Tbilisidə Heydər Əliyevin büstü zədələndi - Ermənistan vətəndaşı saxlanıldı

Tbilisidə Heydər Əliyevin büstü zədələndi - Ermənistan vətəndaşı saxlanıldı
30 sentyabr 2026
# 16:27

Tbilisidə Ümummilli Lider Heydər Əliyevin büstü zədələnib.

APA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyinin məlumatına görə, sentyabrın 21-də baş verən hadisə ilə bağlı xarici ölkə vətəndaşı saxlanılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi üzrə araşdırma aparılır. Bu maddə özgə əmlakının mühüm zərər vurmaqla qəsdən zədələnməsi və ya məhv edilməsini nəzərdə tutur.

Saxlanılan şəxsin Ermənistan vətəndaşı olduğu onun vəkili tərəfindən təsdiqlənib. Vəkilin sözlərinə görə, 40 yaşdan yuxarı olan şəxs Tbilisiyə turist kimi gəlib və hazırda susmaq hüququndan istifadə edir. Məhkəmə tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda büst restavrasiya məqsədilə örtülüb. Məlumata görə, abidənin üz hissəsinin bir hissəsi zədələnib. Hadisənin hansı vasitə ilə törədildiyi və motivi hələlik açıqlanmayıb.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, hadisə ilə bağlı Gürcüstanın aidiyyəti qurumlarında istintaq və prosessual tədbirlər davam etdirilir və istintaqın nəticələrini gözləmək lazımdır.

# 716 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər