Uşaqların Müdafiəsi Günü yeni tamaşa: “Sehrli yaylıq”

Uşaqların Müdafiəsi Günü yeni tamaşa: “Sehrli yaylıq”
25 may 2026
# 15:03

1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə Sumqayıt Dövlət Dram Teatrı balaca tamaşaçılar üçün maraqlı səhnə əsəri təqdim edəcək.

Kulis.az xəbər verir ki, yazıçı Krim Həsənovun “Sehrli yaylıq” əsəri əsasında hazırlanan eyniadlı birhissəli uşaq tamaşası teatrsevərlərin ixtiyarına veriləcək.

Nağıl-fantastika janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Zaur Rəşidov, xoreoqrafı Kamil Ağazadə, rejissor assistenti isə Fazilə Rzayevadır.

Səhnə əsərində balaca Eldarın başına gələn maraqlı və düşündürücü hadisələrdən bəhs olunur. Tamaşa vasitəsilə uşaqlara faydalı işlərlə məşğul olmaq, mobil telefondan və sosial şəbəkələrdən asılılığın zərərlərini anlamaq, dərslərə məsuliyyətlə yanaşmaq, ailəyə, dövlətə və cəmiyyətə yararlı vətəndaş kimi formalaşmaq kimi mühüm dəyərlər aşılanır.

Tamaşada rolları Əməkdar artist Elmira Kərimova, aktyorlar Emil Həmidov, Şəhla Məmmədova, Elay Xasıyev, Məryəm Hüseynli, Aynur Hümbətova və Şəhriyar Aşkari canlandırırlar.

Sumqayıt Dövlət Dram Teatrı bütün balacaları və valideynləri 1 iyun bayramını birlikdə qeyd etməyə və “Sehrli yaylıq” tamaşasını izləməyə dəvət edir.

# 370 dəfə oxunub

Oxşar xəbərlər

"Buratino" tamaşası Sumqayıtda

"Buratino" tamaşası Sumqayıtda

17:16 3 iyun 2026
Milli Teatr Konyada Beynəlxalq festivalda təmsil olunur

Milli Teatr Konyada Beynəlxalq festivalda təmsil olunur

16:18 3 iyun 2026
Musiqili Teatrda yeni tamaşa: “Balaca şahzadə”

Musiqili Teatrda yeni tamaşa: “Balaca şahzadə”

12:00 2 iyun 2026
"Koroğlu"nun növbəti səhnə təntənəsi - “Opera Günləri”nin açılışından qeydlər

"Koroğlu"nun növbəti səhnə təntənəsi - “Opera Günləri”nin açılışından qeydlər

12:00 29 may 2026
“7 Ruh: Cənnətə”  adlı tamaşa nümayiş olundu

“7 Ruh: Cənnətə” adlı tamaşa nümayiş olundu

12:52 27 may 2026
“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində

“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində

13:46 26 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər