azərbaycan Dövlət Universitetinin(indiki BDU - nun) tarix fakultəsinə daxil oldu və oranı bitirdi. Ora daxil olmaq və oranı bitirmək sözün əsl mənasında insan həyatında bütün sahələrdə yaşıl işığın yanmasına bir səbəb idi. O da ailə qurub, iki oğlu var. Artıq oğlunun da övladı var. Nənədir.
Şükür Allaha. Naşükürlük etmək lazım deyil. On ildən sonra bir oğlumuz dünyaya gəldi: Ələkbər. Həmin dövrdə mən təhsil alırdım, artıq Siyəzəndən Bakıya köçmüşdük. Çətinliklər var idi, bütün ailənin qayğıları mənim üzərimdəydi. O da Azərbaycan Neft Kimya İnstitutunu (indiki ADNA) bitirib. Ailəlidir, uzun müddətdir ki, xaricdə yaşayır. Fransa vətəndaşıdır. Amma Azərbaycanla əlaqələrini heç vaxt kəsməyib. Hər zaman gəlir, görüşürük.
Həmişə oxumuşam, həmişə dünyagörüşümü artırmışam. Bunu Namiq müəllimin özü də çox istəyirdi. Onun üçün oxumaq, mütaliə etmək, intellekti daim inkişaf etdirmək ən ümdə vəzifə sayılırdı. Namiq bu dünyanın adamı deyildi. O, ev olsun, şərait yaransın, yaxşı geyinilsin, çox da elə şeylərə fikir verən bir insan deyildi. Mən bunu uşaqlar üçün çalışıb eləyəndə o, bəzən məni qınayırdı da. O, bütün bunların müvəqqəti olduğuna inanırdı. O, insanda dünyagörüşünün, savadın, biliyin ən ümdə meyar olduğuna əmin idi. Onu bu cəmiyyətdəki adi adamlarla bir tərəziyə qoyub çəkmək düz deyil. Elə bil bu dünyadan ayaqları kəsilmişdi. Gəzirdi, yaşayırdı, amma özü də bilirdi ki, bunların hamısı müvəqqətidir.
Dözə bilmədi
- Bizim bilmədiyimiz nələrin fərqində idi Namiq müəllim?
- O, çox maraqlıdır ki, hələ o zamanlardan ölkəmizin müstəqilliyini istəyirdi. Və Sovet quruluşuna qarşı içində dərin bir nifrət var idi. Təbii ki, bu kin hər zaman gizlin olub onun öz içində. O vaxt onu açıq demək mümkün deyildi. Həmişə düşünürdü ki, insanlar azad yaşasın, buxovlar, stereotiplər olmasın. Min doqquz yüz doxsanıncı ildə Sovet qoşunları Bakıya girəndə o, buna dözə bilməyəcəyini deyirdi. Doğurdan da dözə bilmədi...
Namiq Abdullayev ailə üçün mənəvi cəhətdən çox əvəzolunmaz bir insan idi. Amma sırf maddi cəhətdən bizim üçün çox çətin idi. O yükü də mən çəkməli oldum.
- Niyə məhz belə oldu?
- Belə olmalı imiş. O, mənlik deyil ki...
Mən paltar almasaydım, illərlə onun yadına da düşməzdi.
- Çünki, gəlin etiraf edək ki, Namiq Abdullayev sovet dövrü yaşamış az – az sənətçilərdən idi ki, artıq sağlığında əfsanəyə çevrilmişdi...
- Heç o, özünün əfsanəyə çevrildiyinin fərqində belə deyildi. Adi yanaşırdı hər şeyə. “Mən nə böyük iş görürəm? Mən sadəcə yazıram” – deyə yanaşırdı hər şeyə. Onu da tanıyanlar da bilirlər, geyimində də, hərəkətlərində də adi bir adam idi. Namiq Abdullayev üçün əgər mən paltar almasaydım, illərlə onun yadına da düşməzdi. Heç fərqinə də varmazdı. O, belə bir insan idi.
Onunla təmasda olan insanların hamısı üçün o, böyük bir məktəbdir. Şəxsən mənim formalaşmağımda Namiq Abdullayevin böyük rolu olub. Və mən bunu heç vaxt da itirmərəm. Amma mənim şəxsi həyatıma gəldikdə isə çox çətin olub mənim üçün. Sonralar qaynanama gündə yüz dəfə rəhmət oxudum ki, nə yaxşı ki, mənə şərait yaradıb ali təhsil almışam. Ailəmi saxladım, uşaqlarımı böyütdüm. O, bütün bunların fərqində deyildi, “belə də ola bilər” – düşüncəsi ilə yaşayırdı. Amma biz bir cəmiyyətdə yaşayırıq və yaşadığımız cəmiyyətin də özünəxas yazılan və yazılmayan qanunları var. Və təbii ki, cəmiyyətin hamısı heç də Namiq deyil, onun təfəkkürü ilə yanaşmır olanlara.
Onu heç kim tanımırdı
- Sizə də münasibət birmənalı deyil axı. Çoxları elə fikirləşir ki, Namiq müəllimin faciəsində siz də günahkarsınız...
- Mənəm günahkar?!.... Bilmirəm, kim nə fikirləşir. Namiq Abdullayevi tanımaq lazımdır. Ətrafdan, hətta qohum - əqrəbadan da mənə təpkilər olurdu ki, Namiq kimi bir insanla sizinki necə alınmaya bilər?! Məni təqsirkar edirdilər. Amma Namiq kim idi, bir tanıyan lazım idi!... Onu heç kim mənim qədər tanımır axı...
Gözəl qadınlara mey salırdı
- Demək ki, ailədə və cəmiyyətdə insanlar fərqli olurlar da...
- Çox... Mən bunu öz şəxsi həyatımda görmüşəm, ona görə belə əminliklə də danışıram. Namiq belə dinc insan da deyildi. Bunu da deyim... Yəni gözəl qadına meyl güclü idi onda. Harda gözəl bir qadın görürdüsə gedirdi və onu əldə də edirdi.
Yazıqdı də...
- Hətta bu da olub?!
- Bəli, mən sizə əminliklə deyirəm...
- Bəlkə nəsə bir səbəbi olub?!
- Xeyir, heç bir səbəbi yox idi... Söz sözə gələndə deyirdi ki, yazıqdı da... Başa düşürəm, mən cavan idim, gözəl qadın idim və mənim ağlıma da gəlməzdi ki, mənim yoldaşımın kənarda görüşdüyü bir qadın ola bilər... Amma, olmuşdu...
AzTV-dən söhbətlər qulağıma çatırdı
- Demək ki, mələk deyilmiş...
- Yox, mələk deyildi, yox. Mən bunu qəti deyirəm. Amma mən bu məsələlərin üstündə də nifaq salmamışam mən. Mənə gəlib çox şey deyirdilər. Elə Aztv – nin özündən - uzun müddət Namiq müəllim orda işləmişdi – çox söz – söhbətlər gəlib çatırdı qulağıma. Bunu özündən soruşanda deyirdi ki, yazıqdı da... Özü də axı bunu gizlətmirdi. Bu faciəyə səbəb bəlkə də onun həddindən artıq içkiyə meyilli olması idi. Içməyini isə o, bu dünyanın dərdinə dözə bilməməsi ilə əlaqələndirirdi.
Əvvəl az içirdi, sonra çox
- Danışılanlara inansaq, deyirlər Namiq müəllimin dilinə qırx yaşına kimi içki dəyməyib axı?!...
- Bu sözləri kim çıxarır axı?!
- Belə deyirlər də...
- Görürsünüz, necə yanlış informasiyalar verirlər?! Necə insanları çaşdırırlar?! Ola bilər əvvəllər az içirdi, bunu qəbul edirəm. Amma sonralar çox içməyə başladı. Və əsas səbəb məhz bu oldu. Axır zamanlarda isə lap çox içməyə başladı. Artıq onda kənar qadınlara da baxmağa halı qalmamışdı.
O mənə əsərini oxuyanda mən yatmışdım
- Yazı prosesində Namiq Abdullayev necə idi?
- O, ancaq gecələr yazırdı. Gündüz isə ümumiyyətlə yazı masasına yaxın belə getməzdi. Lap nə cür gözəl şərait yaradılırsa yaradılsın bu insan gündüz yaza bilmirdi. Gecə hamı yatandan, əl – ayaq yığışandan sonra o, başlayardı yazmağa. Amma o zaman da mənim günüm gecə başlayardı. Bir səhifə yazırdı və məni gəlib oyadırdı. Oxuyurdu və təzədən başlayırdı yazmağa. Yenə eyni proses. Bir dəfə heç yadımdan çıxmaz. Uzun bir əsər oxudu mənə. Mən də həmin vaxt özümdən asılı olmayaraq gözüm yuxuya gedib. Təbii ki, o, bundan çox əsəbiləşdi. Yazdıqlarının hamısını cırdı tulladı. Mən isə ona başa salmağa çalışdım ki, gündüz işdə oluram, axşam isə ev qayğıları – filan, yoruluram.
Mən ömrümü uşaqlarıma, ailəmə, o, isə özünə, yazısına həsr etdi
- Bəlkə onu duymaq lazım idi?
- Mən onu duyduğum qədər duydum da. Mən Namiq Abdullayev deyiləm ki... Mən gərək Namiq Abdullayev olaydım ki, onu duyaydım. Mən nə qədər bacardım onu duydum. Çox böyük insan idi, mən bu gün də onu hörmətlə yad edirəm. “Allah rəhmət eləsin!” – deyirəm. Mən ömrümü uşaqlarıma, ailəmə, o, isə özünə, yazısına həsr etdi. O, mənə bir dəfə demişdi bunu: “Mənə qalsaydı gərək Allah mənə gərək övlad verməyəydi. Bu uşaqları Allah sənə görə verib”. Bu söz çox ağır sözdür. Amma o, bunu mənə demişdi.
Öz aləmi vardı
- Nə vaxt olmuşdu bu söhbət?
- Oğlum Ələkbər anadan olmuşdu artıq. Mən yorulurdum, bu yükü daşıya bilmirdim, tək idim, üstəgəl qulağıma gündə bir söz gəlib çatırdı...
(Bu yerdə söhbətə Namiq Abdullayevin qızı Ədibə xanım qoşulur)
- Mən çox üzr istəyirəm...
- Buyurun....
- Cəmiyyətdə yanlış bir təsəvvür yaranb ki, guya Namiq müəllimdən ailəsi imtina edib. Amma əslində Namiq müəllim özü gedirdi hər dəfə. Çünki, ailənin yükünə dözə bilmirdi. Bir az da həmişə xəcalət çəkirdi ki, bir ailə başçısı kimi, bir ər, bir ata kimi dayaq ola bilməmişdi bu ailəyə. Namiq müəllim özü çıxıb getmişdi. Onun öz aləmi var idi və o, öz aləminə qapanmışdı. Onun o dərəcədə içkiyə aludə olmasının səbəbi də məhz bu idi. O, içkili ikən o aləmə gedib düşürdü. Namiq müəllimin altı ay yoxa çıxdığını biz bilirik. Sonra yenə qayıdırdı. Yenə biz onu qəbul edirdik. Sonra yenə hal... Özü də deməmiş yoxa çıxırdı. Səhər işə getmək adı ilə gedirdi və qayıtmırdı. O zaman mobil telefon yox idi, əlaqə saxlaya bilmirdik. Məcbur olub iş yerinə gedirdik. Görüşürdük. Hər dəfə də eyni sözlər: “Mən bir az tək qalmalıyam”. Səkkizinci – doqquzuncu gedişindən sonra getdi və bir daha da biz onu görmədik. Amma bu o demək deyildi ki, biz onu atmışdıq. Mənim kürəkənim onun üçün bir nəfər gənc oğlan tutmuşdu köməkçi kimi. O oğlan hər zaman Namiq müəllimin yanında olurdu. Biz – onun övladları daim onunla ünsiyyətdə olurduq.
Oğlum iki gün tapa bilmədi
Firəngiz xanım təkrar xatirələrini danışır:
- Mənim oğlum əsgər gedirdi. Mənim də bir oğlum var idi və hər bir ananın da arzuları olur. Mənim arzum o idi ki, mənim oğlum olsun, qalsın, böyüsün və əsgər getsin. O zaman Sovetlər Birliyi dönəmi idi və həmin dövrdə də gənclərimiz müxtəlif yerlərdə qulluq edirdilər. Oğlum hərbi xidmətə yola düşməmişdən mən təkid elədim ki, gedib atası ilə görüşsün. Və oğlum iki gün atasını axtarmağına baxmayaraq atasını tapa bilməmiş, hərbi xidmətə atası ilə halallaşmadan getmişdi. Mən bu uşaqlara təkcə ana olmamışam, eyni zamanda həm də ata olmuşam. Özündən geriyə isə heç bir şey qoymadı. Quru canını götürdü və getdi.
- Siz ondan nəsə gözləyirdiniz ki?
- Amma onunla bərabər çalışanlar edirdilər.
- Amma onlar Namiq müəllim deyildilər axı...
- Sizə bir şey deyim ki, mən yaşadığım bu ömür üçün bir gün də heyfislənməmişəm. Hal – hazırda övladlarımın dünyagörüşü, savadı, cəmiyyətdə tutduqları mövqe ilə fəxr edirəm və bunlar hamısı genlə əlaqəlidir.

-Bilirsiz, o, reallıqdan qaçırdı.
- Reallıqdan qaçmaq?!...
- O, həmin dövrdə yaşadığı dövlətdən, onun sıxıntılarından, basqılarından, ətrafdan qaçmaq üçün özü üçün mono bir mühit yaratmışdı. O, həmişə deyirdi ki, biz burda müvəqqətiyik, hər şey ölümdən sonra başlayır.
- Bunu Namiq Abdullayev deyirdi?
- Bəli, həmişə deyirdi. Onun ölümdən sonrakı həyata başqa bir inancı var idi.
Yazdıqları gerçəkləşmişdi
- Bizim bilmədiklərimizi bilirdi də Namiq müəllim?
- Bilirsiz, əsl fantast yazıçılarda bir öncəgörmə qabiliyyəti olur. Məsələn Namiq Abdullayevin fantastik hekayələrində, povestlərində otuz il bundan əvvəl yaratdığı şeylər bugün artıq reallığa çevrilib. Biz çox oxuyurduq, çünki, atam çox oxuyurdu. Və bizi də oxumağa vadar edirdi. Bütün bunlar indi bizim həyatımıza yğn verən dəyərlərə çevrilib. Hələ yetmişinci illərdə atam deyirdi ki, bir gün gələcək biz bu rejimin əlindən canımızı qurtaracağıq. Bəli, o, həmin günləri görürdü.
Əlyazmaları oğurlayan o qadın kim idi?
- Mən eşitdiyimə görə Namiq Abdullayevin əlyazmaları olub və sonradan bu əlyazmalar itib. Bu haqqda nə bilirsiniz?
- Biz onunla ölümündən üç – dörd ay əvvəl görüşmüşdük. Bir roman yazırdı. Bitirmək üzrə idi. Avtobioqrafik bir roman təsiri bağışlamışdı mənə. Fantazi – mistik elementlərlə bəzədilmiş maraqlı bir roman idi. Iki – üç fantastik povesti var idi. Iki pyes yazmışdı. Axırıncı yadımdadır ki, 1937 – ci illərin repressiya dövrü ilə əlaqəli bir pyes idi. Böyük bir qutuda saxlayırdı həmin əlyazmaları və həmin əlyazmalar olan qutunu mən görmüşdüm. Ölümü o qədər qəfil oldu ki, biz nə baş verdiyini anlayana kimi artıq həmin əlyazmalar yoxa çıxmışdı. Təbriz küçəsindəki ev darmadağın idi, ölümündən sonra kimsə gəlmişdi və axtarıb məhz o əlyazmaları tapıb aparmışdı. Hətta qaralamalarına kimi aparmışdılar. Qonşuların dediyinə görə bir qadın gəlib ölümündən sonra və həmin qutunu götürüb aparıb. Biz əslində bilirik ki, o qadın kimdir? Amma necə sübut edəcəyik?!
Oqtay Hacımusalı

1858 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024