Arvadı zorlanan riyaziyyatçı QALMAQALLI FİLMLƏR

Arvadı zorlanan riyaziyyatçı QALMAQALLI FİLMLƏR
16 may 2015
# 08:00

Kulis.az “Ən qalmaqallı filmlər” layihəsində XX əsr kinosunun əhəmiyyətli novatorlarından sayılan, amerikalı rejissor Sem Pekinpanın “Həsir köpəklər” filmini təqdim edir.

Sem Pekinpa məktəbi bitirəndən sonra 1943-cü ildə dəniz piyada qoşununda xidmət göstərib, amma döyüşlərdə iştirak etməyib. İkinci Dünya Müharibəsindən sonra o, kollecə daxil olur, tarixi öyrənir.

Burda o, birinci həyat yoldaşı Meri Sellandla tanış olur, onun sayəsində teatrla maraqlanmağa başlayır. Kolleci bitirəndən sonra Kaliforniya Universitetində incəsənətini öyrənir, Los Ancelesdə teatr rejissoru, daha sonra televiziyada dekorasiya montajçısı işləyir.

1954-1956-cı illərdə bir neçə filmdə rejissor köməkçisi çalışır. Onun rejissor kimi debütü qarətlə məşğul olan keçmiş zabitin taleyini anladan “Öldürücü dəstə” (1961) vesterni olur.

“Yüksəkdə atçapanlar” (1962) ikinci vesterni Belçika festivalında Federiko Fellininin “Səkkiz yarım” filmini keçərək əsas mükafatı alır. Avropa kinotənqidçiləri rejissoru vestern janrına yeni yanaşmasını xüsusi qeyd edirlər.

Meksika aktrisası Beqona Palasiosla evlənəndən sonra o, dörd filmini Meksikada çəkir.

“Vəhşi banda” (1969) Yeni Hollivudun əhəmiyyətli filmlərdən sayılır.

1913-cü illərdə baş verən hadisələrdə kovboylar bankı qarət edirlər. Amerikada “On ən yaxşı vestern” siyahısına daxil olan filmdə öz zamanına görə zorakılıq təsvirləri çoxdur.

Güclü təəssürat yaradan bu səhnələrin eyni zamanda altı kamera ilə çəkilməsi filmdə gərginliyi, əsəbi atmosferi artırır. Əsas mövzu rejissorun insan təbiətinə və cəmiyyətinə pessimist baxışıdır.

Bu filmin əhəmiyyəti həm də ondadır ki, o, zorakı səhnənin göstərilmə vasitələrini və vestern janrının kanonlarını dəyişdi. Bəzi tənqidçilərə görə film Vyetnam müharibəsinə alleqoriyadır.

Ümumiyyətlə, Pekinpanın vesternlərində müasir dövrə keçidin çətinliyi, vəhşi Qərbin ölümü təsvir edilir.

“Keybl Hoga haqda ballada” (1970) filmində də vəhşi Qərbin ölümünü göstərir.

“Pet Herrett və Billi Kid” (1973) vesterni real hadisələr əsasında çəkilib. Şerifin quldur tərəfindən qətlindən bəhs edilir.

“Mənə Alfred Qarsiyanın başını gətirin” kriminal dramında meksikalı siyasətçi, qızını hamilə buraxan Alfred Qarsiyanın qətlini sfariş edir.

Hollivudla problemləri olan rejissor deyirdi: “Mənim üçün Hollivud daha mövcud deyil. O, tarixdir. Mən Meksikada qalmağa qərar verdim, inanıram ki, burda filmlərimi daha sərbəst çəkə bilərəm”.

Bu fikrinə görə kino və televiziya işçiləri onun filmini boykotla hədələdilər. Pekinpa isə müdafiə üçün jurnalistin onun fikrini düzgün ifadə etmədiyini deyirdi.

Iki agentin fəalyyətindən danışan “Elit qatillər” (1975) tirllerinin çəkilişi zamanı rejissor kokain qəbul edir, prodüserlərlə konfliktə girir.

1970-ci illərin sonunda rejissora “Kinq konq” və “Supermen” layihələri təklif olunsa da, o, imtina etdi.

Əvəzində İkinci Dünya Müharibəsindən bəhs edən “Dəmir xaç” (1977) dramını çəkdi, rejissor Orson Uells onu ən yaxşı antimüharibə filmi adlandırdı.

1982- ci ildə spirtli içkilərə qurşandığına görə sağlamlığı pisləşdi. Onun son filmi “Ostermanın uikendi” trilleri oldu.

Pekinpa Stiven Kinqin ssenarisi əsasında film çəkməyi planlaşdırsa da, bu, ona nəsib olmadı. Rejissor 1984-cü ildə vəfat edir.

Pekinpa Martin Skorseze, Kventin Tarantino kimi rejissorların yaradıcılığına təsir edib.

Layihədə onun 1971-ci ildə şotland yazıçısı Qordon Uilyamsın “Trençer fermasının mühasirəsi” romanı əsasında ekranlaşdırdığı “Həsir köpəklər” filmini təqdim edir.

Süjet: Gənc riyaziyyatçı Devid Samner dərs dediyi kollecdəki xaosdan yorulur, arvadı Emi ilə İngiltərəyə, dəniz sahilində yerləşən malikanəyə daşınır. Amma burda da işlər yolunda getmir. Arvadı bu sakit yerdə darıxır, yerli sakinlərlə flirt edir. Qonşular yeni sakinlərdən xoşlanmır, onların münasibəti gərginləşir. Yerli xuilqanlar ailənin həyatına müdaxilə edir, qadının pişiyini öldürür. Emi ərindən onlara qarşı sərt davranmağı tələb edir, ər isə onlarla dostlaşmağa çalışır. Qonşu kişilər onun arvadını zorlayır. Amma arvadı ərinə bu haqda demir. Hadisələr daha da dramatikləşir.

Flimin adı qədim çin filosofu Lao-tszıdan götürülüb: “Səma və torpaq mərhəmətli deyil, o, bütün canlıları həsir köpəyinə çevirir”.

Qədim Çində dini bayramları həsirdən düzəldilmiş it təsvirləri bəzəyirdi, mərasimin sonunda isə onlar yandırılırdı.

Ssenari üzərində işləyərkən rejissor amerikalı antropoloq Robert Ardrinin “Afrika genezisi”, “Territorial imperativ” kitablarından istifadə edib. Müəllifə görə, insan mahiyyətcə yırtıcıdır, instinktiv şəkildə əraziyə nəzarət uğrunda mübarizə aparır.

Filmdəki zorakı səhnələr səbəbindən film uzun müddət İngiltərədə qadağan olunub. Mətbuat isə zorlanma səhnələri ilə bağlı qalmaqal yaradıb. Onları bu sual düşündürürdü ki, qadın zorlanmaqdan zövq alıb yoxsa yox. Prokatda isə bu səhnəni gah kəsib, gah da bərpa ediblər. Zorlanma səhnəsi montajına, insanı fiziki və psixi həqarətin dəhşətli obrazına görə dünya kinosunun təsirli epizodlarından biri sayılır.

Film cəmiyyətin zorakılığına həsr olunub.

Sakit və mədəni insanın yaşadığı dəhşətlərdən dolayı şərə qarşı amansız qatilə çevirməsi ilə insanın altşüutundakı aqressiyanın üzə çıxmasını göstərir.

2011- ci ildə İsrail rejissoru Rod Luri filmin remeykini çəkib.

# 2766 dəfə oxunub

Oxşar xəbərlər

Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?

Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?

15:30 21 oktyabr 2025
"Yazmaq mənim üçün dua etməyin bir formasıdır" - Frans Kafka haqqında maraqlı faktlar

"Yazmaq mənim üçün dua etməyin bir formasıdır" - Frans Kafka haqqında maraqlı faktlar

17:00 20 oktyabr 2025
Artür Rembo nə üçün Tanrı ilə bağlı şeirləri “şər” adlandırırdı?

Artür Rembo nə üçün Tanrı ilə bağlı şeirləri “şər” adlandırırdı?

15:50 20 oktyabr 2025
Şərq intibahı: Doğrular və Yalanlar  - Aydın Talıbzadədən yeni ARAŞDIRMA

Şərq intibahı: Doğrular və Yalanlar - Aydın Talıbzadədən yeni ARAŞDIRMA

12:00 19 oktyabr 2025
Xose Orteqa-i-Qassetə görə ağıllı və axmaq  arasındakı əsas fərq

Xose Orteqa-i-Qassetə görə ağıllı və axmaq arasındakı əsas fərq

15:00 18 oktyabr 2025
"Tez işlə, Luka..." - Fırça ilə sürətlə işləyən barokko rəssamı

"Tez işlə, Luka..." - Fırça ilə sürətlə işləyən barokko rəssamı

12:30 18 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər