Qadınları dəyişən erotik film - “Emmanuel”

Qadınları dəyişən erotik film - “Emmanuel”
5 yanvar 2016
# 09:30

Kulis.az “Ən qalmaqallı filmlər” layihəsində fransız rejissoru Just Jakenin “Emmanuel” filmini təqdim edir.

1974-cü ildə ekranlaşdırılan film Tailand əsilli fransız yazıçısı Emmanuel Arsanın eyni adlı romanının adaptasiyasıdır.

Film gənc fransız qadın Emmanuelin seksual sərgüzəştlərindən bəhs edir. O, müxtəlif şəraitlərdə öz seksuallığını tədqiq edir. Emmanuel Banqkokda fransız səfirliyində işləyən əri ilə birlikdə yaşayır. Bütün diplomatik korpus şəhərin monoton, darıxdırıcı mühitindən sıxılır, darıxır və ona görə də həyatlarını müxtəlif seksual əyləncələrlə mənalandırırlar.

Əri Emmanuelə nəinki təsadüfi intim əlaqələri qadağan eləmir, hətta buna şərait yaradır. O, hesab edir ki, bu əlaqələr arvadının seks təcrübəsini artıracaq. Qısa müddətdə Emmanuel hər şeyi yaşayır: təsadüfi münasibətlər, hətta lesbi sevgisi və s.

Süjet açıq erotik səhnələr üzərində qurulub. Dünya kinosunun klassik erotik filmlərindən sayılan “Emmanuel” rejissoru bu filmin davamını çəkməyə ruhlandırdı. “Emmanuel” erotika janrının inkişafında böyük rol oynadı və müxtəlif ölkələrdə oxşar filmlər çəkilməyə başladı. Buna kimi isə Avropa tamaşaçısı açıq, ər-arvad münasibətlərində sərbəst rəftar, üstəlik, bunu ekzotik məkan fonunda görməmişdi.

Filmdəki aktyor oyunu da diqqəti cəlb elədi. Məsələ onda idi ki, tamaşaçının erotik filmlərdə adət elədiyi cansız, hissiyyatsız obrazlardan fərqli olaraq, burda ilk dəfə baş rola zahirən məsum, eyni zamanda gizli, qapalı erotikliyi, çılğınlığı olan qadın çəkilmişdi.

Filmə baxan qadınlara görə “Emmanuel” onlara öz seksual istəklərini anlamağa imkan verdi. Və Emmanuel obrazı onlar üçün istədiyi kimi yaşayan azad qadını özündə təcəssüm edirdi.

Film bir neçə il kinoteatrlarda nümayiş olundu. Populyarlığına baxmayaraq o zamankı Fransa prezident Jorj Pompidu tərəfindən filmin nümayişinə qadağa qoyuldu. 1974-ci ildə o, öləndən sonra hakimiyyətə Valeri Jiskar d'Esten gəldi. Və yeni prezident filmin prokatına izn verdi.

Amerikada isə kinoməhsulların istehsal qaydalarına nəzarət edən assosiasiya filmə “X” kodu təklif elədi ki, ona da ancaq xüsusi və özəl kinoteatrlarda baxmaq olardı. Kaliforniya ştatının Kovin şəhərinin meri kinoteatr menecerinə əhalinin bu filmin nümayişindən narahat olduğunu bildirdi. Kinoteatrdan şikayət olsa da, prokurorluq bununla bağlı iş açmadı.

Film ətrafındakı ajiotaj Sovetlər Birliyinə də çatdı, sovet liderləri onlar üçün xüsusi olaraq qeyri-leqal gətirilən belə filmlərə tez-tez baxırdılar.

Film Argentinada, Amerikada, Koreyada Almaniyada ixtisarla göstərilib.

Bu film 11 il kinoteatrlarda göstərildiyi üçün Ginnessin rekordlar kitabına düşüb.

Rejissor filmi çəkəndə onun məşhur olacağını sanmırdı: “Mən bilirdim ki, burda əsas cazibə qüvvəsi Emmanuel rolunu oynayacaq aktrisa olacaq”. O, bunun üçün məşhur aktrisalara müraciət elədi. Amma onlar nüfuzlarına zərbə dəyəcəyindən qorxaraq imtina elədilər. Rejissor aktrisa tapmaq üçün bütün Avropanı gəzmişdi və onu yalnız Amsterdamda tapdı.

Baş rolun ifaçısı Silviya Kristel deyir ki, bu rolu oynamağının səbəbi qadın bədəninin gözəlliyini və onu idarə etmək sənətinə yiyələnməyi göstərməkdir.

Kristelin atası qızının belə rola çəkilməsindən qəzəblənmiş, ondan familiyasını dəyişdirməyi tələb etmişdi. Anası isə nisbətən yumşaq reaksiya verərək sadəcə filmə baxmamışdı.

İzlənmə sayına görə rekord qıran filmdən sonra qadınlar ona məktub yazaraq cəsarətinə görə təşəkkür edir, ona hədiyyələr, gül yollayır və hətta sevgili olmaq istəyirdilər.

Kristel müsahibəsində deyir ki, 50-yə yaxın seksual partnyoru olub, onların arasında Alen Delon, Roje Vadim də var.

Kristel Fransa prezidenti d'Estenin sevgilisi olub. Dövrün seks simvolu olan Kristelin d'Estenlə münasibəti o, prezident olmadan öncə başlamışdı.

1974-cü il Pompidunun ölümündən sonra növədənkənar seçkilər keçirildi və d'Esten seçkilərdə Fransua Mitteranı uddu.

O, aktrisadan 26 yaş böyük idi. d'Esten prezident seçiləndən sonra da heç nə dəyişmədi. Kristel bütün rəsmi tədbirlərə dəvət olunurdu. O, prezidentin təşkil elədiyi rəsmi qəbullarda ev sahibəsi rolunu oynayır və onu xarici səfərlərdə müşayiət edirdi.

Sonralar populyarlığını itirən, özünü parlaq aktrisa kimi göstərə bilməyən Kristel çəkdiyi rəsmləri satmaqla, müxtəlif televiziya proqramlarda iştirakla pul qazanırdı. Aktrisa 2012-ci ildə vəfat edib.

# 25112 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #