Alim Qasımov: "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

Alim Qasımov:  "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə
21 sentyabr 2026
# 12:18

Kulis.az Ülvi Bahadırın Xalq artisti Alim Qasımovla müsahibəsini təqdim edir.

– Alim bəy, Üzeyir Mehdizadə ilə duetiniz, belə deyək, cəmiyyətdə şok effekti yaratdı. Təklif necə gəldi?

Üzeyir bəy mənimlə əlaqə saxladı. Bir mahnı var, musiqisini yazanda səni düşünmüşəm dedi. Qulaq asdım, sözlərini, müsiqisini bəyəndim və oxudum. Əsas da mahnının sözləri ürəyimə yatdı.

– Ancaq duet insanlar tərəfindən birmənalı qarşılanmadı. Əvvəlcədən təxmin etmişdiniz?

Yox. Daha doğrusu, bu qədər yox. Ancaq Üzeyirlə duetimizin belə qarşılanacağı təxmin edirdim, amma bu da bir yenilikdir. Kim tənqid edir, özü bilər.

– İstəyərdim, bir az da bir müddət əvvəl iştirak etdiyiniz Montrö festivalından danışaq. Sizi, ümumiyyətlə, müxtəlif qastrollarda, festivallarda tez-tez görürük.

– Hə, əvvəllər çox festivallara gedirdik. Bu festival da çox maraqlı və yüksək səviyyəli idi. Çox yaxşı musiqiçilər, böyük orkestr və gözəl dirijorumuz var idi. Tamaşaçılar da çox bəyəndilər, çox enerjili tədbir oldu. Həm gözəl məkan idi, həm də həmin məkana uyğun gözəl bir konsertimiz alındı.

– Azərbaycandakı dinləyicilərinizlə xarici ölkələrdəki dinləyiciləriniz arasında hansı oxşar və fərqli cəhətləri görürsünüz? Onların musiqiyə münasibətində fərq varmı?

– İnan ki, azərbaycanlılarla xariciləri bir yerə toplasan, onların musiqiyə qulaq asmaq qabiliyyəti və musiqi duyumu, demək olar ki, eynidir. Heç bir fərq yoxdur. Bizimkilərdən bəziləri mahnının sözlərinə çox fikir verirlər, sözü başa düşürlər. Xaricdə isə elə adamlar var ki, sözlərin heç birini başa düşmürlər. Çünki onlar üçün əsas musiqidir, musiqinin əhval-ruhiyyəsidir.

– Bəs hər il bu qədər qastrollar, müxtəlif televiziya proqramları və başqa tədbirlər sizi bir sənətçi olaraq yormur?

– Yox, niyə yorsun ki? Məncə, sənətçi səhnədə olanda bütün əziyyətlər onun canından çıxır. Ora gedənə qədər nə qədər zəhmət çəkirsən, nə qədər əziyyətli proseslərdən keçirsən... Səhnəyə çıxana qədər iki-üç gün gözləyirsən. Bu, çox zəhmətli işdir. Amma o əziyyətlərin hamısı səhnədə sanki Allah tərəfindən yox olur. Əksinə, sən qazanırsan.

Musiqiçi doğrudan da balıq kimidir. Balığı sudan çıxarsan, ölə bilər. Musiqiçi də alqışlarla, camaatın sevgisi ilə yaşayır. Səhnədə o alqışları eşidirsə, sənətini yarada bilirsə, demək, bir daha yaşamağa başlayır.

– Dəfələrlə səhnəyə çıxmısınız. Alim Qasımovda hələ də səhnə həyəcanı olur?

– Allah haqqı, mən sonuncu dəfə o qədər həyəcan keçirdim ki... Çünki bizimki sərbəstdir – tar, kamança, yəni öz dəstəmiz. Orada mən, məsələn, bir şeyi üç dəfə təkrar edə bilərəm, yadımdan bir qəzəl çıxsa, onu iki-üç dəfə təkrar edə bilərəm. Onlar da məni tutur, mən onlarla birlikdə davam edirəm.

Amma burada orkestr olduğuna görə vəziyyət fərqlidir. Orkestr çalır, dirijor çubuğunu uzadır ki, başla. Mənim fikrim başqa yerdə ola bilər, hər şey mümkündür. Hətta bir məşq zamanı da bir dəfə çaşdım. Dedim, belə olsa, daha da həyəcanlanacağam.

Sonuncu konsertdəki həyəcandan sonra konsert qurtaranda gəldim, səhərə qədər yata bilmədim. Deyirdim, görəsən, mənə nə olub? Çıxış etdik, hər şey yaxşı oldu, camaat da alqışladı, amma yenə də yata bilmədim.

Mənə çox deyirlər ki, niyə həyəcanlanırsan? Deyirəm, əksinə, həyəcan indi daha da artıb. İldən-ilə azalmaq əvəzinə artır.

– Bu həyəcan məsuliyyətdən yaranır, yoxsa yaşla əlaqədardır? Məsələn, nəyisə unutmaqdan, çaşmaqdan qorxursunuz?

– Yox, məsuliyyət var. Bir də öz-özünə deyirsən ki, yəqin, yaşlaşmışam. Amma mənə elə gəlir ki, yaşın o qədər də problemi olmur. Sadəcə, orkestr məsələsi bir az məndə narahatlıq yaradır. Çünki onlar not əsəri ilə çalırlar, mən isə xalq musiqiçisiyəm.

– Dünyada tanınan müxtəlif musiqiçilərlə əməkdaşlıqlarınız, improvizasiyalarınız olub. Heç xarici musiqiçilərdən gələn hansısa əməkdaşlıq təklifindən imtina etmisiniz?

– Yox, mənə elə gəlir ki, imtina etdiyim olmayıb. Çünki bizi elə hər gün çağırmırlar. Düzdür, festivallar bir az səngiyib. Çünki bəzən bizim əziyyətimizi, yol pulumuzu da vermirlər. Beş-altı nəfər gedirik, onların təklifi ilə görürəm ki, orada adamın pulu qalmır.

Əvvəllər biz lap çox gedirdik. Bizə yemək pulumuzu verirdilər, otelimiz, yolumuz ödənilirdi, amma zəhmət haqqı yox idi. Hələ həvəslə gedirdik o vaxtlar, sovet dövründə.

Bir dəfə Amerikada bir ay konsert verdik. Rəhmətlik Ramiz Quliyev, Şəfiqə Eyvazova və mən. Gündə iki konsert verirdik – günorta və axşam. Bir aydan sonra bizə 100 dollar pul verdilər. Sovet dövründə.

Başqa bir dəfə Fransaya getmişdik. Bizi lentə aldılar, səsimizi yazdılar. Biz istəyirdik ki, yığdığımız puldan onlara verək, bizi diskə buraxsınlar. Sən demə, onlar bizə pul verməli imiş. Belə şeylərin hamısını, yəqin ki, bütün musiqiçilər yaşayıb. Biz də bunların içindən keçmişik.

– Ümumiyyətlə, dünyada konsert vermək, tanınmaq sovet dövründə daha asan idi, yoxsa indi sənətçi olaraq bunu daha rahat hiss edirsiniz?

– Yox, indi, əlbəttə, daha rahatdır. Öz ölkəmizdir, öz azad ölkəmizdir. Birbaşa buradan təyyarəyə minib Avropaya, Amerikaya gedirik.

O vaxt mənim dəfimi belə buraxmırdılar. Deyirdim, a dəf, sənin atan deyil bu! Deyirdilər, yox, olmaz.

– Kimlər buraxmırdı?

– Ruslar. Moskvada deyirdilər ki, ya 15 min, ya da 30 min rubl girov qoy, apar. Mən də deyirdim ki, mənim haramda 30 minim var? Mən o pulla heç Amerikaya uçmaram.

Ümumiyyətlə, çox zülm verirdilər. O vaxt bir tərəfdən şərəfli idi, amma digər tərəfdən çox zülmlü idi. Çünki o vaxt hər adam xaricə gedə bilmirdi. Mən sovet dövründə birdən-birə maşrutla konsertə getmişəm.

– Sizcə, insanın doğulduğu yerin, şəhərin, rayonun, kəndin onun yaradıcılığına, sənətinə təsiri olur?

