"Xoşbəxt limanlarda tapıram səni..." - Salvatore Kvazimodonun şeirləri

"Xoşbəxt limanlarda tapıram səni..." - Salvatore Kvazimodonun  şeirləri
14 iyun 2026
# 12:30

Bu gün italyan yazıçı, şair, tərcüməçi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Salvatore Kvazimodonun anım günüdür.

Kulis.az onun şeirlərini Cavanşir Yusiflinin tərcüməsində təqdim edir.

Səndən başqa kimim var, ürəyim

Sənə olan eşqim dərddə batırır məni,

Ah, torpağım mənim, axşam

portağalların,

qızılı dəfnə yarpaqlarının

mübhəm ətrini hiss etdirəndə,

bir də o çağın şehi,

dağ çayı özüylə

qızılgüllərin ətrini

dodaqlarına qədər gətirir.

Ancaq nə vaxt ki, sənin sahillərinə yan alıram

şirin bir səs - bülbül səsi

küçələrin birindən qalxdımı, qorxu bürüyür məni

bilmirəm uşaqlığımmı, eşqmi toxunacaq mənə,

yaxud özgə səmaların qüssəsi

İtmiş şeylərin arasında gizlənirəm...

Güzgü

Budur, budaqlarda

Tumurcuqlar açılır,

Qəlbi sökülür tumurcuqların

təptəzə otların yaşılı

ürəyə su səpir,

sığallayır ürəyi,

gövdəsi ölmüş kimidir

hansısa çuxura yıxılıb, sanki...

Hər şeyi möcüzə kimi qəbul edirəm,

Mən buluddan düşən bir damcı suyam,

Bircə damcı -

Bir əlçim mavi səmanı

arxın üzündə əks etdirir, göstərir,

tumurcuqlarda gizlənən yaşıllığam

keçən gecə

bağrı söküldü,

açıldı.

Arxasıüstə talada uzanan

çiçəkli qadın

Gecə yağışlarını gözlərkən

Sirr gətirdi özüylə,

yəni buludlar necə dəyişdi

beşiklərdən laylalar dalğa-dalğa

axıb getdi;

mənsə ölmüşdüm o zaman.

Göylə yerin arasındakı şəhər

sonuncu sığınacaq yerimdi,

hər tərəfdən keçmişin

qadınları səsimə hay verirdi,

anamsa cavanlaşmışdı

ehmalca qızılgülləri dərib

çələng hörürdü mənə.

Gecə qapının ağzını kəsdirmişdi,

uduzlar

qızılı xətlərin üstüylə

süzüb gedir, işıq saçırdılar,

birdən məni gördülər

gizləndiyim yerdə

açıq bağları xatırlatdılar

bir də həyatın mənasını.

Ancaq arxasıüstə

talada çiçəklərin arasında uzanmış qadının

təbəssümü öldürdü məni...

Yatmış çayların saflığı

Xoşbəxt limanlarda tapıram səni,

gecə üzən gəmidə,

göydəndüşmə, xoşbəxt saatda,

demək olar yeni sevincin istiliyində,

səssiz yaşamağın acı firavanlığında.

Bakirə cığırlar

yatmış çayların saflığını imtahana çəkər:

mən hələ də

adını sükutun içində eşidən

bir sərsəriyəm,

o zaman ki, onlar ölmüş adamları çağırarlar.

Ölümsə artıq

ürəkdə bir yer, bir məkan adıdır.

Əlvida

Vaxtın necə keçdiyini bilmədən

günəş batdı.

Axşam məkanın son şəfəqləriylə

işıqlanacaq indi

uzun və yorğun kölgəmi hiss edirəm.

Hava necə zərif, necə yüngüldü,

meh də gözəl, gözəllər gözəli,

adamın əli gəlmir

nəyisə dəyişdirsin

əbədiyyət necə var eləcə qalsın,

ürəkdə hönkürtünün kəsib doğradığı aman kimi.

Ancaq bu bir axşam, bu bir gecədir

sevdiyim həyat batıb gedir, qərq olur.

Gün gözəl idi, ancaq çəkib getdi.

Səni də şeirim, canımdan çıxarıb bir yana qoyum,

Sənə də son dəfə əlvida deyim.

# 139 dəfə oxunub

Oxşar xəbərlər

"Göylərin üzünün suyu tökülür..." - Gülbacı Nağdaliyevanın yeni şeirləri

"Göylərin üzünün suyu tökülür..." - Gülbacı Nağdaliyevanın yeni şeirləri

10:50 10 iyun 2026
Hələ də sevirəm, sevirəm səni - Nüsrət Kəsəmənli

Hələ də sevirəm, sevirəm səni - Nüsrət Kəsəmənli

10:20 10 iyun 2026
"Hardasa, hardasa ilğıma dönmək..." -  Günel Eminli

"Hardasa, hardasa ilğıma dönmək..." - Günel Eminli

11:50 9 iyun 2026
"Heç bir qadın mənim tək ayrılıq yaşadammır..." - Günün şeiri

"Heç bir qadın mənim tək ayrılıq yaşadammır..." - Günün şeiri

10:10 8 iyun 2026
Səni sevən sənsiz ömrü neyləsin? - Ümmügülsümün şeiri

Səni sevən sənsiz ömrü neyləsin? - Ümmügülsümün şeiri

18:05 5 iyun 2026
Yeni sevdasına qurban olduğum - Mikayıl Müşfiqin şeirləri

Yeni sevdasına qurban olduğum - Mikayıl Müşfiqin şeirləri

14:45 5 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər