Böhran dövründə sənət söhbətləri

Böhran dövründə sənət söhbətləri
21 dekabr 2015
# 17:04

Təxminən on günün söhbətidir. Rejissor Əli İsa Cabbarov Milli Dram Teatrının səhnəsində oynanılan “Şah Qacar” tamaşası haqda təəssüratlarını çatda bölüşür.

Ə.Cabbarov: “Şah Qacar” yaxşıdır, rəssam işi, kostyum, özəlliklə də musiqi. Fuad Poladovun oyunu duyğulandırır. Əli Əmirli yetkin dramaturqdur. Qacarın anası ilə dialoqu da verilib, yəni o, həm də övladdır. Amma aktyorlar savadsızdır, ikinci planı verə bilməyiblər. Yoxsa freydist traktovka vardı pyesdə, axtalanmış adamın kompleksləri. Finalda asılmış Qacar sükutda uzun qalmalıydı.

Mənim cavabım: Əli İsa, sabah gedirsən bazara. İndi xurmanın kilosu ucuzdur, doğrayıb qurudursan. Böhranda çayla içərsən, həm faydalıdır, həm də tox tutur. Əlavə pul xərcləyib yemək-zad da almazsan. Xurmanın faydaları: Antioksidant tərkibi ilə immunitet sistemini gücləndirir və xərçəngə qarşı qoruyucu təsir göstərir. Dəri gözəlliyi və sağlamlığının qorunmasında böyük rol oynayır. Yüksək fibrin tərkibi ilə həzm sistemini yaxşılaşdırır, mədə problemlərini aradan qaldırır. B1, B2 vitaminləri ilə sinir sistemini qoruyur. Beyin funksiyalarını tənzimləyir.

Ə. Cabbarov: Başa düşmədim, nəyi alırsan, nə xurma... Həəə. Ala mən Qacardan danışıram e.

# 1306 dəfə oxunub

Müəllifin son yazıları

# # #