Bir qadınla yaşamaq düzgün deyil

Bir qadınla yaşamaq düzgün deyil
18 iyun 2011
# 06:00
İstanbul Texniki Universitetinin professoru Doğan Kuban “Cümhuriyyət Elm və Texnologiya” jurnalına yazdığı məqalədə: “monoqamiya (təkarvadlılıq və təkərlilik) insan icadıdır, tarix boyu monoqamiya olmayıb”, - deyə bildirib.

O, təkarvadlılığı (təkərlilik) təbiətə qarşı çıxmaq kimi dəyərləndirib.

Doğan Kuban tək qadın və tək kişi fikrinin müasir cəmiyyət tərəfindən icad olunduğunu yazıb. O, beynəlxalq araşdırmalardan söz edərək monoqamiyanın nə heyvanların, nə də insanların təbiətinə uyğun olduğunu vurğulayıb: “Müasir cəmiyyət tək kişi, tək qadın deyə bir şey icad edib. Monoqamiya həyat boyunca bir dəfə evlənmək anlamına gəlir. Qadın və ya kişinin evlilikdən kənar seksual davranışlarını qadağan edir. Amma Amerikada aparılan araşdırmalarda hər kəsin təxmin edə biləcəyi nəticələr var. Kişilərin 70%-i, qadınların isə 40%-i evlilikdən kənar münasibətlər yaşayıb. Təbiətdə heyvanlar aləminin 98%-də monoqamiya yoxdur. Kişilərin qadınlardan üstün olduqları söhbətləri də artıq “çürümüş” mövzudur. Bu statistikaları nəzərə alan kişilər nə qədər cinayət törədə bilər, heç düşünməyin”.

Yazısının sonunda müəllif bir məqama diqqət çəkir: “Qısaca, nə tarixdə, nə təbiətdə, nə qadın, nə də kişi üçün monoqamiya yoxdur. Bugünkü həyatda təkarvadlılıq, təkərlilik yalnız sevgi və eşq ilə, cəmiyyət əxlaqi qanunlarla bağlı ola bilər. Təbiətdə isə buna rast gəlmirik”.


Günel ƏSGƏRZADƏ
# 2843 dəfə oxunub

Oxşar xəbərlər

"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

17:00 20 oktyabr 2026
Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

18:40 19 oktyabr 2026
"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

14:00 19 oktyabr 2026
Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

12:00 18 oktyabr 2026
"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər