Türkiyədəki yunan kilsəsi muzey kimi fəaliyyət göstərəcək

Türkiyədəki yunan kilsəsi muzey kimi fəaliyyət göstərəcək
30 sentyabr 2026
# 18:00

Türkiyənin Kayseri şəhərinin İncəsu ərazisində 1836-cı ildə inşa edilən tarixi Müqəddəs Evstafiy Yunan Kilsəsi bərpa işlərindən sonra "İncəsu Şəhər Muzeyi" kimi qapılarını ziyarətçilərə açmağa hazırlaşır.

Kulis.az xəbər verir ki, divar rəsmləri, fraqmentar freskaları və Karamanlı türkcəsində yazılmış yazıları ilə diqqət çəkən bu tarixi abidənin Kapadokiyanın ümumi turizm marşrutuna daxil edilməsi nəzərdə tutulur.

Kayseri Böyükşəhər Bələdiyyəsi tərəfindən həyata keçirilən bərpa prosesi zamanı binanın orijinal memarlıq quruluşu qorunub, divarlardakı sis qatı təmizlənərək altındakı nadir freskalar və yunan əlifbası ilə yazılmış Türkcə mətnlər konservasiya olunub.

1923-cü ildəki əhali mübadiləsinə qədər ibadətgah kimi istifadə edilən, sonrakı illərdə isə hərbi anbar, teatr və peşə məktəbi kimi fəaliyyət göstərən kilsə bundan sonra İncəsunun zəngin tarixini, mədəni irsini və qastronomiyasını sərgiləyən muzey funksiyasını daşıyacaq.

Qeyd edək ki, ekspedisiya işlərinin 80 faizdən çoxu tamamlanan obyektin yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir.

# 456 dəfə oxunub

Oxşar xəbərlər

Avropada muzeylər təhlükə altında:  Sənət əsərləri nə dərəcədə qorunur?

Avropada muzeylər təhlükə altında: Sənət əsərləri nə dərəcədə qorunur?

18:00 16 oktyabr 2026
“Zona marağı”  filminin rejissoru Qəzza  haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

“Zona marağı” filminin rejissoru Qəzza haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

16:00 16 oktyabr 2026
Türkiyəli köşə yazarı axtarışa verildi - Hakimiyyətin zorla ələ keçirilməsinə çağırış

Türkiyəli köşə yazarı axtarışa verildi - Hakimiyyətin zorla ələ keçirilməsinə çağırış

15:38 16 oktyabr 2026
"U2"  yeni mahnısını təqdim etdi

"U2" yeni mahnısını təqdim etdi

15:30 16 oktyabr 2026
Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

14:00 16 oktyabr 2026
Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

13:00 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər