Lars Fon Triyer: “Komediya çəkirəm, melanxoliya alınır” - MÜSAHİBƏ
19 may 2011
10:58
Hər il olduğu kimi, bu dəfə də festivalda filmləri dünya kinomanları tərəfindən həvəslə baxılan ondan yuxarı rejissor iştirak edir. Ancaq onların arasında biri var ki, digərlərindən daha intizarla gözlənilirdi. Söhbət Lars Fon Triyerdən gedir.
Yeri gəlmişkən, rejissorun “Melanxoliya” filminin keçən həftə baş tutmuş premyerasından sonra verdiyi mətbuat-konfransı festivalın ən əyləncəli tədbirlərindən biri olub.
Əvvəlcə “Melanxoliya” haqqında qısa məlumat.
“Lars Fon Triyerin xoşbəxt sonluqla bitən ilk filmi” kimi nəzərdə tutulmuş “Melanxoliya” Kirsten Danstın iri planda göstərilən üzü ilə başlayır. Arxada göydən ölü quşlar tökülür. Bu kadr tamaşaçını dərhal dünyanın sonuna kökləyir. O, bir neçə dəqiqədən sonra baş verir – Vaqnerin musiqisinin müşayiətilə təqdim olunan son dərəcə gözəl proloqdan sonra Yer kürəsi Günəşin arxasında gizlənmiş nəhəng Melanxoliya planetinin ağuşuna yıxılır. Son.
Filmdə əsas hadisələr bu finaldan sonra başlayır.
Jüstin (Kirsten Danst) Maykla (Aleksandr Skarsqard) ərə gedir. Maykl Jüstinin rəisinin (Stellan Skarsqard) oğludur. Nikah mərasimindən çıxıb ziyafətə gedən Jüstinlə Mayklın limuzini yolda ilişib qalır. Bəylə gəlinin məclisə gecikməsi böyük bacı Klerlə (Şarlotta Qensburq) əri Conu (Kifer Sazerlend) həddən artıq narahat edir. Mərasimin qrafiki pozulub. Bu da təşkilatçıya (Udo Kir) əzab verir. Jüstinlə Mayklın nikahı uzun sürməyəcək. Tamaşaçı artıq bilir ki, dünyanın axırına sayılı günlər qalıb. Lakin Jüstin də xoşbəxt və uzun ailə həyatı yaşamaq üçün yox, öz melanxoliyasından qurtulmaq üçün ərə gedib. Təzə gəlin ağ paltarında çəmənlikdə qaçır, işəyir, sahildə çılpaq uzanır. Amma hər şey əbəsdir...
Nə qədər qəribə olsa da, “Melanxoliya”nın yaranmasına görə Penelopa Krus məsuliyyət daşıyır. Aktrisa Lars Fon Triyerlə işləməyi elə çox arzulayırmış ki, ona fransız dramaturqu Jan Jenenin “Qulluqçular” pyesini ekranlaşdırmağı təklif edib. Həmin pyesdə iki qulluqçu ev sahibəsini öldürür. “Mən başqasının materialı əsasında heç nə çəkmirəm. Odur ki, Penelopa üçün nəsə yazmağa çalışdım. Qulluqçuları iki bacıya çevirdim. Penelopa həm də yaxşı at sürür. Filmdə bu faktdan da istifadə etmişəm.
- Bəs proloqdakı finalın anlamı nədir?
- Adətən, filmə hadisənin sonunu öyrənmək üçün baxırsınız. Amma bu çox darıxdırıcıdı, onsuz da finalı bilirsiniz! Məsələn, Ceyms Bond finalda həmişə sağ qalır və qalib gəlir. Bunu bilirsiniz, amma yenə baxırsınız. Onun necə sağ qalacağını, vəziyyətdən necə çıxacağını görmək istəyirsiniz. Mən də düşündüm ki, hər şeyin necə bitəcəyini başdan göstərmək pis olmazdı. Siz də oturasınız zalda, fikirləşəsiniz ki: “Bəlkə hər şey dəyişəcək? Bəlkə final bizi təəccübləndirəcək?” Amma yox. Finalda hamı həlak olacaq.
- Qəhrəmanınız necə insandır?
- Onda pafosa və drama qarşı güclü meyl var. Ona gerçək dəyərlər lazımdı. Gerçək dəyərlər isə iztirab gətirir. Biz belə düşünməyə alışmışıq. Uzun sözün qısası, biz melanxoliyaya həqiqi bir dəyər baxmaq istəyirik. Mənim çox sevdiyim incəsənət əsərlərinin hamısı melanxoliyaya meyillidir. Buna görə də onlar özü-özlüyündə dəyərdirlər. Məsələn, bədbəxt məhəbbət daha romantikdi, nəinki xoşbəxt..
