Hicabsız İran qadınları ÜSYAN - FOTOLENT

Hicabsız İran qadınları ÜSYAN - FOTOLENT
14 may 2014
# 15:03

Facebookda “Mənim gizli azadlığım” adlı səhifəni 130 min çox adam “layk”edib. Kulis.Az-ın BBC-yə istinadən verdiyi məlumata görə səhifəyə qoşulanların əksərini iranlılar təşkil edir.

Hazırda səhifədə 150-dən çox foto yerləşdirilib. Səhifə üzvləri hicabsız şəkildə çəkdirdikləri “selfie” fotoları burda bölüşürlər.

Bəzi fotolar etiraz ruhlu mətnlərlə yayılıb: “Mən hicaba nifrət edirəm. Mənim də günəşi və küləyi saçlarımda duymaq xoşuma gəlir. Məgər bu böyük günahdı?”.

Xatırladaq ki, İslam İnqilabından sonra qadınlara başıaçıq küçəyə çıxmaq qadağandır. Qanun pozuntusuna görə cərimə ödənilir və hətta həbs cəzası da verilir.

Londonda yaşayan və bu səhifənin yaradıcısı, İran jurnalisti Məsih Alinecat deyir: "Mənə elə gəlir ki, saçlarım hökümətin girovuna çevrilrib”.

Bu ideya onun ağlına öz fotosunu yerləşdirəndə və minlərlə “layk” alanda gəlib.

Yüzlərlə qadın ona hicabsız rəsmini yollayıb.

M.Alinecat Tehran hökumətini sərt tənqid etməklə tanınsa da, deyib ki, bu səhifənin siyasətə dəxli yoxdur.

"Mən hicabın əleyhinə deyiləm. Mən seçimin olmamasının əleyhinəyəm”- bunu fotonu yollayan qadınlardan biri deyib.

Bir başqa istifadəçi isə belə yazır: “Gizli azadlıq o deməkdir ki, heç olmasa mən bir neçə saniyə özüm ola bilirəm”.

İranda hicabın da tərəfdarları çoxdur. Keçən həftə Tehranda ictimai yerlərdə hicabla bağlı daha sərt qaydaların tətbiq olunmasını tələb ediblər.

# 7512 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #