Milli Qurtuluş Günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Milli Qurtuluş Günü ilə əlaqədar silsilə materiallar hazırlandı
12 iyun 2026
# 17:30

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü – müasir Azərbaycan dövlətçiliyinin təməli” adlı təqdimat, “Dövlətçilik tariximizin şanlı səhifəsi” adlı daycest və ənənəvi kitab sərgisi hazırlanıb.

Kulis.az xəbər verir ki, hazırlanan materiallar oxuculara Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini daha dərindən qavramağa, müasir Azərbaycan dövlətçiliyinin inkişaf yolunu izləməyə imkan yaradır.

“Milli Qurtuluş Günü – müasir Azərbaycan dövlətçiliyinin təməli” adlı təqdimat süni intellekt texnologiyası vasitəsilə hazırlanaraq oxucuların istifadəsinə təqdim edilib. Hazırlanan materialda 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixində, dövlətçilik ənənələrinin qorunması və müasir, müstəqil Azərbaycanın formalaşmasında oynadığı müstəsna rol geniş şəkildə işıqlandırılıb. Materialda Ulu Öndər Heydər Əliyev tərəfindən 1969–1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikada həyata keçirilən genişmiqyaslı iqtisadi və sosial inkişaf prosesləri haqqında geniş məlumat verilir. Kitabxananın rəsmi saytında yerləşdirilən təqdimatda həmçinin 1990-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətdən, 1993-cü ilin ortalarında yaşanan idarəçilik böhranından, daxili qarşıdurmalar və ölkənin parçalanmaq təhlükəsi ilə üz-üzə qalmasından bəhs edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan təqdimatda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkənin xilası, dövlətçiliyin qorunması, məhz onun rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin olunması, daxili təhlükəsizliyin möhkəmləndirilməsi, ordu quruculuğu, iqtisadi islahatlar və xarici siyasət sahəsində həyata keçirilən uğurlu addımlar barədə geniş məlumat verilir.

“Dövlətçilik tariximizin şanlı səhifəsi” adlı daycestdə Ulu Öndər Heydər Əliyevin müdrik fikirləri yer alır. Materialda hüquq elmləri doktoru, professor Samir Vəliyevin “15 İyun - Milli Qurtuluş Günü şanlı tariximizin şanlı səhifəsidir” məqaləsinin tam mətni və 2021-2026-cı illərdə dövri mətbuatda dərc edilən məqalələrin biblioqrafik təsviri və qısa xülasəsi də təqdim edilir. Material kitabxananın rəsmi saytında yerləşdirilib.

Kitabxanada "15 İyun - Milli Qurtuluş Günü" adlı ənənəvi kitab sərgisi də təşkil edilib. Sərgidə mövzu ilə əlaqədar kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanmış “15 İyun - Milli Qurtuluş Günü" adlı metodik vəsait sərgilənməkdədir.

# 1199 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər