“İslam və Demokratiya”
19 sentyabr 2011
14:42
Kulis.az dərgisinin “Neytral zona” layihəsinin qonağı “Oxu” qəzetinin baş redaktoru, ilahiyyatçı Elşad Miri və bəstəkar-kulturoloq Elmir Mirzəyevdir.
Qan Turalı: İslam və demokratiya ayrı-ayrı anlayışdır. Demokratiya – fransız maarifçiləri və alman filosoflarının ortalığa çıxardığı anlayış, demokratik təmayüldür. Din isə insan var olandan meydana çıxan sosioloji bir anlayışdır. İstəyirəm ki, buna aydınlıq gətirək.
Elşad Miri: Demokratiya – bir sistemdir və onun dinə heç bir aidiyyəti yoxdur. Demokratiya insanların bu dünyada bir-biri ilə rəftarı və davranışları ilə bağlı olan, dövlətlərin istifadə etdiyi bir sistemdir. Dində isə təkcə bu dünya yox, axirət məsələsi də var. Demokratiya isə bu məsələni boş buraxır və onun yerini hansısa bir ideologiya ilə doldurmağa çalışır. Demokratiya anlayışı ölkələrə görə, bölgələrə görə bir-birinə zidd, bir-birinə uyğun olmayan çalarlardan ibarətdir. Bu gün Avropa Şurasında ölüm hökmü ləğv edildiyi halda, Amerikanın 36 ştatında ölüm hökmü qüvvədədir və müxtəlif formalarda həyata keçirilir. Demokratiyada mənəviyyat anlayışı olmadığına görə, mənim haqqımın başladığı yerdə sənin haqqının bitdiyi bir anlayışdır. Demokratiya insanların dinindən, dilindən, irqindən asılı olmayaraq, eyni qayda-qanunlar çərçivəsində yaşamasını tənzim edən bir sistemdir.
Cəlil Cavanşir: Elmir bəy, siz necə düşünürsünüz?
Elmir Mirzəyev: Mən də bu fikirlərlə razıyam. Normal fikirlərdir. Mənim üçün demokratiyanın əsas prinsipi hakimiyyətin desakrallaşdırılması prinsipindən ibarətdir. Məncə, hakimiyyətin xalqlaşdırılması, seçki sisteminin düzgün qurulması vacibdir. İstənilən sadə adam seçki yoluyla rəhbərliyə gətirilə bilər. Bu, əsas prinsipdir. Hakimiyyətin ali, sakral bir fiqura çevrilməməsi vacib bir amildir. Məsələn, Şərqi Almaniyadan olan bir xanım, Angela Merkel Almaniyanın bundeskansleri seçilib. Hətta onun maaşının 365 avro qaldırılmasına görə qəzetlər böyük səs-küy yaratdılar. Sonda bundestaq buna görə açıqlama verdi və onun maaşının artırılma səbəbini izah elədi. Baxın, Angela Merkel ictimai fiqurdur və başdan ayağa şəffafdır. Bizdə belə şey olmadığı üçün bizim demokratiya şəffaf deyil.
Cəlil Cavanşir: Bəs İslamla bağlı necə düşünürsünüz. Bu da bir sistemdir.
Elmir Mirzəyev: Məncə, bütün dinlər insanın intim hüceyrəsinə çevrilməlidir. Hesab edirəm ki, sosioloji fenomen kimi din insanın şəxsi seçimi olmalıdır. Mənim Allahım, mənim Allaha olan sevgim, mənim ibadətim mənim aksesuarım kimi olmalıdır. Bizim ateistlər də, digər inanc sahibləri də (məsələn, Asif Atanın ardıcılları), nədən danışsaq da ibrahimi dinlərin arxetipi ilə hərəkət edirik. Məsələn, oğurluq, biz hamımız bundan çəkinirik. Ancaq heç kəs izahını bilmir ki, niyə oğurluq olmaz. Bunun yalnız sakral izahı var. Bu müqəddəs kitablarda qadağan olunduğu üçün biz bu qadağalardan arxetip olaraq çəkinirik. Eləcə də digər mənəvi məsələlər. Biz bu parametrlərlə yaşayırıq. Bu cür yaşayan çoxdur. Məncə, bu, bütün Avropa və Yaxın Şərqi əhatə eləyir, Çinə qədər.
Qan Turalı: Elmir bəy, siz İslamın, eləcə də bütün dinlərin cəmiyyəti nizama salan bir hadisə yox, daha çox şəxsi, fərdi məsələ olmasından danışırsınız və belə düşünürsünüz.
Elmir Mirzəyev: Bəli, mən belə düşünürəm. Din fərdin şəxsi seçimi olmalıdır.
Cəlil Cavanşir: Sizin bu fikrə münasibətiniz necədir, Elşad bəy?
Elşad Miri: Bu sırf tərki-dünyalıq deyilən bir anlayışın təzahürüdür. Təsəvvüflə bağlı bir anlayışdır. İslam insanların fərdi dini yaşamına yaxşı yanaşmır və daha çox ictimailəşməsi tərəfdarıdır.
Qan Turalı: Elmir bəy, deyir ki, hər kəs öz dinini istədiyi kimi yaşasın, məscidinə, kilsəsinə getsin. Ancaq dövlət və idarəçilik, dini təsisatlar idarəçilikdən uzaq olsun.
Elşad Miri: Belə olsa, böyük boşluq olacaq. Bu mümkün deyil ki, fərd başqa işlə, dövlət başqa işlə məşğul olsun. İslam həyatımızın heç bir sahəsində boşluq buraxmır. Mən bir ictimai fiqur kimi bütün işlərimi Allahın razılığını qazanmaq və ictimaiyyətə faydalı olmaq üçün görürəm. İslamın bir prinsipi var, deyilir ki, “Əgər sən əlində bir ağac əkərkən qiyamət qopsa belə sən ağacı sonacan ək, işini saxlama”. Bu, İslamın ictimai faydasıdır. Biz İslamı uzun illər ölülərlə bağlı bir din kimi, kimlərinsə peşə məşğuliyyəti kimi görmüşük. Bu, sovetin yanlış təbliğatı idi. Əslində, İslam ictimai bir dindir və dirilər üçündür.
İnsan öldükdən sonra üç halda onun əməl dəftəri açıq olur və ona savab yazılır.
1. Öldükdən sonra insanlar üçün faydalı bir övlad qoyub gedibsə.
2. Özündən sonra insanların istifadə edəcəyi bir elm qoyub gedibsə. Bura yazdığı kitablar, elədiyi tərcümələr, elmi kəşflər və s. daxildir.
3. İnsanların istifadə edə biləcəyi bir tikinti. Bura yol çəkmək, tikinti və s. aiddir.
Dinlərə fərqli yanaşmaq lazımdır. İslamdan başqa dinlər dəyişdirilib. Ancaq İslama baxdıqda bu yoxdur. Xristianlığa bağlansan evlənməyəcəksən, evlisənsə, ömür boyu boşanmayacaqsan (katoliklərdə olduğu kimi). Ancaq İslamın insanlara verdiyi ilk əmr “Oxu”dur. “Qurani-Kərim”in mənası anlayaraq oxumaqdır.
Qan Turalı: Müasir dövrün iqtisadiyyatı kreditlə çox bağlıdır. Hətta sosialistlər bunu müasir quldarlıq adlandırır. Bunun neqativ və pozitiv cəhətləri də var. Ancaq İslam bunu haram buyurub. Müasir dövrdə, kredit sistemində bir müsəlman necə yaşamalıdır. Məsələni bir az da maddiləşdirək.
Elşad Miri: İslam iqtisadiyyatından danışsaq söhbətimiz uzun olacaq. Bu, İslam iqtisadiyyatı ilə əlaqəli bir məsələdir.
Elmir Mirzəyev: Açığını deyim ki, mən puldan, kreditdən uzaqda durduğum üçün bu məsələlərdən xəbərim yoxdur. Ancaq Elşad bəyin dediklərinə fikrimi bildirmək istərdim. Ümumiyyətlə, bəşər tarixinin fundamental dəyişikliyi baş verib Fransa Burjua İnqilabından sonra. Məhz bundan sonra dinin cəmiyyətin həyatından ayrılması prosesi başladı və sekulyarizm cəmiyyətdə özünə yer tapdı.
Qan Turalı: Elmir bəy, siz sekulyarizmlə dünyəviliyi eyniləşdirirsiniz, yoxsa sinonim kimi işlədirsiniz. Əvvəlcə bunu dəqiqləşdirək ki, anlayışlar qarışmasın.
