Aqşin Yenisey: Yazarların ”inqilab” söhbətinə sözardı
27 avqust 2011
11:30
Artıq başa çatmaqda olan Liviya inqilabının və Qəddafinin ömründən ilk xoşagəlməz xəbərlər yayılmaqdadır: Qəddafi yoxdur, üsyançılar isə onun və ailə üzvlərinin ayağı dəyən mənzilləri dədə malı kimi yağmalamaqdadır. Kimin əlinə nə keçirsə, üstünə bizim çobanlar sayaq qırmızı çövhər sürtüb özününküləşdirir.
Düzdür, bəzi oxucular bu yağmalamaların nə nəticə verəcəyini düşünmədən, eyforiyaya qapılıb deyə bilər ki, bu yağmalanan sərvət xalqındır və xalq indi bir vaxtlar doğma diktator balası tərəfindən acgözlüklə mənimsənilmiş ayın-oyununa yiyələnir. Yəni bir vaxtlar Qəddafinin xalqa qarşı etdiyini, indi xalq özü ona qarşı edir. Deməli, sərvətə münasibətdə diktatorla xalq arasında elə də mühüm fərq yoxdur, tarixi an kimin üzünə gülürsə, sərvət də onundur.
Son günlər siyasi publisitlərimiz Elnur Astanbəyli və Şahvələd Çobanoğlu ilə yazıçı Rafiq Tağı arasında inqilab və əksinqilab mövzusunda yazışmalar, bu mövzuda həm inqilab, həm də əksinqilab tərəfdarlarının cavab axtardığı xeyli sualların olmasını üzə çıxardı: arqumentlər tutarlı, cavablar aciz göründü.
Vaxtilə Rusiyada da oktyabr inqilabı ərəfəsində cəmiyyətin bu cür ikiləşməsi var idi. Cəmiyyəti dəyişməyin yolunu hakimiyyəti dəyişməkdə görənlər – inqilabın baniləri, Lenin, Trotski, Stalin və hakimiyyəti dəyişməyin yolunu cəmiyyəti dəyişməkdə görənlər – Leninin də kəskin tənqid və təhqir etdiyi liberal düşüncəli rus ziyalıları. Birincilər zora, ikincilər ağıla üstünlük verirdilər və nə oldu?
Bizim atalar sözündə deyildiyi kimi, ağıllı fikirləşincə, dəli vurub çayı keçdi. Birincilərdən rus cəmiyyətinə həbs düşərgələri, repressiyalar, “zəhmətkeş”, “sovet insanı” kimi damğalar vurulmuş, iradəsi göstərişlə müəyyənləşən, söz və fikir azadlığı, heç bir seçim imkanı olmayan, hərbi rejimlə yaşayan insan sürüsü, ikincilərdən isə bu gün nəinki rus cəmiyyətində, bütün dünyada əl-əl gəzən və birincilərin yuxarıda sadaladığımız, insanı məhrum etdikləri dəyərləri bütün bəşəriyyətə aşılayan, dünyanın digər totalitar rejimli ölkələrinə də azadlıq yayan kitablar qaldı, hansı ki bu gün də inqilab tərəfdarı olan yazarlar tez-tez onların kitablarından sitatlar gətirib yazılarının qarınaltısını bərkidirlər.
Mən hələ yazısında dünyanın bir nömrəli inqilabçısı, II Dünya müharibəsini şəxsi iradəsi ilə, bəlkə də, təkbaşına udmuş Stalindən sitat gətirdiyinin şahidi olmamışam, uzaqbaşı, cavan yaşlarında çayxanalarda digərlərindən əlüstü üstün görünmək xatirinə sinələrindən Çe Gevaranın məcnunsayağı şəklini asarlar, ciblərində də bir qəpik yox.
Halbuki öz təbirimcə desəm, Çe Ge Avara dünyada zor gücünə sosialist inqilabı törətmək, kommunist rejimi qurmaq istəyən Sovet İttifaqının hesabına cəngəllikdə vuruşa-vuruşa ən bahalı Kuba siqarı tüstülədirdi.
Mən burda, paytaxtda yüz qram kolbasa alanda mənki mənə gəlir. Hələ Maonun Çin xalqının başına açdığı hoqqaları demirəm: adam sərçələri tarlalardan qovmaq üçün əmr etmişdi ki, bütün xalq gündüz axşama kimi həyət-bacada, bağ-bağçada qazan danqıldatsın. Keçək yazımızın o biri səhifəsinə.
Nədənsə bizim yüngülvari inqilab düşkünü olan yazarlarımız hansısa bir məmurun ölkəyə vurduğu ziyandan ağızdolusu danışsalar da, bir çox inqilabların bəşəriyyətə vurduğu ziyanlar haqqında susmağa üstünlük verirlər, ağır oturub, batman gəlirlər; onlar üçün həbs düşərgəsində çürüyən Soljenıtsın, Şalamov yazıçıdır, bir milyon mirasın sahibi ola-ola didərgin həyatı yaşayan və vətəndən uzaqda bir hotel otağında kimsəsiz ölən Nabokov isə...
Bir məmurun vurduğu ziyan böyükdür, inqilabın vurduğu ziyan isə... İnqilabçı da bu qədər şəxsi gəlir-çıxarını hesablayarmı? Ona-buna “Mən inqilabçıyam, sən yox” deyib kağız-kuğuza sarılmaq! Bu nə dayaz düşüncədir? Bu cür düşünən və öz cırtqoz eqosunu hamıdan, hər şeydən üstün tutan adamlar lap inqilabi niyyətlərinə çatsalar, cəmiyyətə nə xeyir verəcəklər? Ayrı-seçkilik salacaqlarsa – necə ki, indidən salıblar – onsuz da, gül kimi ayrılmışıq, yox, türklər demiş, yeni ideyalar peydahlayacaqlarsa, niyə cəmiyyət indiyəcən bu ideyalardan xəbərsizdir?
Harda gizləmisiniz o inqilabi nəzəriyyəni? Bir məmuru o birisi ilə əvəzləmək! – belə inqilabi ideya, nəzəriyyəmi olur? Dostum Pərviz bir yazısında yazır ki, ərəb dünyasında iki inqilab baharı olub, birini Məhəmməd peyğəmbər edib, hansı ki, on dörd əsrdir bu “baharın” qarını müsəlman dünyasının yollardan təmizləmək olmur. O birini də indiki ərəblər. Nədi, Afrikadan nicat yolu gözləyirik? Kül o nicatın təpəsinə ki, onu Afrikadan eksport edəcəklər bizə.
Elnur Astabəyli yazır ki, vaxtilə hayqırılan “Azadlıq” sözünün bəhrəsini görənlər indi “Azadlıq” sözünə nifrət edir. Bəs əziz dost, oxumamışdın ki, inqilabın ilk işi öz balalarını yeməkdir. Mən sənin arzuladığın inqilabın ağzında sənin sümüklərinin xırçıltısını indidən eşidirəm, çünki sən hələ əmliksən, səni sümüklü-sümüklü yeyəcəklər. Robespyer ən yaxın adamlarını əlinin arxası ilə gilyotinə göndərirdi. Stalin ən yaxın silahdaşlarının başına qaranlıq zirzəmilərdə çaxılan güllələrin səsini eşidəndə, gülümsəyərək özünə konyak süzürdü.
Rafiq Tağı da düz eləmir, bütün inqilabi dəyərləri yerdən-yerə vurmaq da doğru deyil. Mədəni inqilablar həmişə bəşəriyyəti irəli atıb; tezis bu olmalıdır: əvvəl cəmiyyət, sonra hakimiyyət, yəni əvvəl evin içi, sonra çölü. Necə ki, Sartr “Mən Amerikaya niyə getmirəm” bəyanatında yazırdı: “...diskussiya yalnız Amerika cəmiyyəti tamamilə dəyişmədən Amerika siyasətini dəyişməyin mümkün olmadığını etiraf edən amerikalılarla mümkündür”.
Ölkədə populist yox, mədəni gənclik yetişməlidir, əks halda, ağıldankəm Mao tərəfdarlarının “eynəkli” yaşıdlarına qarşı “Mədəni inqilabı” baş verəcək. Düzdür, bizim Elnur Astanbəyli də eynək taxır, ancaq nədənsə bu eynəklər dünyanı ona göstərmək əvəzinə, gizləməyə çalışır, onun eynəyi daha çox eksperimental kişi çadrasına bənzəyir. Çadra üzü gizləyib gözləri açmaqdırsa, bizim siyasi publisitlərin bir çöxu gözlərini gizləyib üzlərini açırlar.
Bu, bizim milli Şərq mentalitetində yaxşı əlamət sayılmır.

1690 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX
11:51
21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024