news-inner
clock15:36 calendar-gray 25 Sentyabr 2013 view-gray1830 dəfə oxunub
view-gray1830 dəfə oxunub

Qadın ərəb rejissor: “Qızlarla evə yığışıb...” MÜSAHİBƏ

39 yaşlı Haifaa Əl Mənsur Səudiyyə Ərəbistanının ilk və hələ ki, yeganə rejissorudur. O, Misirdə Amerika universitetində ingilis ədəbiyyatını öyrənib. Daha sonra Avstraliyada kino təhsili alıb.

Onun filmoqrafiyasında üç qısa və “Kölgəsiz qadınlar” adlı bir sənədli film var. Bir çox beynəlxalq festivalda diqqəti çəkən sənədli film müsəlman qadınlarının pərdəarxası həyatından danışır.

Onun “Vadjda” (2012) lenti kinoteatrların qadağan olunduğu Səudiyyə Ərəbistanında çəkilmiş ilk tammetrajlı bədii filmdir. Film velosiped arzulayan qızcığazdan bəhs edir. O, sərt qaydaların olduğu cəmiyyətdə öz həyatını qurmaq istəyir, hicab geymədiyi üçün ailəsində cəzalandırılır.

Velosiped almağa pul tapmayan Vadjda Quran qiraəti üzrə dini müsabiqəyə qatılaraq qalib gəlir. Müsabiqədən qazandığı pulla özünə velosiped alır.

Film 69-cu Venesiya festivalında “Horizont” proqramı çərçivəsində göstərilib. Sonuncu Venesiya festivalında isə Haifaa Əl Mənsur kinodebütləri qiymətləndirən jürinin sədri olub.

Kulis.az rejissorla müsahibəni təqdim edir.

- Qadınlara velosiped sürülməyə icazə verilməyən ölkədə balaca qız velosiped arzulayır. Kinonun olmadığı bir ölkədə çəkdiyiniz film öz hekayətinizdirmi?

- Vadjda üçün velosiped nə deməkdirsə, mənim üçün də filmproje odur. Bu filmi ortaya çıxarmaq üçün çox israr etməli oldum. Səudiyyə Ərəbistanında bir qızın velosiped arzulamasını qadının kino çəkmək istəyi kimi gülüşlə, istehza ilə qarşılayırlar. İnsanlar düşünürlər ki, belə şey heç vaxt ola bilməz. Məni təhrik edən də məhz bu oldu. Vacib odur ki, öz potensialını dərk edəsən, bacarığına inanasan və sadəcə məqsədinə doğru gedəsən. Xüsusən də Yaxın Şərqdə insanlar özlərində güclü olmaq hissini inkişaf etdirməlidirlər. Çünki burda individual xoşbəxtliyini əldə etmək, arzularını gerçəkləşdirmək çox çətindir.

- Niyə rejissor olmaq qərarına gəldiz?

- Mən Səudiyyə Ərəbistanında kiçik şəhərdə, konservativ, orta təbəqəyə aid, ənənəvi ailədə böyümüşəm. Atam vəkil idi və mənim jurnallar, kitablar, romanlar oxumaq imkanım vardı. Dostlarım deyirdi ki, beynin pozğun ideyalarla doludur, buna görə Tanrı səni cəzalandıracaq. Yeniyetmə olanda valideynlərimə hirsli idim, çünki mən də hamı kimi olmaq istəyirdim. İndi isə ailəmin mənə verdiklərinə görə minnətdaram.

Ailədə 12 uşaqdan biri olmuşam, günlərimiz səs-küylü keçirdi. Atam həmişə evə film diskləri gətirirdi: Ceki Çan, Brus Li... əlinə nə keçdisə. Bu filmlər məhdud üfüqlərdən mənə dünyanı göstərdi. O filmlərdə tanış olmayan hisslər gördüm: insanlar bir birinə vurulur, ölkələri üçün mübarizə aparır. O qədər çox emosiya vardı ki, onları Səudiyyə Ərəbistanının konservativ, kiçik bir şəhərində böyümüsənsə yaşaya bilməzsən.

O mühitə vuruldum, amma rejissor ola biləcəyimi düşünmürdüm. Məktəbi bitirəndən sonra işləməyə başladım. Amma hiss edirdim ki, məni maraqlandıran şeyləri reallaşdırmaq üçün yol yoxdur. Özümü tamamilə inamsız hiss edirdim və özünüterapiya üçün kiçik filmlər çəkməkdən başladım. Qardaşım kameranı, bacım işığı qururdu. Filmi kiçik bir müsabiqəyə yolladıq və onu seçdilər. Əbu Dabiyə film festivalına getdim. Orda mənə dedilər ki, Səudiyyə Ərəbistanından ilk rejissoram.


- Filminizdə velosiped nə anlama gəlir?

- Velosiped modernliyin, sürətin konsepsiyasıdır, hərəkət azadlığına xiffətdir. Hər şeydən əvvəl oyuncaqdır. O, heç kəsi qorxutmur. Filmdə böyük faciə yox, uşağın əhvalatını danışmaq istəmişəm.

- Səudiyyə Ərəbistanında qadınlara avtomobil sürməyə icazə vermirlər və filmdə göstərirsiz ki, bu, gündəlik həyatda çətinliklər törədir.

- Hərəkətin məhdudlaşdırılması ölkəmizin qadınları üçün vacib problemdir. İşlədiyim ilk yerdə özümə sürücü tutmağa məcbur idim. O, şəhərin tamamilə başqa istiqamətində yaşayırdı və güvənilə biləcək adam deyildi. Onun üzündən işə gecikəndə şef günahı məndə görürdü. Burda qadınlar kişidən asılıdır. Bir çox məsələlərdə də belədir, məsələn, biz xəstəxanaya gedəndə kişidən icazə almalıyıq. Dükan açırıqsa yalnız kişi zəmanət verməlidir. Biz çox şey edə bilmirik, ona görə yox ki, bacarıqlı deyilik. Ona görə ki, yaşadığımız cəmiyyət bizi məhdudlaşdırır.

- Bəs bir qadın belə şərtlər altında necə film çəkə bilib?

- Sadəcə çalışdıq ki, ölkənin qanunlarına hörmət edək və yaşam şərtlərindən kənara çıxmayaq. İctimai həyatda qadınlar və kişilər sərt şəkildə ayrıdır. İcazə verilmir ki, qadın kişi ilə əməkdaşlıq etsin. Ona görə də natura çəkilişlərini mikroavtobusdan monitor və ratsiya ilə idarə etdim. Əlbəttə çəkiliş meydançasında ola bilmədiyimə görə kədərləndim. Amma qanunla konfliktimin olmaması vacib idi. Onsuz da filmi çəkməyim artıq ölkədə gərgin diskussiyaya səbəb olmuşdu.

- Nisbətən yumşaq şərtləri olan ölkədə də çəkə bilərdiz.

- Yox, heç vaxt. Səudiyyə Ərəbistanında tədricən sənət üçün məkanlar, qadın azadlığı artır və mənim üçün bu dəyişikliyin bir hissəsi olmaq vacibdir. Ölkəmdə həyatın gerçəkdə necə olmasını göstərmək üçün filmi orda çəkmişəm. Təbii ki, filmi rədd edən konservativ adamlar var. Yalnız ona görə ki, onu qadın çəkib. Çəkiliş vaxtı bəzən bizi qəsəbələrdən qovurdular. Əksinə, bəzi yerlərdə isə adamlar su və yemək gətirirdilər, üstəlik, statist (səhnədə sözsüz rolları oynayan şəxs) kimi iştirak etmək istəyirdilər. Bunu görmək xoş idi. Ümid edirəm ki, ölkəmdə filmim kino sənətinə hörmət yaradacaq və insanları mədəni mübadiləyə açıq olmağa səsləyəcək.

- Repressiv qaydalar və qanunlar olsa da dörd divar arasında özəl həyat başqadır. Cəmiyyətdəki həyatla evdəki həyat arasında nə qədər uyğunluq var?

- İctimai qaydaların böyük hissəsi qanuna əsaslanmayıb, bu, sadəcə sosial kodeksdi. Konstitusiyada yazılmayıb ki, qadınlar velosiped sürə bilməz. Bu, sadəcə adətdir. Qanun və adətlər arasında çoxlu boz zonalar var. Ona görə də Səudiyyə Ərəbistanında şəxsi və ictimai həyat arasında nizamsızlıq var. Yeniyetmə olanda, bir qrup qızla həftəsonu bir evdən başqa evə yığışıb diskoteka qurmuşduq. Evlərimizdə kişilər və qadınlar birlikdə rəqs edir, film izləyir, flirt edirdilər. Amma küçəyə çıxan kimi, şəxsiyyətlərini gizlədirdilər.

- Misirdə, Liviyada və Suriyada baş verən hadisələr göstərdi ki, Yaxın Şərqdə cəmiyyətradikal qırılma vəziyyətindədir. Səudiyyə Ərəbistanında ərəb baharı ola bilərmi?

– Bu hərəkatlar həmin ölkələrdə pis iqtisadi durumun nəticəsidir. Səudiyyə-Ərəbistanı çox stabildir, çünki varlıdır, insanlar maddi baxımdan yaxşı yaşaya bilirlər. Amma yenə də düşünürəm ki, bizim hökumət demokratiya ilə bağlı diskussiyaya açıq olmalıdır. Bəzi məsələlər hərəkətə gəlib, hərçənd, çox liberalların ümid etdiyi kimi lazımi səviyyədə deyil. İlin əvvəlindən 30 qadın Məsləhət Şurasında (qanunları tərtib edən orqan) təmsil olunur. Bu, ləng, ürək addımlardır və ümid edirik ki, böyük dəyişikliklər üçün yol açırlar.

- Siz hətta Sidneyə kimi gedib çıxdız, magistr təhsili aldız. Bunun üçün ölkənizdən olan qadına nə lazımdır?

- Məqsədinə fokuslanmalısan. İradəni qırmaq üçün çoxlu əngəllər törədirlər. Əvvəlcə Qahirəyə getdim və orda Amerika universitetində təhsil aldım. Valideynlərim təhsil almam üçün maddi baxımdan böyük yardım etdi.


- İndi Bəhreyndə yaşayırsız.

- Ərimə görə. O, amerikalıdır, səfirlikdə mədəniyyət üzrə attaşe olub. “Kölgəsiz qadınlar“ sənədli filmimi göstərəndə tanış olduq, bir birimizi sevdik və evləndik. Sonra Vaşinqtona getdik, amma özümü orda vətəndən uzaqda hiss edirdim və istədim ki, uşaqlarım məxsus olduğum mədəniyyəti də tanısın. Bəhreyn Səudiyyə Ərəbistanına yaxındır.

- Bəhreyndəki qadınların həyatı Səudiyyə Ərəbistanındakı qadınlardan nə qədər fərqlənir?

- Səudiyyə Ərəbistanında bütün qadınlar, hətta qərb qadınları abaya (uzun ətəkli və uzun qollu geyim) geyməlidir, bu, qanundur. Amma üzümüzü bağlamaq mütləq deyil, yalnız saçlar. Bəhreyndə indi sizinlə olduğum kimi, başımı bağlamadan qərbsayağl geyinə bilərəm. Amma ordakı çox qadınların seçimləri olsa da, Səudiyyədəki kimi mühafizəkardılar. Qadın üzünü gizlədirsə öz identikliyini gizlədir. Bu, yanlışdır. Qadın özü ilə qürur duymalıdır.

- Axır vaxtlar qadınlara kişilərin müşayiəti ilə də olsa velosiped sürməsinə icazə verilir. Bunu sizin filmin uğuru hesab etmək olar?

- Bəli, elə düşünürəm. Film ölkəmdə çox müzakirə olunur və ümumi fikir yaradıb. Bu, kiçik dəyişiklikdir. Amma konkretdir. Böyük addımların olması üçün kiçik addımların olması vacibdir. Çox istedadlı gənclər dövlət təqaüdü ilə Amerikada və Avropada təhsil alır. Onlar geri dönəndə müəyyən dəyişikliklər olacaq. İnternet də hərəkətlilik gətirir. Seksual məzmun senzura olunsa da sosial mediaya giriş azaddır.


- Qəhrəmanın adı Vadjdadır. Adın xüsusi mənası varmı?

- “Vadjda“ ərəbcə “sevgi“ sözündən törəyib, həsrəti və arzunu ifadə edən poetik sözdür.

Material rejissorun “Tagesspiegel“ və “Zeit“ qəzetlərindəki müsahibələri əsasında hazırlanıb.

Oxşar xəbərlər

Xəbər lenti

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub
17:10 20 Yanvar 2021
Eynşteyn əsrin ixtirasına görə bu romanlara borcludur - Ən sevdiyi 5 kitab
16:20 20 Yanvar 2021
146 nəfərin bir hekayəti...
15:10 20 Yanvar 2021
Larisa adını niyə dəyişmək istəyirdi, anasının yuxusuna girib nə dedi? - 13 yaşlı şəhidimiz
14:00 20 Yanvar 2021
“Harri Potter” filminin ulduzu kinodan getdi
12:45 20 Yanvar 2021
Tanıdığım ilk şəhid
11:30 20 Yanvar 2021
Məşhur serialın aktyoru vəfat etdi
10:20 20 Yanvar 2021
Müstəqillik tarixinin ən möhtəşəm 20 Yanvarı - Şərif Ağayar yazır...
09:01 20 Yanvar 2021
"Sənin bu “qadın travmandan” xeyli həzz aldım" - Seymurla Aygün Aslanlının söhbəti
18:40 19 Yanvar 2021
"Simpsonlar"ın ssenaristi öldü
17:56 19 Yanvar 2021
Orxanı yenə polis apardı – Əsgərlikdəki şairlə söhbət
17:12 19 Yanvar 2021
Balacalar üçün onlayn tamaşa
16:31 19 Yanvar 2021
“Qarabağ hekayələri” qırğız dilinə tərcümə olundu
15:53 19 Yanvar 2021
“Mən xəbərləri oxuyanda qarşımda avtomatlı əsgər dayanmışdı” - Məşhur diktor 19 yanvar gecəsi AzTV-də baş verənlərdən danışır – Müsahibə
15:11 19 Yanvar 2021
“Arşın mal alan” Düşənbədə təqdim olundu
14:38 19 Yanvar 2021
Xalq artisti dünyasını dəyişdi
14:00 19 Yanvar 2021
Məşhur tarzən müğənnini qınadı: "Şəhid verdiyimiz dövrdə toy oxumusan"
13:17 19 Yanvar 2021
Leonardo da Vinçinin itmiş əsəri tapıldı
12:39 19 Yanvar 2021
Şair-əsgər anası: “Gizlində oğlumun çəkmələrini öpürdüm” – Müsahibə
12:01 19 Yanvar 2021
Məşhur prodüser həbsxanda vəfat etdi
11:25 19 Yanvar 2021