– Yox, mənə elə gəlir ki, olmur. Fərqi yoxdur harada doğulmusan, hansı rayondan gəlmisən. Sənətkar üçün bu, Allahın bir qismətidir. Hansı ölkədə, hansı yerdə doğulmağından asılı olmayaraq...

– Bəs sizin ifaçı kimi kəşf olunmağınız necə oldu?

– Mən 20 yaşıma qədər harada olur-olsun, oxuyurdum. Yolda, kənd-kəsəkdə, avtobusda, elektrikdə – harada olur-olsun oxuyurdum. Məni görən hər kəs deyirdi ki, sən bu sənətin dalınca get. Çünki atamızın da yaxşı səsi var idi. Mən elə bilirdim ki, hamı oxuyur da. Yəni oxumaq elə də xüsusi bir məsələ deyil.

Bir-iki sənətkar da məni eşidəndən sonra müəyyən toylara dəvət edirdi, mən də onlarla bir ağız oxuyurdum. Hamı deyirdi ki, bu sənətin dalınca get. Get, get, get... Amma nəsə qismət olmurdu.

Bir-iki dəfə musiqi məktəblərinə müraciət etdim, məsləhətləşdim, sənədlər verdim. Dedilər ki, bura pulludur. O vaxt "Asəf Zeynallı"da təxminən 2500 manat idi, Sumqayıt "Asəf Zeynallı"sında isə 1500 manat, nə qədər idi, bilmirəm. Ora getdim, imtahandan kəsildim. İndi mümkün deyil, barmaq-barmağa oxumuşdum. Burada da dedilər ki, pulsuz mümkün deyil.

Sonra axırda mən işsiz qaldım. Rəhmətlik Siyavuş Aslan Vasif Adıgözəlovdan xahiş elədi və onlar məni Asəf Zeynallıya götürdülər.

– Hacıbaba Hüseynovun, Ağaxan Abdullayevin karyeranıza hansı təsirləri olub?

– Orada Ağaxan Abdullayev mənə çox diqqət yetirirdi. Qonaq gələndə məni oxutdururdu.

Sonra orada rəhmətlik Adil müəllim var idi. Allah ruhunu şad eləsin. Ağaxan müəllimin də, Hacıbabanın da.

Mən Nəriman Əliyevin, əsasən də Vahid Abdullayevin, bunların hamısının siniflərini gəzmişəm, hamısının sinfində oturmuşam. Hərəsindən bir şey öyrənmişəm: hərəsindən bir kəlmə, bir söz, bir tərbiyə.

Bunların hamısı ilə tanış olandan sonra qədim plastinkalara əl atdım. Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Məşədi Məhəmməd Fərzəliyev, Şəkili Ələsgər, Azər İqbal... Yəni dünya musiqisinə də qulaq asırdım. Hansı musiqi mənə təsir edirdisə, fərqi yox idi. Ona diqqətlə qulaq asır, zövq alırdım. İstərdim ki, musiqidə, oxuyanda hansısa qəliz yerlərə də çıxım.

– Bəs bu tərz dəyişkənliyi nə vaxtdan sizdə başladı?

– Tərz dəyişkənliyi... Vallah, insan böyüyür də. İndi mən demirəm ki, sənətim böyükdür. Amma yaşlaşdıqca insanın ayrı-ayrı düşüncələri yaranır, sanballaşırsan. Yəni bir insan desin ki, mən oturub sənətimi dəyişdirirəm – bu, bir az çətin olar.

Amma öz-özünə dəyişə biləndə o təbii olur. Mən də yəqin ki, böyümüşəm. Sənətimi demirəm, özüm böyümüşəm. Yəqin ki, sənət də onun içində məndə inkişaf edib.

Böyük bir dəyişiklik olmayıb. Əksinə, mən çalışdıqca qədimə getmişəm. Məsələn, qədimdən xəbəri olmayanlar deyirlər ki, Alim muğamı dəyişdirdi. Mən əksinə, muğamı bir növ özünə qaytardım. Mən qədimə getmişəm. Qədim plastinkalardan nə öyrənmişəmsə, onlara çox müraciət etmişəm.

– Məsələn, səhnədə bardaş qurmağınız... Bu nə vaxtdan başladı?

– Bir dəfə Nüsrət Fateh Əli Xanın konsertində oldum. Gördüm ki, rahat, sərbəst oturublar səhnədə. Yekə stəkanla götürüb içir, sonra oxuyur, yenə içir, yenə oxuyur. Belə rahatlığı, səhnədəki azadlığı çox xoşuma gəldi.

Hətta orada pakistanlılar səhnədə pul atdılar onun başına. Böyük bir teatr var idi. Orada əsl xalq musiqiçiləri çıxış edirdilər. Biz də orada yaxşı konsert vermişik.

Orada onun səhnədəki sərbəstliyini gördüm və bunu özüm üçün götürdüm. Sonra bir dəfə qastrola gedəndə gördük ki, yerə döşək salıblar. Bilirlər ki, biz Şərqdən gəlmişik, Şərq musiqiçiləriyik.

Mən indiyə qədər yerdə oturmamışdım, stulda otururduq. Dedik, nə problem var ki? Gətirərlər, bir dəqiqəyə düzəldərik. Onlar düzəldənə qədər özümüz oturduq orada. Dedim, oturaq görək. Oturduq.

Dedik, “Nətərdir?” Hamı bir-birinə deyir: “Yaxşıdır e, yaxşıdır, əladır, əladır”.

O vaxt mən iki dənə dəf aparırdım. Sonra nə oxuyacağımın təxmini proqramını tuturdum, dəsmalımı, suyumu rahat şəkildə yerə qoyurdum. Elə o gündən belə oldu.

– Ondan sonra Azərbaycanda da belə oxumağa başladınız?

– Hiss edirəm ki, stulda oturmaqla müqayisədə yerdə daha rahatam. Mən hətta yıxıla bilərəm. Yəni cəzbə gəlirsən, eşqə gəlirsən. O kontrolu itirsən, yıxıla bilərsən. Amma yerdə yıxılmalı yer yoxdur. Ona görə də orada daha rahatam.

Sənətkar geyimində, oxumağında, musiqisində, hər şeyində azad olmalıdır ki, öz istədiyini yaratsın, təqdim eləsin.

Düz oturmaq, qalstuk taxmaq, əyilməmək, boynu əymədən düppədüz baxmaq... Elə bil türmədəsən. Sən elə heç vaxt sənət yarada bilməzsən.

– Mən görürəm ki, ifalarınızda bir ekstaz halı var, eşqə gəlmək, cəzb olunmaq var. Bu, müəyyən təcrübədən sonra mexanikiləşir, yoxsa hər dəfə onu hiss edirsiniz, yaşayırsınız?

– İnanırsan ki, bu mənə elə cavanlıqda, ikinci kursda olduğum vaxt gəldi. Bir dəfə rəhmətlik Ağaxan müəllim məni öz tələbəsi kimi harasa yanında aparmışdı.

Demək, orada “Bayatı-Şiraz” oxuyurdum. Mayədə oxuya-oxuya “Bayatı-Şiraz”da özümdən asılı olmayaraq bir improvizasiya elədim. Gördüm tar çalan Ağaxan müəllimə baxır.Özüm də şoka düşdüm ki, bu nə idi gəldi?

Çox gözəl bir nəfəs var idi orada. Yox, bu, deməli, yəqin ki, insanın içində olur.

İçində varsa, çıxacaq, gələcək, Allahın rizası ilə. Yoxdursa, istəyirsən lap 100 yaşında ol, elə köhnə hamam, köhnə tasdır.

– Dünyada xaricilər tərəfindən tanınmağınızda bir az da bu formada ifanızın, hərəkətlərinizin rolu var.

– Robot kimi olanda insana təsir edə bilmirsən. Sən azad olmalısan ki, tamaşaçının ürəyinə girə, mənəviyyatına toxuna biləsən. Sən azad olmasan, onu necə ötürə bilərsən? Mən düppədüz durub, qorxa-qorxa oxuyum, o da darıxar, əksinə.

– Bəs konsert prosesində bu hissi yaşayaraq oxumağı, idarəetməni, məqamdan-məqama keçidi necə idarə edirsiniz?

– Çox vaxt proqramı yazırsan ki, coşquya gələndə yadından çıxmasın. Müəyyən yerləri özündə qeyd edirsən. Amma qalanını da musiqiçilərlə məşq edirsən.

Məşq əsnasında yaranan o musiqilər, oxumaqlar var ki, onlar, əlbəttə, səhnədə sənin halına görə rəngini dəyişir. Biz elə ona görə məşq edirik ki, orada daha gözəl şeylər ortaya çıxsın və tamaşaçılara təqdim edək.

– Bəs sizin ifa etdiyiniz qəzəllərin – Füzulinin, Nəsiminin, Əliağa Vahidin və başqalarının qəzəllərinin ruhunun sizə, xanəndəyə təsiri olurmu?

– Çox təsiri var. Düzdür, mən ərəb-fars dillərini çox bilmirəm. Amma təxminən onun əhvalını, hissini, atmosferini tuturam. O ahəngə düşəndə çox kömək edir, o aləmə getməyə imkan yaradır.

– Daha çox kimlərin qəzəllərini sevirsiniz, kimlərə müraciət edirsiniz? Sevdiyiniz qəzəlxanlar varmı?

– Yox, mən qəzəlxanların hamısını sevirəm. Onlar arasında ayrı-seçkilik etməyə nə elmim, nə də savadım çatar.

Amma mən bacardığım qədər, xoşuma gələni seçirəm. Vərəqləyirəm, bir qəzəl kitabım var. Orada görürəmsə ki, hansısa qəzəl mənə “gəl-gəl” deyir, o qəzəli götürürəm və öyrənirəm.

Əvvəlki variantda bəzi danışıq təkrarları və müsahibənin ritmini zəiflədən keçidlər qalmışdı. Aşağıda həmin hissəni daha sıx, axıcı və publisistik müsahibə formasında redaktə etdim; əsas fikirləri və Alim Qasımovun danışıq tonunu saxladım, artıq sözləri çıxardım. Mətnin mənbəyindəki sonrakı hissələr də nəzərə alınıb.

– Bəs özünüz mütaliə edirsiniz?

– Kim gəldi, beynimə düşür, ya da bir xanəndədən eşidirəm, baxıram ki, mənlikdir, öyrənə bilirəmsə, öyrənirəm. Son vaxtlar qəzəli çox çətin öyrənirəm. Amma xoşuma gələndə məcburam öyrənim.

– Muğamın caz, pop, rep kimi başqa musiqi janrları ilə inteqrasiyasına necə baxırsınız?

– Çox yaxşı baxıram. Qarşı tərəf öz musiqisini səsləndirir, sən də baxırsan ki, hansı muğama, hansı ritmə uyğundur və qoşulursan. Muğam hər musiqidə həll oluna bilir. Çox maraqlıdır ki, muğamın öz ritmi var, amma sözü yoxdur. Buna baxmayaraq, həmin musiqilərin hamısına öz ritmini qura bilir və çox rahat qəbul olunur.

– Bir müddət əvvəl rep ifaçısı ilə birlikdə hazırladığınız layihə yayılmışdı. Xeyli tənqid olundu, amma kifayət qədər də maraq doğurdu. O layihə necə başladı?

– Mən bir dəfə çıxdım elə-belə oxudum. Sonra gördüm ki, hamı gəlib oynayır, şəkil çəkdirir. Mənə də söz verdilər. Həmin ritmi ağzıma tutub, oxudum. Sonra rep ifaçısı mənə dedi ki, Alim müəllim, yaxşı bir fikir var məndə. Onu bir az düzəltdik, birlikdə oxuduq. Normal şeydir, musiqidir də.

– Yenə belə təklif gəlsə, qəbul edərsiniz?

– Əlbəttə, edərəm. Yaxşı musiqidirsə, yaxşı təklifdirsə, mənim ürəyimə yatırsa, mənə elə gəlir ki, tamaşaçının da ürəyinə yatacaq. Birinci dəfə bəlkə bir az yatmaz, amma qulaq asdıqca alışacaq.

– Gələcəkdə başqa belə əməkdaşlıqlarınız olacaq?

– Təkliflər də var, öz ideyalarımız da. İndi danışmağın yeri yoxdur. İnşallah üzə çıxsa, tamaşaçı da, dinləyici də görəcək.

– Siz Fərqanə xanımı da özünüz səhnəyə gətirdiniz. Halbuki bir çox sənət adamı övladını bu çətin sahədən uzaq tutmağa çalışır.

– Mən ona demişdim ki, qızım, bu çətin sənətdir, yolu da çətindir. O da özü istədiyini götürdü. Mən də balamdır deyə ona dəstək oldum. İndi biz bir göyərçinik: bir qanadı odur, bir qanadı mənəm. Uçuruq. Dünyanın elə bir yeri yoxdur ki, orada biz ata-bala konsert verməyək.

– Onun ifa tərzi sizə yaxındır, yoxsa tamamilə fərqlidir?

– Tamamilə fərqlidir. Mənimlə bir yerdə böyüməsinə baxmayaraq, onun ifası tamam ayrı səpkidir. Bu, onun öz içindən, öz istedadından, öz xasiyyətindən gəlir. Məni kopyalamır. Onsuz da məni heç kim kopyalaya bilməz. Onun özünəməxsus ifası var.

– İfa ilə bağlı ona iradlarınız, tənqidləriniz olur?

– Biz həm ata-bala, həm də müəllim-tələbəyik. Yəqin ki, olur.

– Sizin səhnəyə çıxmağınızdan sonra sizə bənzər ifa tərzi seçənlər də çoxaldı. Bu ifaçıların arasında bəyəndikləriniz varmı?

– Təqlid məsələsinə hövsələm yoxdur. Amma istər otursunlar, istər ayaq üstə dursunlar, əsas odur ki, özləri olsunlar, səmimi olsunlar və insana təsir edən muğam oxusunlar. Heç ola bilsin, səhnədə üzünü gizlətsin, amma elə oxusun ki, insanlar yerində donub qalsınlar. Mən onun sifətini neynirəm? Əsas səsidir. Hamısına uğurlar arzulayıram.

– Gənc xanəndələrdən kimləri bəyənirsiniz?

– Hamısını bəyənirəm. Hərəsinin öz ətri var. İndi yol da açıqdır, tamaşaçı da, təyyarə də, bilet də. Hərə öz işini görür.

– Bu sahə üçün təhsil vacibdir, yoxsa istedad kifayətdir?

– Təhsil də lazımdır, mütləq. İstedad ola bilər ki, gec üzə çıxsın. Amma təhsillə, öyrənməklə o istedad da üzə çıxır.

– Özünüz üçün “pasport” hesab etdiyiniz bir ifa varmı?

– Pasportu mən vermirəm, dinləyici verir.

– Ustad xanəndələrdən ən çox kimləri dinləyirsiniz?

– Seyid Şuşinskini, Xan Şuşinskini, Yaqub Məmmədovu, Məşədi Məhəmməd Fərzəliyevi, Şəkili Ələsgəri, Azər İqbalı.

– Yeni mahnılar üzərində işləyirsiniz?

– Təkliflər gəlir, bəstəkarlar mahnılar göndərirlər. Bəzən çox gözəl mahnı olur, amma kütləvi olmur.

– Sonuncu dəfə Məcnun obrazını nə vaxt oynamısınız?

– Bu yaxınlarda qızımla Heydər Əliyev adına Sarayda konsertdə oynadıq. Çox gözəl konsert oldu. İki balaca – Məcnun və Leyli obrazında pantomim ifaçıları da götürmüşdük. Onlar oynadılar, biz də oxuduq. Tamaşaçılar çox möhtəşəm alqışladılar.

– Bəzən deyirlər ki, Leyli və Məcnun rollarını yaşlı insanların ifa etməsi düzgün deyil. Siz bu fikirlə razısınız?

– Yox. Əsas səsdir. Rəhmətlik Rübabə Muradova lap 70-80 yaşında da oxusaydı, onun səsi yenə Leyli səsi olacaqdı. Onun səsi yanğı idi, onun səsi Kərəm idi. Arif Babayev də lap 100 yaşında oxusun, onun səsi Məcnun səsi idi.

– Bəs niyə gənclər oxumasın?

– Gənclər də oxusun. Leyli-Məcnun gənc olublar, qoy gənclər də oxusun. Bu sənətdir. Film deyil ki, orada rol oynayasan. Rəqs deyil, balet deyil. Amma yaşlı adam da oxuya bilər və çox gözəl oxuya bilər.

– Fəxri adların verilməsi ilə bağlı nə düşünürsünüz? İndi bəzən çox gənc insanlar da xalq artisti adına layiq görülürlər.

– O adın özü rol oynamır. Desinlər, “ulduzların ulduzudur”. Yaxşı, qoy qulaq asaq, görək nədir. Bütün adları verərlər, amma mən məclisimə çağırıb qulaq asanda görürəm ki, necə oxuyur. Mənim üçün əsas budur. Hacıbaba Hüseynov da deyirdi ki, onlar verirlər, verirlər, sən niyə götürürsən?

– Bəs əvvəlki toylarla indiki toylar arasında əsas fərq nədir?

– O vaxt oynayan az idi, muğama çox yer verirdilər. İndi hamı oynayır, musiqiyə yer verən yoxdur. Əsl musiqi, demək olar ki, toylarda yoxdur. Oxunmur, ifa olunmur və heç kəsə də lazım deyil.

– Sizcə, bunun səbəbi nədir? Məsələn, əvvəllər sizin Rasim Balayevlə şeir dediyiniz, Fərqanə xanımın toyunda oxuduğunuz belə məclislər olurdu. İndi bunlar xeyli azalıb.

– İnternet, “YouTube” camaatı bir az azdırdı. Əsl mənəvi dəyərlərə, musiqiyə, dəyərli sözlərə qulaq asan təbəqə çox azalıb. Toylarda çox yüksək səslə oxuyurlar. Musiqiyə qulaq asan adamların bir qismi də çıxıb foyedə siqaret çəkir, kofe içir, söhbət edir. İçəridə isə oynayırlar. Vəssalam.

– Sizcə, sənətçi yalnız sənəti ilə məşğul olmalıdır, yoxsa ölkədə baş verən məsələlərə də münasibət bildirməlidir?

– Adamından asılıdır. Elə adamlar var ki, dinc oturmurlar, hər şeyə qarışırlar. Amma bu sənət səhərdən axşama, axşamdan səhərə qədər məşğul olsan da, qurtarmayan bir şeydir. Ona görə incəsənətdir. Bu, dəryadır, qurtarmır. Bir növ xəstəlikdir.

– Yəni ölkədə baş verənlərin sənətçiyə aidiyyəti yoxdur?

– Əlbəttə, var. Ölkədə, dünyada qanqaraçılıq olanda musiqi kimə lazımdır? Rəhmətlik Cabbar da deyirdi ki, İranda top atılanda buradakı musiqiçiyə dəyir.

– Qarabağ azad olunandan sonra ora ilk dəfə nə vaxt getdiniz?

– Birinci Xarıbülbül səfərində getdik. Orada oxuya-oxuya ermənilərə deyirdim ki, ey ermənilər, bizə qulaq asırsınız. Bizim musiqimizi çox sevirlər.

Fişənglər atılanda mən çox qürur hissi keçirdim. İnanmadığımız bir hadisə idi. Mənə elə gəldi ki, onlar gördükləri əməllərə görə peşman olublar.

– Sovet və müstəqillik dövründə qastrollar zamanı ermənilərlə münasibətləriniz necə olub?

– Çox olub erməni. Həm yaxşı münasibət olub, həm də mane olanlar. Fransada bir menecer mənə dedi ki, bir erməni ona bundan nə görmüsünüz ki, hər yerə çağırırsınız deyib.

Bir dəfə aeroportda dəftərimi təyyarəyə aparmağa qoymadılar. Az qaldı orada qırğın düşsün. Sonra məni aparan menecer məsələni yoluna qoydu. Axırda dəftəri başqa yerə qoydum.

Sovet dövründə də belə hallar olub. Bir dəfə dedim ki, sən o mahnını belə təqdim edirsənsə, mən səhnəyə çıxmayacağam. Məcbur oldular ki, təqdimatı dəyişsinlər. Orkestr çaldı, mən də çıxış etdim.

– İndi Ermənistandan əməkdaşlıq təklifi gəlsə, qəbul edərsiniz?

– Yəqin ki, bunu təkbaşına həll etmərəm. Bu artıq xalqla və siyasətlə hesablaşılacaq məsələdir. Bu boyda hadisədən sonra mənim gedib orada onlarla çalıb-oxumağım bir az uyğun gəlməz. Amma xalqımızın və siyasətimizin göstərişi olsa, məmnuniyyətlə. Çünki onlar bizim musiqilərimizi də çalıb-oxuyurlar.

– Son vaxtlar sizi televiziyalarda əvvəlki qədər görmürük. Bunun səbəbi nədir?

– Əvvəllər zəng olunan kimi gedirdim. Amma musiqiçi havası ilə dolanmır. Musiqiçi öz sənətini öyrənir, məşq edir, sonra ailəsini dolandırmaq üçün şərait olmayanda çox sönür.

Sən musiqiçini çağırırsan, gedir, geyinir, kostyum geyinir, özünü hazırlayır, səsini və ya alətini məşq edir. Sonra deyirsən, gəl, çal-oxu, sağ ol, çıx get. O da bazara gedib bir kilo kartof almaq istəyir. Amma televiziya ona bir kartof qədər də qiymət qoymursa, niyə gedib orada çıxış etsin?

– Bu sahə sizi dolandırır?

– Həmd olsun Allaha, xalqımız sağ olsun, ustadlarımızın ruhu şad olsun. Ruzini verən Allahdır. Sərçənin, qarışqanın ruzisini verən Allah bu boyda insan yaradıbsa, onun da ruzisini verəcək. Şükür, həmd olsun Allaha.

– Dərs də deyirsiniz?

– Hə, dərs deyirəm, oxuyuram, məşq edirəm.

– Müəllimlik xanəndəliyə mane olmur?

– Yox. Amma hər sənətkarın tələbə ilə üz-üzə oturub dərs keçməsi vacib deyil. İndiki zamanda “YouTube”da, televiziyada, disklərdə hər şey var.

Məsələn, rəhmətlik Habil Əliyevin hər kəsin qarşısında oturub dərs keçməsi vacib deyildi. Bütün kamança ifaçıları onun bulağından su içiblər. Yaqub Məmmədovun da, Hacıbaba Hüseynovun da. Elə ustadlar var ki, onların sənətindən öyrənmək üçün mütləq tələbəsi olmaq lazım deyil.

Amma elə müəllimlər də var ki, birinci sinifdən onuncu sinfə qədər şagirdlə işləməlidirlər. Mən birinci sinfə dərs deyə bilmərəm.

– Çətin olar?

– Onlar üçün də çətin olar, mənim üçün də.

– Həmişə ağlınızda olan sevdiyiniz bir beyt və ya qəzəldən bir hissə deyə bilərsiniz?

– Hacıbaba Hüseynov mənə deyib, izah da edib:

“Ney kimi hər dəm ki, bəzmi-vəslini yad eylərəm,
Ta nəfəs vardır quru cismimdə fəryad eylərəm”.

Bir də:

“Müfti-cismani ilə, sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim”.

Füzulinin də belə bir beyti var:

“Lövhü aləmdən yudum eşq ilə Məcnun adını,
Ey Füzuli, mən dəxi aləmdə bir ad eylərəm”.

# 202 dəfə oxunub

Oxşar xəbərlər

Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

12:30 21 sentyabr 2026
Tanınmış rejissorun 1 milyard dollarlıq muzeyi açılacaq

Tanınmış rejissorun 1 milyard dollarlıq muzeyi açılacaq

11:40 21 sentyabr 2026
Şakira uzun illər sonra İspaniyada konsert verdi

Şakira uzun illər sonra İspaniyada konsert verdi

11:20 21 sentyabr 2026
Muzeyin divarına zərər vuran şəxslər saxlanıldı

Muzeyin divarına zərər vuran şəxslər saxlanıldı

11:00 21 sentyabr 2026
"Həqiqi ilahə yerişindən bəlli olur... " - Vergilidən sitatlar

"Həqiqi ilahə yerişindən bəlli olur... " - Vergilidən sitatlar

10:30 21 sentyabr 2026
Ed Şeran: "Uşaqların həyatını itirməsi ürəyimizi parça-parça edir"

Ed Şeran: "Uşaqların həyatını itirməsi ürəyimizi parça-parça edir"

10:15 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər