"Qaraçı qızı" mozaikasının daha bir itkin parçası aşkarlandı

"Qaraçı qızı" mozaikasının daha bir itkin parçası aşkarlandı
25 may 2026
# 16:44

Türkiyənin Qaziantep şəhərinin simvollarından biri və Zevqma antik şəhərinin ən diqqətçəkən əsərlərindən olan "Qaraçı qızı" mozaikasının ABŞ-də tapılan daha bir itkin parçası Türkiyəyə qaytarılıb.

Kulis.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası ilə həyata keçirilən tarixi əsərlərin qaytarılması prosesi çərçivəsində əvvəllər ölkəyə gətirilən 12 paneldən sonra nəhəng kompozisiyanın 13-cü parçası da mədəni irsə qazandırılıb.

Nazirlikdən verilən açıqlamaya görə, Qrenobl Alp Universitetinin əməkdaşı Camila Fellaq tərəfindən aparılan araşdırmalar çərçivəsində yeni tapılan əsərin bu böyük kompozisiyaya aid ola biləcəyi ehtimal edilib. Panelin onlayn hərrac evində satışa çıxarıldığı barədə məlumat Zevqma qazıntı rəhbəri Kutalmış Görkay vasitəsilə nazirliyə çatdırılıb.

Nazirlik mütəxəssislərinin apardığı araşdırmalar nəticəsində panelin istifadə olunan tessera (mozaika daşları) rəngləri, həndəsi naxış düzülüşü, kompozisiya xüsusiyyətləri, eləcə də kəsilmə və sökülmə izləri baxımından "Qaraçı qızı" mozaikasına aid olduğu təsdiqlənib.

Bu faktdan sonra ABŞ-nin Daxili Təhlükəsizlik İdarəsi ilə əlaqə saxlayan Türkiyə rəsmiləri elmi sübutları qarşı tərəfə təqdim ediblər. İki ölkə arasında qüvvədə olan ikitərəfli müqaviləyə əsaslanaraq əsərin müsadirə edilməsi tələb olunub. Zevqma ərazisinin əvvəllər qaçaqmalçıların qazıntılarına məruz qalması faktı, eləcə də 2018-ci ildə ABŞ-nin Boulinq Qrin Universitetindən eyni mozaikanın digər 12 parçasının qaytarılması hüquqi baxımdan Türkiyənin xeyrinə işləyib.

Araşdırmalar bitdikdən sonra mozaika paneli Çikaqodakı Baş Konsulluğa təhvil verilib və heç bir dövlət vəsaiti xərclənmədən, beynəlxalq əməkdaşlıq çərçivəsində "Turkish Cargo" vasitəsilə ölkəyə gətirilib. Əsər hələlik Ankara Anadolu Mədəniyyətləri Muzeyinə təhvil verilib. Lazımi prosedurlardan sonra panel Qaziantepdəki Zevqma Mozaika Muzeyində, nəhayət, aid olduğu kompozisiya ilə yenidən birləşəcək.

Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy sosial media hesabında tarixi əsərin qayıdışı ilə bağlı sevincini bölüşüb:

"Qaziantepimizin göz bəbəyi, Zevqmanın simvolu olan 'Qaraçı qızı' mozaikasının daha bir itkin parçasını Amerika Birləşmiş Ştatlarından ölkəmizə qazandırdıq. Əvvəllər qaytarılmasını təmin etdiyimiz 12 paneldən sonra böyük kompozisiyanın 13-cü parçası da elmi tədqiqatlar və diplomatik səylər nəticəsində yenidən aid olduğu torpaqlara döndü. Mədəni sərvətlərimizin izini dünyanın harasında olursa olsun axtarmağa, mədəniyyət mirasımıza sahib çıxmağa davam edəcəyik".

Xatırladaq ki, Qaziantepin Nizip rayonundakı Zevqma antik şəhərində 1998-ci ildə aparılan xilasetmə qazıntıları zamanı təxminən 9,25 x 13,50 metr ölçülərində böyük döşəmə mozaikası gün üzünə çıxarılmışdı. İctimaiyyət arasında "Qaraçı qızı" kimi tanınan və Dionis kultu ilə əlaqələndirilən Menada başı təsviri də məhz bu möhtəşəm kompozisiyanın tərkib hissəsidir.

# 417 dəfə oxunub

Oxşar xəbərlər

Kusturitsa Rusiya vətəndaşlığı almaq planlarından danışdı

Kusturitsa Rusiya vətəndaşlığı almaq planlarından danışdı

10:30 8 iyun 2026
Azərbaycan kinosunun Qəmlosu -  Şöhrətin arxasındakı kədər

Azərbaycan kinosunun Qəmlosu - Şöhrətin arxasındakı kədər

12:00 7 iyun 2026
Van Qoqun dostu, Taiti gözəllərinin vurğunu – Pol Qogen kim idi?

Van Qoqun dostu, Taiti gözəllərinin vurğunu – Pol Qogen kim idi?

11:00 7 iyun 2026
"Həddindən artıq gerçək!" - Papanın rəsmini çəkən dahi

"Həddindən artıq gerçək!" - Papanın rəsmini çəkən dahi

14:09 6 iyun 2026
Dünyaya təqdim olunan 50 sovet şairi arasında Səməd Vurğun niyə yoxdur?

Dünyaya təqdim olunan 50 sovet şairi arasında Səməd Vurğun niyə yoxdur?

12:51 6 iyun 2026
Bakıda ABŞ məzunları sərgisi təşkil edildi

Bakıda ABŞ məzunları sərgisi təşkil edildi

12:27 6 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər