“Wolt”, onlar sizin köləniz deyil!

“Wolt”, onlar sizin köləniz deyil!
22 aprel 2022
# 15:42

“Wolt” şirkətində kuryer işləyən 100-dən çox işçi tətil çağırışı edib. Onlar maaş artımı tələbi ilə şirkətin mobil proqramını dondurublar. İşçilərin verdiyi məlumata əsasən, işçi düşməni “Wolt” şirkəti artıq kuryerlərin bir çoxunu işdən çıxarıb.”

Qarşıma belə bir xəbər çıxdı. Düzü, xəbər saytlarında, səhifələrdə bu xəbər qarşıma çıxmamış da məsələdən halı idim. İndiyə qədər bir neçə dəfə kuryerlərin belə cəhdlər etməsindən xəbərim var idi, amma heç vaxt, demək olar ki, müvəffəq ola bilməmişdilər. Bəlkə, indi də şirkət onların tələblərini vecinə almayacaq, işdən çıxarmaqla hədə-qorxu gələcək, lakin vətəndaş institutunun formalaşması, işçilərin etiraz qabiliyyətlərinin nəhayət ki, əmələ gəlməsi naminə təqdirəlayiq addımdır.

“Wolt” şirkətinin kuryerlərə təqdim etdiyi tariflərə əsasən, bir sifariş 1.60 manatdan hesablanır. İndiki halda bu tarif heç bir kuryerə sərf etmir. Çünki az qala, müştəridən çox kuryer var. Şirkət bu qədər kuryeri işə götürəndə nəzərə almalı idi ki, kəmiyyət keyfiyyəti aşağı salacaq.

Onsuz da “iki təkərli tabut”la ömür-gün keçirən, öz canlarını təhlükəyə atan kuryerlərin bu bərbad struktura malik, düz-əməlli velosiped yolları olmayan, küləyindən nəinki motosiklet sürmək, heç piyada yerimək mümkün olmayan şəhərdə işləri düz getmir. Onlar addımbaşı məsuliyyətsiz sürücülərin səhvləri ucbatından qəzaya uğrayır, bəzi ədəbsiz müştərilərin qanacaqsızlığına görə əsəblərini qurban verirlər.

Etibarlı mənbələrdən aldığım xəbərə görə, bəzi şirkətlər “Wolt”la razılaşır, VÖEN-siz filansız, illeqal yollarla işçi yığır və hər ay qazancın 20%-ni özlərinə götürürlər. Vergidən yayınmaq bu qədər asan olduğu üçün 13-14 yaşlı uşaqlar da işləyir.

Bayaq da qeyd etdiyim ki, az qala müştəridən çox kuryer var. Bu qədər az sifarişin və çox kuryerin olduğu dönəmdə tarifləri 1.60 manata endirmək nə qədər doğrudur, əziz “Wolt”? Dayanmadan partnyor kuryerlər qəbul etməyinizin səbəbi nədir bəs? Sizə etiraz edən hansısa kuryerə “onsuz da növbədə gözləyən yüzlərlə adam var” demək üçün edirsiniz bunu? İnsanlara insan kimi yox, statistika kimi yanaşmaq üçün?

Bəli, heç kim heç kimi kuryer işləməyə məcbur etmir, amma bu o demək deyil ki, öz istəyi ilə bu işlə məşğul olan adamın boynuna minmək lazımdır. İşçilərin tələbinə cavab verin. Onları işdən qovmaqla hədələyərək yox, istəklərini yerinə yetirərək. Çünki onlar sizin şirkəti təmsil edirlər, sizin şirkətin çantalarını daşıyırlar, gödəkcələrini geyinirlər. Onlar sizin köləniz deyil, partnyorlarınızdır.

# 3981 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #