Fransanın paytaxtı Parisin rəmzi sayılan Eyfel qülləsinin İdarəetmə Şirkətinin baş direktoru Patrik Branko Ruivo ilin sonunda vəzifəsindən ayrılacağını açıqlayıb.
Kulis.az xəbər verir ki, 2018-ci ildən quruma rəhbərlik edən Ruivonun istefasına sentyabrın əvvəlində baş verən qalmaqallı hadisə səbəb olub.
Məlumata görə, ultra-mühafizəkar hindu hərəkatı üzvlərinin abidəyə ziyarəti zamanı təşkilatçıların tələbi ilə qadın əməkdaşlar iş yerlərindən kənarlaşdırılaraq başqa otaqlara keçirilib.
Qadın işçilərin kənarlaşdırılmasına etiraz edən Eyfel qülləsi əməkdaşları sentyabrın 7-də tətil elan edib və abidə bütün gün ərzində ziyarətçilərin üzünə bağlanıb.
Paris Meriyasının təşəbbüsü ilə aparılan daxili araşdırma protokolların təşkilində ciddi nöqsanların olduğunu və qadın əməkdaşların açıq şəkildə diskriminasiyaya uğradığını təsdiqləyib.
Şirkət baş verənləri "qəbuledilməz" adlandırıb.
Qeyd edək ki, səhmlərinin 99 faizi Paris bələdiyyəsinə məxsus olan şirkətdə 402 nəfər çalışır və abidə il ərzində 6,7 milyon ziyarətçi qəbul edərək 156 milyon avro gəlir əldə edir.
Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb
Oxşar xəbərlər
Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi
17:46
14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq
16:55
14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”
16:01
14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı
14:12
14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?
14:00
14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO
13:16
14 noyabr 2026