writer1

Qan Turalı

Məqalə sayı

228
clock10:33 calendar-gray 21 May 2014 view-gray2474 dəfə oxunub
view-gray2474 dəfə oxunub

Şerlok Holms, yoxsa taksi şoferi?

Hər bir romançı bir çox məqamda öz qəhrəmanı ilə eyniləşdirilir.

Bu konteksdə indicə oxuduğum iki əhvalatı bölüşmək istəyirəm.

Artur Konan Doyl adı bəlkə də çoxuna heç nə demir.

Konan Doyl qəhrəmanı Şerlok Holmsdan daha az məşhur olan yazıçıdır.

Şerlok Holms qəhrəmanı yaratdıqdan sonra yazıçı “DetektivŞerlok Holmsa” ünvanlı məktublar almağa başladı.

Oxucular qarşılaşdıqları qəribə əhvalatları yazıb Şerlok Holmsdan kömək istəyirdilər.

Əslində Konan Doyl Şerlok Holms hekayələrini yazmağa çox həvəsli deyildi, bir müddət sonra o, Şerloku qəddar düşməni Morairtiyə öldürtmüşdü də.

Lakin Londonda bu hadisə geniş rezonans doğurmuş, yazıçının ünvanına çoxlu məktublar gəlmişdi.

Oxucular seriyanın davamını tələb edirdilər.

Hətta kraliçanın da Konan Doyldan bu səpkidə xahiş etdiyini hardasa oxumuşam.

Sonra Konan Doyl Holmsın ölmədiyini, Tibetə getdiyini yazıb hekayələri bərpa etdi.

Oxucuların yazdığı məktublar isə Konan Doyl üçün xammal idi, lakin bu xammalı işləmək üçün hadisələrin çözülməsinə də ehtiyac vardı.

Üstü açılmamış bir cinayət hansı oxucuya maraqlı ola bilərdi ki?

Bir gün Konan Doyl məktub alır.

Məktubda bankda olan bütün pulunu çəkib sonra teatra gedən və itən adamın aqibəti soruşulurdu.

Konan Doyl bu hadisəni dərhal çözdü.

İtən adam Edinburqda olmalıydı, çünki teatrın bitmə saatına uyğun gələn yeganə qatar Edinburq qatarı idi.

Adamı Edinburqda da tapdılar.

Əlbəttə ki, bu maraqlı əhvalatdır, lakin ondan da maraqlısı var.

Konan Doyl xarici səfərlərin birində taksiyə minir, sürücü ona familiyası ilə xitab edir.

Yazıçı sürücünün bu uzaqgörənliyinə təəccüblənərək soyadını hardan bildiyinisoruşur.

Sürücü isə cavab verir: “Çamadanınızın üstünə adınız və soyadınızyazılıb”

Şerlok Holmsu yaratmaqla deyil, sürücünün adi bir diqqəti də yazıçını heyrətləndirə bilər.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Sənət müsabiqəsi elan olundu - Mükafat fondu 50 min avro
19:00 28 İyul 2021
Qobustanda Hindistan qalereyası açıldı
18:20 28 İyul 2021
“Ev dustağıyam” kitabının təqdimatı olub
17:25 28 İyul 2021
Bu mənəm - şairlərin yuxusuna gizli kamera yerləşdirən – Güneydən şeirlər
16:40 28 İyul 2021
Bakıda yeni fotosərgi açılacaq
16:00 28 İyul 2021
“Nimdaş” müxbirin dönər sifarişi - Ulucay Akif yazır...
15:29 28 İyul 2021
Müslüm Maqomayevin heykəlinin yeri müəyyənləşdi
15:01 28 İyul 2021
Səndən ayrılanda, dağlar, cavandım - Günün şeiri
14:15 28 İyul 2021
Boşanmadan ikinci qadınla evləndi, ölümündən sonra oğlu meydana çıxdı, müəmmalı qəzada öldü – Səxavət Məmmədovdan 10 maraqlı fakt
13:30 28 İyul 2021
Səməd Səmədovun dəfninə gəlmədilər - Giley
12:40 28 İyul 2021
İşıqları keçirib yazanlar
12:00 28 İyul 2021
Dərnəgülün qansoranları – Vüsal yazır…
11:20 28 İyul 2021
“Fəryad 2” filminə kişi axtarırlar – 15 manata
10:40 28 İyul 2021
Müğənni 56 yaşında öldü
10:05 28 İyul 2021
Votsapda beş roman yazan xanım: “Mənim davam internetdəki əxlaqsız kişilərlədir” - Müsahibə
09:00 28 İyul 2021
Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021
Taleh Yüzbəyovdan yeni film gəlir - Fotolar
16:13 27 İyul 2021