news-inner
clock13:11 calendar-gray 21 Fevral 2014 view-gray1661 dəfə oxunub
view-gray1661 dəfə oxunub

“Oyan, ey qadın!”

“Oyan, ey qadın! İdrakın çağırışları bütün kainatda dalğalanır, haqlarını bil! Təbiətin nəhəng krallığını fanatizm və yalanlar bürüməyib. Həqiqətin məşəli artıq bütün axmaqlıq və lovğalıq buludlarını dağıdıb”.

Yuxarıdakı fikirlər Olimpiya de Quja aiddir. De Quj maarifçilik dövrünün böyük filosoflarından biri hesab olunur. Gəlin XVII-XIX əsr filosof qadınların həyatına birlikdə nəzər salaq. İntibah dövrü azad düşüncənin yenidən yaşamaq şansı qazandığı, elm aləmində böyük addımların atıldığı, yeniliklərin və kəşflərin insanlığa yeni istiqamət verdiyi dövrdür. Bu dövr fəlsəfəsinin ən böyük siması Rene Dekartdır. Hər şeydən şübhələnə biləcəyini söyləyən və “Dərin düşüncələr” adlı üsulu inkişaf etdirən Dekart heç şübhəsiz ki, bu dövrün qadın filosoflarında da təsir edib.

Margaret Kevendish

Dekartdan təsirlənən qadın filosoflardan birincisi Marqaret Kevendişdir (1623-1673). Kevendiş əsilzadə bir ailədə doğulsa da normal təhsil ala bilməyib. Bu dövrdəki siyasi hadisələr, məsələn, kralın edam edilməsi Marqaretin Parisə sürgün edilməsinə səbəb olur.

1660-cı ildə İngiltərəyə geri qayıdan Kevendiş 1667-ci ildə dünyanın ən qədim akademiyası sayılan “Royal Society of London” un toplantılarına qatılan ilk qadın olur. Kevendişə görə maddə dediyimiz qavram sabit deyil, əksinə canlıdır. Maddə, zəka və zehin təbiətə aiddir. Maddə öz içində dəyişir. İnsan isə təbiətə aiddir və maddə üzərində heç bir təsir gücü yoxdur.

“İnsanlar bütün varlıqların ən ağıllısı olduqlarını düşünürlər, digər yaradılışın təbiəti haqqında heç nə bilmirlər, yetkin bir insan belə zehninə, ya da bədəninə aid olan məcazi təzahürlərin hamısını tanımır”. (Grounds of Natural Philosophy)

Kevendişə görə insan fiziki və ruhi olmaqla iki hissədən ibarətdir. Bu iki hissə arasında bir-birinə təsir etmə və uzlaşma var. O eyni zamanda düşünürdü ki, yeganə müstəqil olan Tanrıdır. O, Tanrının insanlar tərəfindən dərk edilməsinin mümkün olmadığını, elmin bu sahədə aciz olması fikrini müdafiə edib. “Philosophical Letters”, “Grounds of Natural Philosophy” əsas əsərləridir. “Ground of Natural” əsərində İnsanın üstün varlıq olmadığını, təbiət üzərində qələbə çalmağa çalışmasının düzgün olmadığını qeyd edir. Yazıları ölümündən sonra həyat yoldaşı tərəfindən çap etdirilmişdir.

Pis xəbərin qanadları var, yaxşı xəbərin isə ayaqları da yoxdur”.

Bu fikirlər də xanım filosofa məxsusdur.

Meri Estel

Bu dövrün məşhur qadın filosoflarından biri də Meri Esteldir. Meri dindar əmisinin köməkliyi ilə riyaziyyat və fəlsəfə ilə tanış olmuş, sonra isə Londona köçmüşdür. Londonda rəfiqəsi ilə kirayələdiyi ev qısa müddətdə mədəni mərkəzə çevrilir. Meri dövrünün digər qadın filosofları kimi Dekartı şərh etməklə yanaşı, Lukun “Ampirizm” adlı əsərindən də təsirlənmişdir. Bu fəlsəfəyə görə bilgi təcrübələr sayəsində əldə edilə bilər. Bu fikirdən təsirlənən Meri kişi və qadının qazana biləcəyi idrakın təcrübələr sayəsində mümkün ola biləcəyini irəli sürür. Xüsusilə qadınlar üçün təlimlər keçirilməlidir. Alacağı təhsil qadının özünə inamını yüksəldəcəkdir, amma onun düşüncəsinə görə qadın ictimai işlərdə arxa planda qalmalıdır.

“Savadsızlıq pis xasiyyətlərə yönləndirir, eyni zamanda pis xasiyyətlər bizi savadsızlaşdırır. Bunların birindən xilas olmaq lazımdır”

Meri Estel isbatı mümkün olan inancı müdafiə edib və bu məqamda Dekartın fikirlərini dəstəkləyib. Sadəcə tanrı inancının dərk edilməsinin mümkün olmadığını düşünür və inancı elmdən ayrı hesab edirdi. Ən önəmli əsəri “A Serious Proposal to the ladies” əsəridir. Bu əsər onun dövrünün ən populyar əsərlərindən biri hesab olunur.

Anne Finch Convay

O dövrün diqqətə layiq qadın filosoflarından biri də Anne Finch Convay hesab olunur. 1631-ci ildə Londonda doğulan Anne kiçik yaşlarından xarici dil öyrənməyə başlamış və fəlsəfi tədqiqatlarla maraqlanmışdır. 1645-ci ildə filosof Henri More ilə tanış olmuş və onun tələbəsi olmuşdur. Onun sayəsində Dekart fəlsəfəsi ilə maraqlanmağa başlanmışdır. 1670-ci ildə tanış olduğu filosof Franciscus Mercurius van Helemontla etdiyi fəlsəfi söhbətlər onun fikirlərinin daha da aydınlanmağına səbəb olmuşdur. Anne fikirlərini yazıya alsa da, yalnız “The Principes of The Most Ancient and Modern Philosophy” adlı əlyazması günümüzə qədər gəlib çatmışdır.

Conway hesab edirdi ki, təbiət yaşayan bir canlıdır, təsir edilə biləcək sabit bir quruluş deyil. Eyni zamanda o düşünürdü ki, hər cisim bir canlıdır. Cisim və ruh eyni mənbədən qidalanır və sadəcə ölçüləri fərqlidir. Hər bir canlıda “Monad” adlı ilk mənbənin təsiri vardır. “Monad” birlik mənasında işlədilir və kainatın bütünlüyünü əks etdirir. Ancaq bu düşüncə fəlsəfə dünyasına Convay tərəfindən deyil, Leibniz tərəfindən daxil edilmişdir. XVII əsrin qadın filosoflarını təhlil etdikdə o dövrün məşhur filosofu Dekartın düşüncələrindən qidalanaraq ehtimallar irəli sürdüklərini deyə bilərik. İnsan-təbiət və maddə üçbucağında inkişaf etdirilən fəlsəfi düşüncələr o dövrdə çox populyar olmuşdur. Xüsusilə təbiətin insana təsir edə biləcəyi, canlı orqanizm olması düşüncəsi olduqca önəmlidir. Bu dövrdə diqqət çəkən digər bir məqam da qadınların fəlsəfə ilə rahatlıqla məşğul ola bilməsi, intellektual dünyada özlərini daha rahat ifadə etməsidir.

1. Sinem Doğan, “Düşünce dünyasının gölgede kalanları: Kadın filozoflar”, “Açık Bilim” dergisi, noyabr 2013

Oxşar xəbərlər

Xəbər lenti

Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020