writer1

Murad Köhnəqala

Məqalə sayı

106
clock17:28 calendar-gray 22 Fevral 2013 view-gray2245 dəfə oxunub
view-gray2245 dəfə oxunub

Çürük akademikin “məfaiül”ü

Öyün Cavid parkından “Elmlər Akademiyası” metrosu tərəfə keçmək istəyəndə əlində əsa, qoltuğuna kirli papka sıxmış güclə yeriyən bir qoca mənə əl eləyib onu gözləməyimə işarə elədi. Kişi mənə yaxınlaşdıqca fikirləşirdim, görəsən, qoltuğuna papka almış bu qoca nə işin sahibidi, öldüyü yerdə. Nə papkabazlıqdı keçib bunun boğazına? Yaxşı daa, ola bilsin, kişi nə vaxtsa müəllim-zad olub, indi də höt-hötünü buraxmaq istəmir. Yox, axı, müəllim olanın üzündə azca da olsa işıq olar, bunun sifətində nifrətdən başqa bir şey sezilmir, axı. Elə bil kişinin ayaqlarını yenicə falaqqadan çıxartmısan. Tısbağa baxışlarıyla ətrafı sezməyində elə bir ifadə var, sanki qocalıb bu günə düşməyində ətrafdakı adamlar günahkardı.

Nəhayət, aramızdakı 5-10 metr məsafəni səbirlə, asta-asta, ehtiyatla qət edib mənə yetişdi və xoşagəlməz titrək səsi ilə ucadan: “Məni də yolun o tayına keçirt!” deyib, qolumdan yapışdı.

Mən, asta-asta onunla birgə, maşınları ora-bura vızıldayan yolu boylana-boylana keçməyə girişdim. Yanımızdan maşınlar keçdikcə qoca məndən daha möhkəm yapışıb böyrümdə gizlənirdi ki, bircə onu maşın vurmasın. O, sağ qolumdan dartıb məni əydikcə hər ikimizə daha da təhlükə yaradırdı. Qocanın bu hərəkəti suda boğulanın öz xilaskarını boğmasına bənzəyirdi.

Kişini sürüyə-sürüyə birtəhər yolun bu üzünə keçirdim. Sağollaşıb aralanmaq istəyimi hiss eləyib qolumdan daha da möhkəm yapışaraq: “Məni Akademiyanın binasına qədər ötür!” – dedi. Səsindəki amiranəlikdən bildim ki, onun rəhmətlik, bəlkə də cənnətlik dədəsinə xeyli borcum var.

Ağsaqqalın papkasının sirri mənim üçün yavaş-yavaş açılmağa başlayırdı. Demək, kişi elm adamıdı, qəbir evinəcən öyrənmək istəyənlərdəndi. Qolumdan yapışmasının iyrəncliyini yadımdan çıxarıb öz başımı qatmaq üçün soruşdum: “Ağsaqqal, Akademiyaya getməyin xeyirdimi?”

Kişi nifrət dolu sifətini mənə tərəf əyib sualımı təkrarlamağım üçün: “Haıy?” – dedi.

Bildim ki, qulağı o qədər də saz deyil, ona görə sualımı ucadan təkrarladım: “Deyirəm, Akademiyaya getməyin xeyirdimi?”

Kişi yenə məni nifrətlə süzüb: “A bala, nə bağırırsan, burda karmı var? Xeyir olmayanda nədi? Mən sənin xalqının akademikiyəm! 97 yaşım var, ömrümün 77 ilini sənin kimi qanmazlara elm öyrətməyə xərcləmişəm, heyf mənim əməyimə, sənin kimi qədirbilməzlər əlində qalmışam, ömrüm zay olub getdi!” – dedi.

Fikirləşdim, əşi, qoca kişidi, qoy, nə deyir-desin, xətrinə dəyməyəcəyəm ki. Könlünü almaq üçün: “Ağsaqqal,- dedim- sizə daha da uzun ömür, elmi işlərinizdə yeni-yeni nailiyyətlər arzulayıram! Arzu edirəm qoltuğunuzdakı o elmi işiniz axırıncı yox, axarıncı olsun!” – söylədim.

Kişi yenə üzümə baxıb: “Sənin kimisi nə qanır elm nədi, savad nədi, bilik nədi, zəka nədi, dərrakə nədi?”- dedi.

Mən onun yerişi ilə yavaş-yavaş Akademiyanın binası tərəfə addımlayıb ondan canımı tezcə xilas eləmək istəyirdim. Məndən növbəti sual gözləsə də susmağa üstünlük vermişdim. Beləcə susmağımı görən akademik təzədən açıldı: “Mən düz 50 ildir Məhəmməd Füzuli yaradıcılığı ilə məşğulam. Desən, bu nə qanır, qəzəl nədi, Məhəmməd Fizuli kimdi, “ğəmi-pünhan” nədi? Bunlarınkı müftə yeyib-içib yatmaqdı! Əşşiii!!!”

Mən başımı aşağı salıb susaraq akademikimizin canlı leşini binaya tərəf sürüyürdüm. Kişi ağzındakı üst protez dişini dili ilə çölə çıxarıb dərhal da geri öz yerinə yerləşdirəndən sonra yenə başladı: “Füzuli deyir: - Eşq Məcnuni-cünuni zindandır, Eşqin ən əlası ğəmi-pünhandır! - Bilirsənmi, kişi nə deyib?”

Mən yüngülcə başımı yellədim, yəni, bilmirəm. Akademik təzədən başladı: “Sən hardan biləsən, ey qafil?! Deyiiir, Məcnun elə bir işə düşüb ki, onunku zindandan betərdi! Yəni eşqə düşən adam zindana düşmüş kimi bir şeydi! Əşi, mən kimə danışıram, sənin kimi zırramalar belə hikmətləri hardan qanacaq? Bax, o qarşımızda cavanlar gedir ee, onların hamısına nifrət eləyirəm, nifrət!!! Heyf, mənim ömrüm getdi, əslində onların yerinə mən yaşamalıyam ee, məəən!!! Gör nə günlərə qaldım ki, sənin kimi heyvərənin birinin qoluna girmişəm! Hey, fani dünya! Həmişə allahıma yalvarmışam, ilahi, məni nadanlara möhtac eyləmə, ancaq yenə gəlib sənin kimi axmağın birinə ağız açdım! Eh, nə bilim! Gör sonra nə deyir? Deyir, eşqin gətirdiyi ğəm gizlin saxlanmalıdı! Yəni, sən birinə vurulmusansa ömrünün axırına qədər bu eşqi sevdiyinə bildirməməlisən! Yoxsa, indikilər birini sevən kimi “cırt!” qızın qabağını yolda kəsib deyir, aaz, mən səni sevirəm! Bəs, sevginin isməti, paklığı, ülviliyi hara getdi, ay nadanlar?!”

Mən dinmir, sakitcə bu çürük adamdan xilas olmağa tələsirdim. Akademik sözünə ara verərək dərin, füzuliyanə bir ah çəkdi. Onun nəfəsi üzümə dəyəndə ağzından çıxan üfunətin dözülməzliyindən az qaldım oradaca qusam. Kişi yenə başladı: “Mən 17 yaşım olanda bir qıza vurulmuşdum, 97 yaşım var, hələ də o eşqi sinəmdə gəzdirirəm. O qız ərə getdi, uşaqları oldu, nəvələri dünyaya gəldi, yenə mən o sirri ona açmadım. Yazıq çox yaşamadı, 64 yaşında haqqın dərgahına qovuşdu. Ölüm ayağında xəstə yatarkən bircə dəfə yanına gedib dedim, ey gül, sənə bir sirr açmaq istəyirəm. Dedi, nə sirdi o elə? Dedim, düz 50 ildir, mən səni qəlbimdə gizli sevirəm. Yazıq göz yaşları töküb dedi, bəs niyə qəlbini mənə açmamışdın, ey bülbülü-şeyda? Dedim, əzizim, Füzuli deyib, “Kim ki faş edər eşqi aləmə, Onun günahları gəlməz qələmə!” Yazıq bu dünyanı göz yaşları içində tərk elədi. Özüm də göz yaşları içində ondan ayrıldım. Bax budur, əsl məhəbbət! Budur əsl eşq! Budur vəfa, budur ilqar!!!”

Kişi danışdıqca əsasının ucunu asfalta döyürdü. Fikirləşirdim, ey göylər, mən bundan canımı haçan qurtaracağam? Akademik zəli kimi bir tərəfimdən sallaşaraq davam eləyirdi: “Füzuli bir dərya idi, mən onun bircə damlası olsaydım, özümü xoşbəxt sanardım. Mənim Füzuli yaradıcılığının təfsirinə dair 58 dənə kitabım çıxıb! Oxumursunuz, oxumursunuz, oxumursunuz!!!! Eşitmişəm, təzəlikcən “indernat” (internet demək istəyirdi) deyilən bir şey çıxıb, ta orda it yiyəsini tanımır, kim kimə istəyir, məktub yazır, eşq elan eləyir, tfuuu!!!”

Kişi “tfuu!” eləyəndə başımı yana tutdum ki, tüpürcəyi üzümə dağılmasın. Axır ki, Akademiya binasının girəcəyinə çatdıq. Bu qoca idbarın əlindən sürüşüb çıxmaq istəyəndə: “Hara tələsirsən, məni liftin yanına apar!”- dedi. Yaxınlaşan kimi cəld liftin düyməsini basdım. Handan-hana lift gəlib çıxdı. Mən sevinmiş kişini içəri ötürmək istəyəndə: “Ayə, hara tələsirsən, kömək elə içəri keçim dəə!”- dedi.

Akademiklə bərabər liftə girdim. “Beşin düyməsini bas!”- deyə mənə əmr elədi. Sonra içəridə qolumdan yapışıb: “Məfailün-failatün...” deyərək nəsə bir zoğallama başlamaq istəyirdi ki, cəld düyməni basıb bayıra tullandım.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Mirzə Cəlilin nəvəsi Fransadakı səfirliyimizdə olub
18:54 05 Avqust 2021
Qəbələ Musiqi Festivalı başa çatdı
18:14 05 Avqust 2021
Yaxınları Rafiq Tağını ziyarət etdi - Foto
18:07 05 Avqust 2021
Tanınmış yazıçı ilə görüş keçiriləcək
17:30 05 Avqust 2021
Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür
17:01 05 Avqust 2021
Azərbaycanda etdiyi bu rəqsə görə Rafet El Romanı topa tutdular - Video
16:14 05 Avqust 2021
Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə
15:21 05 Avqust 2021
Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları
14:43 05 Avqust 2021
Nobelli şair məhkəməni uddu
14:01 05 Avqust 2021
"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar
13:12 05 Avqust 2021
Başı kəsilən Sevinci necə xilas edə bilərdik?
12:26 05 Avqust 2021
Əri evə başqa qadın gətirdi, efirə çıxarmaq üçün ona əxlaqsız təkliflər etdilər, iki uşağıyla ac-susuz qaldı – Səfil həyatı yaşayan xanəndəmiz
12:02 05 Avqust 2021
Flora Kərimovanı hədəfə alanların əsl siması – Sevda yazır...
11:01 05 Avqust 2021
Azərbaycanda yeni musiqi aləti yaradıldı - Foto
10:31 05 Avqust 2021
44 müəllifdən 44 ən yaxşı hekayə - Yeni layihə
10:01 05 Avqust 2021
Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi – Zamin yazır...
09:00 05 Avqust 2021
Xalq artisti Rafiq Hüseynovun film kimi həyatı - Maraqlı faktlar
21:00 04 Avqust 2021
Amerikalı vokalçının “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
18:45 04 Avqust 2021
Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
18:01 04 Avqust 2021
Onda mən də doyunca ağlaram - Güneydən hekayə
17:20 04 Avqust 2021