- Konfransın davamında isə rejissor jurnalistlərlə əməlli-başlı əylənib. Çanaq isə aktyorların başında sınıb.
- “Şarlotta, mən səni beş barmağım kimi tanıyıram. Bütün rakurslardan öyrənmişəm.” - Lars bunu “Antixrist” filmindəki rolu ilə Kannda “ən yaxşı qadın roluna görə” mükafata layiq görülmüş Şarlotta Gensburqa deyib. “Mən Udo Kiri bütün filmlərimdə çəkməyin yolunu tapmışam. İndi ona homoseksual rollarını tapşırıram. Udo, o obrazlar niyə səndə bu qədər təbii alınır?”
“Bəxtim gətirdi ki, Kirstenin psixoloji problemləri vardı. Rolu necə oynayacağını izah eləməyə gərək qalmadı” - bu da təzə aktrisa ilə işləməyin çətinlikləri barədə verilən sualın cavabıdır: “Mən insanın ruhi vəziyyəti haqqında film çəkmişəm. Hərçənd yaxın günlərdə dünyanın sonu gəlsə, bu əla reklam olacaq! Əslində qalanda bircə Allah bilir, mən çəkmişəm. Bəlkə də çəkdiyim zibildir... Bilirsiniz, nə var? Gəlin, sizə növbəti filmimdən danışım. O, pornoqrafiya olacaq. Kirsteni “Melanxoliya” da soyunmağa məcbur etdim. Onun çox xoşuna gəlib. İndi daha çox istəyir. Gəlib mənə dedi ki, qoy, filmdə çoxlu dialoq olsun. Mən də cavab verdim ki, axı, sənin dialoqun kimin nəyinə lazımdı?! Çoxlu çılğın, azğın seks olacaq. Bir də istəyirəm, film üç-dörd saat davam etsin. Onda mətbuat konfransına belə tez gəlmək məcburiyyətində qalmaram, doyunca yataram. İndi nədən danışım? “Hörümçək adam”dan? Mən prinsipial olaraq yalnız o filmdə oynamış aktrisaları çəkirəm. Amma səni, Kirsten, öz pornofilmimə mütləq çəkəcəyəm!”
Rejissor amerikalı jurnalistin: “Siz çox şən adamsınız. Niyə komediya çəkmirsiniz?” sualına da özünəməxsus cavab verib: “Mən elə komediya çəkirəm də. Ancaq onlar məndə melanxolik alınırlar ”.
Mətbuatın konfransının axırına yaxın Lars Fon Triyer zavallı müxbirlərə son zərbəni endirib: “Həmişə yəhudi olmağı arzulamışam. Amma sonra öyrəndim ki, babam, nənəm nasist olub. Odur ki, mən də nasistəm və Hitleri başa düşürəm. (Zalda narazı bir uğultu yaranır). O, çox böyük səhvlər, pisliklər eləyib. Məsələn, müharibəyə başlayıb. Amma onu son saatlarında bunkerdə oturmuş halda təsəvvür eləyirəm və başa düşürəm. hətta ondan bir az xoşum da gəlir”.
- “Melanxoliya”nı Lars Fon Triyerin ilk iribüdcəli, genişmiqyaslı filmi hesab etmək olarmı? Ümumiyyətlə, Triyer Hollivud blokbasterlərinin ərazisinə qədəm basmaq istəyirmi?
- Blokbaster? Niyə də yox? Biz, nasistlər, adətən, hər şeyi genişmiqyaslı edirik.
P.S. Xatırladaq ki, Lars Fon Triyerin “Melanxoliya” filmi “Qızıl Palma Budağı”na əsas namizədlərdən biri kimi qiymətləndirilir. Lakin rejissorun yuxarıda göstərilən tədbirdə dediyi “Mən Hitleri başa düşürəm” cümləsindən sonra Amerikada çıxan bir neçə kinojurnal rejissora etiraz əlaməti olaraq “Melanxoliya” ilə bağlı resenziyaların dərcindən imtina eləyib. Buna görə də rejissor, festival təşkilatçılarının təkidi ilə təkrar mətbuat konfransı keçirərək ictimaiyyətdən üzr istəyib.
Aygün Aslanlı

2043 dəfə oxunub
Oxşar xəbərlər
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
15:00
16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri
12:00
16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart
15:00
15 noyabr 2024