Elmir Mirzəyev: Mənim üçün ikisi də eyni şeydir. Fransa Burjua İnqilabından əvvəlki dövrü izləsək, bəşəriyyətin inkişafı ayrı tempdə, ayrı şaxələnmədə gedirdi. Bundan bir qədər əvvəl Avropada Martin Lüterin reformasiya hərəkatı başladı və bu çox vacib hərəkat idi. Reformasiya təxminən intibah dövrü ilə üst-üstə düşdü. Sonra Fransa Burjua İnqilabı baş verdi. Demokratiyada əsas anlayış insan haqları anlayışıdır və bu sekulyarizmin doğurduğu bir anlayışdır. Siz əgər həyatınızın, düşüncə tərzinizin mərkəzinə kosmoqonik bir anlayışı, Allahı qoysanız sizin üçün birinci Allahdır, sonra isə digər yaradılış, digər dəyərlər. Bu halda insan haqqı anlayışının özü peyda ola bilməz. İnsan bu halda obyektdir. Subyekt isə kosmoqoniyadır. Fransa Burjua İnqilabından sonra isə insan kosmoqoniyanın subyekti oldu və insan haqları meydana çıxdı. Mən hansının daha yaxşı olmasını demirəm. Bəlkə “Allah mərkəzçi” dünyagörüşü daha yaxşıdır. Ancaq müasir dünya “insan mərkəzçi” dünyagörüşünün məhsuludur.
Elşad Miri: Mən bir məsələyə aydınlıq gətirim. Martin Lüterdən söz düşmüşkən, onu deyim ki, bu xristianlıqla bağlı bir məsələdir. Hətta Martin Lüterin protestoları sonda protestant məzhəbini ortaya çıxardı. Dediyiniz məsələ, yəni insan haqları məsələsi Avropada XV əsrdən sonra yavaş-yavaş meydana gəldiyi halda, İslamda bu daha qədimdir və yarandığı gündən var. İslamda deyilir ki, Allah bütün günahları bağışladığı halda, qul haqqının bağışlanması ancaq insana məxsusdur. Ola bilsin ki, bu Avropada çox sonra meydana çıxıb. Ancaq İslam meydana gəldiyi gündən insan haqları İslamda var.
Qan Turalı: Deyirsiniz ki, Avropada bu problemlər var idi və ona görə reformasiya baş verdi.
Elşad Miri: Məsələn, papalıq dövlətdən daha üstün idi (Bu gün İranda olduğu kimi).
Elmir Mirzəyev: Məsələn, insan öldürüb kilsəyə, din xadiminə pul verdikdən sonra bağışlanmış hesab olunurdular.
Elşad Miri: İndinin özündə də çox dəhşətli məsələlər var. Demokratiyanın beşiyi sayılan ölkələrə Roma papası gəlir və insanların günahlarını bağışlayır. Onlara cənnət vəd edir.
Elmir Mirzəyev: Bu, rəmzi bir məsələdir.
Elşad Miri: Elmir bəy, oğurluqla bağlı bir məsələni qeyd elədi. Bunu düşünək. Amma bu gün Hollandiyada hansısa bir homoseksual gəlib nazir ola bilir. Məsələn, Amerikanın prezidenti bununla bağlı bəyanat verə bilir. Onların özü belə, İncildə, Tövratda bildirilən məsələlərin ziddinə gedə bilirlər. Bu məsələlərdən aydındır ki, onlar dinlərinin ziddinə gedirlər.
Qan Turalı: Axundov iki məqaləsində babilik haqqında yazıb və babiliyi “İslam protestantizmi” adlandırıb. Babilik burjua cərəyanı idi və orda faiz, qadınların açıq-saçıq gəzməsi halal idi.
Cəlil Cavanşir: Azərbaycanın məşhur milyonçusu Musa Nağıyev də babiliklə bağlı şəxs idi.
Elşad Miri: Bu, ayrı məsələdir. Məsələn, Maykl Ceksonun müsəlman olduğunu deyirlər. Stiven Siqal buddis olduğunu iddia edir. Bizim yazarlar çıxıb İslamdan imtina etdiyini deyir. Bu natamamlıq psixologiyasından irəli gəlir və insanlardan hər hansı bir formada fərqlənməyə cəhddir. Bu gün özünə ateist deyənlərin çoxunun ateist fəlsəfədən xəbəri yoxdur. Özünə müsəlman deyənlərin çoxu da İslamdan xəbərsizdir.
Qan Turalı: Mən İslamla bağlı bir-iki problematik məsələni qeyd etmək istəyirəm. İslam bütün məsələlərdə cəmiyyətlə ayaqlaşır, adaptasiya olunur. Ancaq müəyyən detallarda dünyəvi hüquqla üst-üstə düşmür. Məsələn, homoseksualizm. Bir çox ölkələrdə onlara azadlıq verilsə də, İslamda yanaşma fərqlidir, İslam onları öldürməyi əmr edir.
ardı sabah
Söhbəti yazdı: Cəlil Cavanşir

1986 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX
11:51
21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024