news-inner
clock09:00 calendar-gray 28 Mart 2016 view-gray241 dəfə oxunub
view-gray241 dəfə oxunub

Hötenin “Möcüzə uşaq” adlandırdığı dahi bəstəkar

O, XIX əsrin ən məşhur pianoçu və bəstəkarlarından biri idi. İstedadlı olduğuna görə ona bir zamanlar “möcüzə uşaq” da deyilirdi. Onun bu istedadı bir çoxlarını, hətta ərini də qıcıqlandırırdı...

Bəstəkarın uşaqlığı

Məşhur bəstəkar Klara Cozefina Vik (Klara Şuman) 1819-cu ilin 13 sentyabrında Almaniyanın Saksoniya əyalətinin Leypziq şəhərində anadan olub. Atası Fridrix Vik musiqi müəllimi və piano firmasının sahibi olub. O, qızının istedadını kəşf edərək 5 yaşından musiqiçi kimi yetişdirib. 9 yaşından konsertlərdə ifa edən musiqiçi, 11 yaşında ilk konsertini verib və mahnı bəstələyib. Cozefina 1831-1836-cı illərdə atası ilə birlikdə Avropada silsilə konsertlər verib. O zamanlar Mendelson, Paqanini, Şopen, Höte kimi məşhurlar onu “Möcüzə uşaq” adlandırırdı.

Şəxsi həyatı

Pianoçu kimi məşhurlaşan sənətçinin ailəsinin vəziyyəti daha da yaxşılaşırdı. Klara atasının verdiyi təhsilin nə qədər uğurlu olduğunun canlı nümunəsi idi. Bunun sayəsində atası pullu şagirdlər tapırdı və məhz buna görə, piano satışları getdikcə artırdı. Ancaq onların xoş günləri çox davam etmir. Ailənin xoşbəxt günləri Klarının atasının şagirdi Robert Şumana aşiq olması ilə bitir. Atası bu münasibətə qarşı çıxaraq onların evlənmələrinə icazə vermir. Bu icazənin alınması üçün cütlük məhkəməyə müraciət edir. Məhkəmə çəkişmələri Klaranın atasının fikrindən geri dönməməsi səbəbindən 3 il davam edir.

Atasının tərsliyi, münasibətə qarşı çıxmağı gəncləri bir-birilə daha da mehribanlaşdırır. Robert və Klara məhkəmə davam edən müddətdə bir-birinə 400-ə yaxın məktub yazır. Bu müddətdə Klara uğurlu konsertlərə, Robert isə musiqi bəstələməyə davam edirdi. Hətta Robert diplomu olmadığına görə, onun barəsində iddialara son vermək üçün fəlsəfə diplomunu alır.

Məhkəmə 3 ildən sonra gənclərin evlənməsinə qərar verir və cütlük 1840-cı ildə evlənir. Klaraya olan sevgisi Robertin daha çox mahnı bəstələməsinə stimul verirdi. Təkcə evləndikləri il, o, 138 mahnı bəstələyib. Evləndikləri gün Klaranın başında mərsin bitkisindən çələng var idi. Robert isə toya hədiyyə kimi ona «Mərsinlər» adlı vokal məcmuəsini bəxş edib.

Fridrix Vik gənclərə o qədər kinli olur ki, illər boyu konsertlərdən yığdığı puldan qızına bir qəpik də vermir. Klara hətta pianosunu ancaq bir neçə aydan sonra öz evinə gətirə bilir. Əvvəllər onların həyatı ideal görünürdü. Klara və Robert öz bəstələdikləri musiqiləri bir-birinə hədiyyə edirdilər. Ancaq bu xoşbəxtlik sadəcə görüntü idi. Klara Avropada Listdən sonra birinci pianoçu sayılırdı və səhnəni atmaq fikri yox idi. Şuman isə bundan çox da razı deyildi və yazırdı: «Evliliyimizin ilk ilində sən fortepianoda çalmağı atıb özünü ailəyə və ərinə həsr etməlisən. Qadın olmaq səhnədə olmaqdan daha vacibdir. Əgər cəmiyyətlə bütün əlaqələrini kəssəydin, mənim ən ümdə arzumu həyata keçirmiş olardın. Axı sən mənim üçün əbədi olaraq dahi kimi qalırsan».

Klara, ailə qurandan sonra sənətinə kifayət qədər zaman ayıra bilmədiyinə görə narahat idi. Çox məşq edə bilmədiyinə baxmayaraq, o, konsertlərdən tamamilə imtina edə bilmədi. Bir müddət sonra isə konsertlərindən qazandığı gəlirlə ailəsini saxlamağa başladı. Klaranın məşhurluğunun artması və ailənin maddi təminatını öz üzərinə götürməsi Şumana psixoloji olaraq çox pis təsir edirdi. O zamanlar Robert çox da məşhur deyildi və onu “Məşhur bəstəkarın əri” kimi təqdim edirdilər.

Robert evliliklərinin ilk 10 ilində hələ tanınmış bəstəkar olmadığından yaxşı pul qazana bilmirdi. Buna görə ailənin bütün yükü Klaranın üzərində idi. Əri bu durumdan məmnun olmasa da, Klara silsilə konsert proqramları və musiqi dərsləri verərək həm ərinə, həm də 14 illik evliliklərində 8 uşağa baxmağa məcbur idi. Robert isə evdə iki piano olduğundan, səs-küydə musiqi bəstələyə bilməməyindən şikayətlənirdi.

Evlənməmişdən qabaq Robert Klaranın musiqi bəstələməyi üçün hər cür dəstəyi versə də, evlilikdən sonra onun işinə mane olurdu. Robert, həyat yoldaşının ondan daha güclü olmasını qəbul edə bilmirdi. İllər keçdikdən sonra Robert, məşhur və istedadlı həyat yoldaşının kölgəsində qaldığına görə, əsəb xəstəliyinə tutulur və evlilikləri dözülməz hal alır. İş o həddə çatır ki, Robert intihara cəhd edir. Özünə qəsddən sonra Şuman xəstəxanada müalicə olunur. O, ruhi əsəb dispanserinə yerləşdirilir, iki il sonra isə orada dünyasını dəyişir. Ruhi xəstəxanada ona yaxınları, həyat yoldaşı və uşaqlarıyla görüşməyə icazə vermirdilər, amma fortepianoda çalmaq və bəstələmək imkanı yaradılmışdı. Ölümünə 2 gün qalmış Klaranı təcili olaraq xəstəxanaya çağırırlar. Bu, son görüş idi. Beləliklə, Klara həyat yoldaşını yalnız bir dəfə, o da ölümündən iki gün əvvəl ziyarət edir.

Bəstəkarın ölümü

Klara sonrakı illərdə 3 uşağının və Robertin ölməsinə baxmayaraq musiqi işlərinə ara vermir. Bu arada Klaranın Robertin bütün əsərlərini nümayiş etdirməsi böyük uğur gətirir. Robert əsl bəstəkar adını çox gec, ölümündən sonra alır...

Klara 1848-ci ildə Frankfurt Konservatoriyasının baş piano müəllimi olur. Bu illərdə ən yaxın həmdəmi, əri ölməmişdən əvvəl ailə dostları olan bəstəkar Yohan Brams idi. Brams Klaranı çox sevirdi, hətta bəzi bəstələrini Klaraya ithaf edib. Şumanın sağlığında Brams tez-tez Robert və Klara ilə görüşür və bu görüşlərdə dahi bəstəkarların musiqilərini ifa edirdi.Klara Bramsı uşağı kimi görür, onu qoruyur və tanınması üçün əlindən gələni əsirgəmirdi. Şuman öləndən sonra Klara və Brams onun xatirəsinə konsertlər verirdi. Brams 1858-ci ildə bəstələdiyi“Uşaqların mahnıları”adlı albomunu onların uşaqlarına həsr edib.

Klara 1888-ci ildə sənətdəki 60-cı ilini qeyd edir. Son konsertini isə 1891-ci ildə verərək konservatoriyadan ayrılır. Bundan sonra Klara şagirdlərə evində dərs deyirdi. Klara 26 martda Frankfurtta dünyasını dəyişdi. Bu hadisə Brams üçün böyük bir zərbə oldu və 1 ildən sonra o da öldü.

Almaniyalı rejissor Peter Şamoni 1983-cü ildə Klara ilə Robertin gənclik illərinə, onların tanışlıqlarına və evlənmələrinə qədər gedən yoldan bəhs edən “İlk Bahar Simfonsiyası” adlı film çəkib. Filmdə Klara obrazını Nastasiya Kinski canlandırıb. Film, Klaranın yeni evinə atasının mənzilindən pianosunu gətirəndə ərinin ona dediyi “Evimiz iki piano üçün bir az balaca deyilmi?” cümləsi ilə bitir.

Oxşar xəbərlər

Xəbər lenti

Filmimiz Parisdə nümayiş olundu
18:49 19 Oktyabr 2020
Rəssamlar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:11 19 Oktyabr 2020
Niyə inşa edilmişdi, üstündən kimlər keçdi? - Xudafərin körpüsü
17:28 19 Oktyabr 2020
Azərbaycanlı yazıçı koronavirusa yoluxdu
16:52 19 Oktyabr 2020
Az qalıbdır, Qarabağı qucmağa - Ordumuz haqda şeirlər
16:07 19 Oktyabr 2020
Məşhur meyxanaçılar Qarabağa klip çəkdi - Video
15:28 19 Oktyabr 2020
Atalığı onu zorla diləndirdi, əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı
14:51 19 Oktyabr 2020
Zamin Hacı Füzulinin azad edilməsindən danışdı: “Sürpriz oldu”
14:10 19 Oktyabr 2020
Şərif Ağayarın romanı Fransada çap olundu
13:30 19 Oktyabr 2020
Cəbhəyə şəkil çəkdirməyə gedən məşhurlar
12:44 19 Oktyabr 2020
Türk ulduzlardan Azərbaycana qardaş dəstəyi: “Hər zaman yanınızdayıq”
12:10 19 Oktyabr 2020
Qadınlar ağlaya-ağlaya bizdən imdad diləyir - Tolstoyun qızı erməni vəhşiliyindən yazır
11:20 19 Oktyabr 2020
Məşhur rus yazıçısı vəfat edib
10:45 19 Oktyabr 2020
Nuri Bilge Ceylanın filminə 470 min avroluq dəstək
10:02 19 Oktyabr 2020
Rus aktyor: “Rusiya TV-ləri erməniləri müdafiə edən yalanlar danışır” – Müsahibə
08:58 19 Oktyabr 2020
Azərbaycan bayrağı – Günün şeiri
11:03 18 Oktyabr 2020
Dostu üzünə durdu, şərlənərək həbs olundu, yaddaşını itirdi... - Məşhur yazıçımızdan maraqlı faktlar
16:30 17 Oktyabr 2020
Şərqli atanı cəzalandıran olacaqmı?
15:33 17 Oktyabr 2020
Dağlar buludlardan uca olardı - Rayonu azad olunan şairdən şeir
14:36 17 Oktyabr 2020
Anası Füzulidə, atası Bakıda dəfn olunan aktyor: "Onları qovuşduracağam"
13:51 17 Oktyabr 2020