"Evlilik müharibəyə getmək kimi bir macəradır..." - Tanınmış ingilis yazıçıdan aforizmlər

"Evlilik müharibəyə getmək kimi bir macəradır..." -  Tanınmış ingilis yazıçıdan aforizmlər
12 iyun 2026
# 16:28

Bu gün tanınmış ingilis yazıçı Gilbert Kit Çestertonun anım günüdür.

Kulis.az onun aforizmlərini təqdim edir.

Dözümlülük imansız insanın fəzilətidir.

Evlilik müharibəyə getmək kimi bir macəradır.

Susmaq tab gətirilməsi çox çətin olan bir cavabdır.

Biz gənc olanda, dostum, dünya çox qoca idi.

İnsan kosmosu anlaya bilər, lakin eqonu əsla anlaya bilməz.

İnsanlar adətən mübahisə edə bilmirlər, çünki mübahisə etməyi bacarmırlar.

Nə üçün açıldığını bilmədiyiniz bir qapını əsla bağlamayın."

Təhsil bir nəsildən digərinə ötürülərkən cəmiyyətin sahib olduğu şüurdur.

İnsan nəyi demədiyini anlayana qədər, əslində nə dediyini bilməz.

İnsan dərədən baxanda möhtəşəm şeylər görür; zirvədən isə sadəcə kiçik şeylər.

Həyatın məqsədi dəyər verməkdir (həzz almaqdır); var olanların dəyərini bilməməyin heç bir mənası yoxdur.

Dəli ağlını itirmiş insan deyil. Dəli ağlından başqa hər şeyini itirmiş insandır.

O qədər pulu qazanacaq qədər ağıllı olmaq üçün insan həm də onu istəyəcək qədər axmaq olmalıdır.

Cəsarət demək olar ki, bir təzaddır. O, ölməyə hazır olmaq cildinə girmiş güclü bir yaşamaq arzusudur.

Mühafizəkar, adətən, hər şeyi qorumaq üçün öz şəxsi səbəbindən başqa hər şeyi qorumaq istəyən şəxs deməkdir.

Nağıllar uşaqlara əjdahaların var olduğunu öyrətmir. Uşaqlar əjdahaların varlığını onsuz da bilirlər. Nağıllar uşaqlara əjdahaların məğlub edilə (öldürülə) biləcəyini öyrədir.

# 628 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

17:45 27 iyul 2026
Mahsun Kırmızıgül ifadəyə çağırıldı - Səbəb

Mahsun Kırmızıgül ifadəyə çağırıldı - Səbəb

17:27 27 iyul 2026
MEDİA İranın AzTV-ni “düşmən media qurumları”  siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı

MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı

16:50 27 iyul 2026
Puşkinin ölümünə görə sürgün edildi, dueldə öldürüldü – Lermontovun acı taleyi

Puşkinin ölümünə görə sürgün edildi, dueldə öldürüldü – Lermontovun acı taleyi

16:00 27 iyul 2026
Zevsin "məskəni" UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edildi

Zevsin "məskəni" UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edildi

15:30 27 iyul 2026
İmperiyalar minlərlə dilin ölməsinə necə səbəb oldu?

İmperiyalar minlərlə dilin ölməsinə necə səbəb oldu?

15:04 27 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər