İMF rəhbərinin günahsız çıxdığı seks məhkəməsi - DETALLAR
26 avqust 2011
05:00
Bu yaxınlarda Beynəlxalq Valyuta Fondunun (IMF) prezidenti Dominik Stross Kan Nyu Yorkda həbs olunmuşdu. Buna səbəb kimi qaldığı “Sofitel” otelinin 32 yaşlı işçisini zorladığı bildirilmişdi. İlk gündən siyasi sifariş ola biləcəyi ehtimal edilən həbsə, bir neçə gün bundan əvvəl sübuta yetirilə bilmədiyi üçün xitam verildi. Xatırladaq ki, VMF prezidenti gələn ilin aprel aynıda Fransada keçiriləcək prezident seçkisində sosialist partiyası tərəfindən namizəd kimi irəli sürülməli idi.
Bəs, istintaqın, o cümlədən də məhkəmənin gedişatı necə olub, hansı ittihamlar irəli sürülüb və o ittihamlar niyə sübuta yetirilməyib?! Əlbəttə, bütün dünyanın danışdığı həbsin bu incəlikləri çox maraqlıdır. Hürriyət” qəzetində (Ertuğrul Özkök) yer alan materiala əsasən hazırladığımız bu yazıda həmin detalları diqqətinizə çatdırırıq.
Prokurorun protokolu bu ifadələrlə başlayır:
“İşin başından əlimizdə olan dəlillər, “iddiaçı”nın haqlı olduğuna bizi inandırmışdı.” Əvvəlcə zorlama hadisəsinə inanan prokurorların məsələyə baxışı, iddiaçının ilk yalanlarının üzə çıxarılması ilə dəyişməyə başladı.
Birinci yalan
“İddiaçı” ilk ifadəsində Qvineyada olduğu zaman üsyançı əsgərlər tərəfindən zorlandığını bildirib.
İli həftə sonra verdiyi ifadədə isə “2 yaşlı qızının gözləri qarşısında baş verən” zorlama hadisəsini bütün incə məqamlarına qədər izah edib. Onu zorlayanların neçə nəfər olduqlarını, qollarından tutub necə yerə yıxdıqlarını bütün detallarına qədər göstərib. Hər iki ifadəsində də hər şeyi çox səmimi və yalanına inanaraq dilə gətirib. Ağlayıb, hətta əsgərlər tərəfindən başının necə stolun altına soxulduğunu belə göstərərək izah edib. Bədənindəki bəzi izləri göstərib.
İfadə dəyişir
Ancaq 8 və 9 iyunda verdiyi ifadəsində Qvineyadakı “zorlamanı” uydurduğunu etiraf etməyə məcbur olur.
Prokurorun “Biz səndən dürüst olmağını tələb etmişdik, niyə belə bir yalan söyləməyə çalışdın” sualına cavabı isə belə olub:
“Amerikadan sığınacaq ala bilmək üçün belə bir yalana əl atmağa qərar verdim”.
İfşa Olunur
Elə bu məqamda lap pis bir şey ortaya çıxır. Prokurorlar boş dayanmırlar, onun Amerikadan sığınacaq almaq üçün verdiyi məlumatların hamısını ələk-vələk edirlər. O, müraciətində belə bir təcavüz barədə məlumat verməyib.
Bu yalanına da aydınlıq gətirərkən bildirib ki, sığınacaq almaq üçün müraciət etdiyi ərəfədə belə bir yalandan istifadə etmək barədə bir tanışı ona məsləhət verib, lakin o, bundan bəhrələnməyib.
Prokurorlar yenə də “bütün ehtimallara qarşı” deyib, son nöqtəni qoymurlar. Yəni köhnə bir yalan, yeni bir həqiqəti yalan hesab etmək üçün əsas ola bilməzdi. Buna görə də 14 May 2011-ci il tarixində “Sofitel” otelinin 2806-cı otağında nələrin baş verdiyini dəqiqliklə bilməyə ehtiyac var idi.
Otaqların qapılarında “Narahat etməyin” yazılmışdımı?
Bu hadisənin “zərər çəkmiş”dən başqa şahidi yox idi. Yəni, məcburiyyət qarşısında qalınıb onun ifadəsi dinlənildi. Kəmin gün 28-ci mərtəbədə baş verənlərlə bağlı 3 müxtəlif ssenari danışdı.
Birinci Ssenari
“İddiaçı” hadisədən dərhal sonra otaqdan qaçdığını, 28-ci mərtəbədəki dəhlizin lap axırına getdiyini və orada tabeçiliyi altında çalışdığı şəxsin gəlməsini gözlədiyini bildirib.
Prokurorların “Niyə başqa bir otağa girib təhlükədən uzaqlaşmırdın?” sualına isə “bütün otaq qapılarının üzərində “narahat etməyin” elanı asılmışdı” deyib.
İkinci ssenari
28 iyunda isə hadisəni başqa cür izah edir. Ştraus Kanın otağından çıxdıqdan sonra 2820 nömrəli otağa gedib oranı təmizləməyə başladığını bildirir. Daha sonra isə, həmin mərtəbədə yerləşən yataq örtüklərin saxlanıldığı otağa getdiyini, müdiri ilə qarşılaşdığını və birlikdə 2803 nömrəli otağa getdiklərini söyləyir...
Üçüncü ssenari
27 İyulda isə daha bir yeni ssenari uydurur. Bu ssenariyə görə isə “iddiaçı” səhər tezdən 2820 nömrəli otağı təmizləmiş, sonra Ştrauss Kanın otağına getmiş, daha sonra isə yenidə 2820-yə qayıtmışdı. Bu hərəkətlər zorlanan bir qadının edə bilməyəcəyi qədər soyuqqanlı hərəkətlər idi.
Kameralar çox maraqlı məqamı lentə almışdı – saat 12.26!
Oteldəki təhlükəsizlik kameralarının yaddaşlarına gəlincə... “İddiaçı” 2820 nömrəli otağa saat 12.26-da girmişdi. Ancaq, Strosss-Kon otağına da eyni saat və eyni dəqiqədə ayaq basmışdı.
Əlbəttə, prokurorlar bu sualı da verirlər: “Zorlandıqdan sonra 2820-ci otaqda bu qədər qısa müddət ərzində ifadəsində dediyi o qədər təmizlik işlərini necə həyata keçirə bilmişdi?”
60 min dollar
“Şikayətçi” sadəcə “Sofitel” otelindən aldığı maaşla dolandığını bildirsə də, Amerikanın 4 müxtəlif bölgəsinə xərclədiyi ümumilikdə 60 min dolların mənbəyini göstərə bilməyib.
“Hadisə yerində” nələr tapılıb?
Hadisə yeri araşdırılan zaman təcavüzün baş verdiyi iddia olunan otaq və koridorda 5 müxtəlif yer təsbit edilib. Oralardan sperma və tüpürcək nümunələri götürülüb. Bundan əlavə, dəhliz və otağının xalçaları ilə divar kağızları (oboy) soyulub analizə verilib.
Birinci dəlil
Şikayətçinin, təcavüzün olduğu yer olaraq təsvir etdiyi yerin 2 metr uzaqlığında sperma və tüpürcək nümunələri tapıldı. Bunlar, şikayətçi və cavabdehin DNT-lərinə uyğun gəlirdi.
İkinci dəlil
Şikayətçinin o gün geydiyi formanın üst qismindən alınan nümunələrin üçündə sperma; ikisində sperma, tüpürcək və vajinal maye təsbit edilib. Bunlardan yalnız biri "cavabdehin"nın DNT-siylə üst-üstə düşdü.
Bədənindən nümunələr
Bunla yanaşı, "şikayətçinin" bədənindən götürülən nümunələrin heç birində "cavabdehin" DNT izinə rast gəlinməyib.
Dırnaqların altından da “cavabdeh” çıxmır
İddiaçının sol əl dırnağının altından götürülən dəri nümunələrində yalnız öz DNT-ləri aşkar olunub. Sağ əlindən götürülən nümunələrdə isə DNT izi yox idi...
Nəticə: Hücum və ya zorlamaya dair heç bir iz təsbit edilmir.
Strosss-Kon həbs olunduqdan dərhal sonra iddiaçının alt paltarından örnək götürülür, amma cavabdehə aid sperma qalığı aşkar edilmir.
Qan izləri
Eyni alt paltarının üstündən götürülən qan izi isə ittiham tərəfinə yox, onun özünə aid olub. Lakin bu qanın dəri problemi nəticəsində ortaya çıxdığı bildirilib.
Corabın içi və çölü
İddiaçı həmin gün 2 cüt belliyi olan corab geyinmişdi. Analiz zamanı həmin corablardan birinin üst tərəfində cavabdehin DNA-sı aşkar edilib. Bunlar dəri qırıqları və ya dəri ovuntuları vasitəsilə keçən DNA-lar olub. Amma corabların iç üzündə cavabdehə aid heç bir iz təsbit olunmayıb. Bundan da belə bir nəticə ortaya çıxır: iddiaçı izahatında göstərməyə çalışır ki, cavabdeh onun alt paltarına toxunub. Lakin əldə olunan dəlillər cavabdehin onun cinsi orqanına dəyib-dəymədiyini sübut etməyə kifayət etmir.
Hamamdakı salfetlər
Hadisə yerində araşdırma aparan qrup 16 mayda yenidən 2806 nömrəli otağa gedib, hamamdakı bütün salfetləri götürürlər. Çünki şikayətçi ağzındakı spermanı ora tüpürdüyünü bildirmişdi. Amma götürülən nümunələrdə sperma tapılmayıb. Tapılan tüpürükdə isə heç bir DNT-yə rast gəlinmədi.
Tibb bacısının şikayətçinin bədənində gördükləri
Şikayətçi hadisədən dərhal sonra müayinə edilib. Bədənində zorlamaya aid heç bir iz və ya travmaya rast gəlinməyib.
Cinsi orqanındakı qızartının səbəbini isə təyin etmək mümkün olmayıb. Eyni qızartı daha sonra sertifikatlı həkim tərəfindən də təsbit olunur və onu yaradan səbəb kimi sürtünmə, yaxud da iltihabı proses göstərilir. Çiynindəki ağrı isə hər hansı bir zorlamadan yarana bilməzdi. Bu isə daha konkret bir nəticə ortaya qoyurdu – İddiaçının zorlandığına dair heç bir sübuta rast gəlinməyib!
Alt paltarında “sübut”
Şikayətçinin o gün geyindiyi belli olan corabda iki dəlik var idi. Onlar da analiz edildi. Amma bu kimi corablardan tez-tez “göz getdiyi” nəzərə alınsa, bu “sübut” da əhəmiyyətli hesab oluna bilməz.
Hər şey 7 dəqiqədə oldu, amma nə oldu?
Şikayətçi 2806-cı otağa saat 12.06-da girib. 12.13-də Dominik Strosss-Kon qızı ilə telefonla danışıb. Bu isə o deməkdir ki, şikayətçi içəridə cəmisi 7 dəqiqə qalıb.
Bütün bu faktlar isə cavabdehin şərləndiyinin sübutu üçün kifayət edib.
Vüqar QURDQANLI

1270 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX
11:51
21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024