Rusiyada hər il 50 əsər oğurlanır
25 avqust 2011
13:26
Bir-neçə il əvvəl dünyanın ən möhtəşəm muzeylərindən biri olan “Ermitaj” dan nə az, nə çox, düz 221 eksponat oğurlanmışdı. Təxmini hesablamalara görə oğurlanan incilərin ümumi dəyəri 130 milyon rubl idi. Yalnız Rusiya rəhbərliyi, Sank-Peterburq şəhəri rəhbərliyi deyil, bütün Sank-Peterburq əhalisi həmin əşyaların axtarışı ilə məşğul oldu, bunun sayəsində əşyalar tapıldı.
Özü də onları əşyaların axtarışı ilə rəsmi məşğul olan İnterpol deyil, camaat tapıb. Bazarlarda, mağazalarda həmin əşyalar gözə dəyən kimi elə həmin satış obyektlərinə baxanların özləri götürüb muzeyə qaytarıblar. Moskvada Ədəbiyyat və Mədəniyyət muzeyində də analoji hal qeydə alınıb. Ümumiyyətlə, belə məlum olub ki, hər il Rusiya muzeylərindən 50, 100 ədəd əsər oğurlanır.
Rusiya muzeylərində aparılan növbəti yoxlama zamanı, Sankt-Peterburq və Moskva muzeylərindən 6,3 milyon dollar dəyərində, təqribən beş yüz əsərin oğurlandığı müəyyən olunub. Ermitajda oğurluqda təqsirli bilinənlər muzey fondunun vəfat edən işçilərindən birinin həyat yoldaşı, oğlu və əntiq əşya alverçisi idi. Qəribədir ki, insanlar Sovet dönəmində belə şeylərə müqəddəs baxırdılar və kimsənin də ağlına gəlmirdi hər hansı muzey eksponatını oğurlayıb satsın.
İndi belə hallar kütləvi hal almağa başlayıb. İndi yaşadığımız cəmiyyət mənəvi dəyərləri itirib, yalnız pul mühüm rol oynayır. Bəlkə muzey işçilərinin əmək haqlarının aşağı olması, muzeylərdə təhlükəsizlik sisteminin zəif olması belə oğurluq hadisələrinə zəmin yaradır? Rusiya Mədəni Abidələrinin Qorunması Xidmətinin direktoru Boris Boyarskov etiraf edib ki, hər il Rusiya muzeylərindən 50, 100 ədəd əsər oğurlanır və bunların əksəriyyəti daxildən gəlir. «Ermitajdakı maddi və mədəni irsə münasibətdə, uzun illərdir problem mövcuddur.
Hətta 1993-cü ildə Mədəniyyət Nazirliyi ilə birgə keçirtdiyimiz inventarlaşdırma zamanı bu kimi çatışmazlıqlar var idi. Bizim sonrakı təhlillərimiz də Ermitajda aparılan qeydiyyatların çox qarışıq olduğunu üzə çıxartdı».
Sovet İttifaqının iflasından sonra Rusiya muzeylərində aparılan siyahıyaalma zamanı 50 milyon əsərin, yalnız dörddə bir hissəsi yoxlanıb və cüzi bir hissəsi isə elektron kataloqda qeydiyyatdan keçib.
Oğurluq incəsənəti
Muzeylərdən qiymətli əşyaların itməsi Azərbaycanda da az təsadüf olunan olay deyil. Hələ bizə məlum olan yaxın keçmişdə, 1993-cü ildə R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyindən oğurlanan 12 eksponat Almaniyada üzə çıxdı və 1999-cu ildə Azərbaycana qaytarıldı. Ondan başqa həmin muzeydən 300-ə yaxın oğurlanmış rəsm əsəri hələ də dünya muzeylərində qəriblik həyatı yaşayır.
Məsələn, o siyahıda “Kəlilə və Dimnə” 19-cu əsr miniatürü, Firdovsinin Şahnaməsinə çəkilmiş miniatür- 7-ci əsr, İran muzeylərindədir. Rusiya muzeylərində Azərbaycanın İncəsənət muzeyindən oğurlanmış yüzlərlə rəsm əsərləri var. Məsələn, Adamoviçin “Ananın duası” əsəri, 19-cu əsr, Deninin “Məşhur ulduz”- əsəri-20-ci əsr, Naməlum rəssamın “Qadın portreti” – 19-cu əsr və sair. Siyahını artırmaq olar, əlimizdə 195 belə əsərin adı var.
2000-ci ildə Dövlət Xalça Muzeyindən Lətif Səfərovun xalçasının oğurlanması barədə xəbərlər yayıldı, üstündən bir müddət keçəndən sonra xalça qaytarıldı və ortaya çıxarıldı. Bu prosesin necə getməsi ictimaiyyətdən gizli saxlanılsa da araşdıranlardan biri kimi faktın dəqiqliyinə şübhə etmirik.
“Ermitaj”dan oğurlanan eksponatlar Rusiyanın öz mağaza və bazarlarından tapılır, amma bizim muzeylərdən oğurlanan əşyalar ən yaxşı halda dünya muzeylərində üzə çıxır.
Üzeyir bəy Hacıbəyovun ev muzeyindən oğurlanan əlyazmaları da hamının yadındadır, hərçənd onları Bakıdan çıxarmağa müvəffəq ola bilməmişdilər.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Muzey İşi Sektorunun direktoru, Azadə Hüseynova isə deyir ki, Ermitajdan fərqli olaraq, bizdə inventarlaşma ildə iki dəfə və əyani şəkildə keçirilir. «Bu o deməkdir ki, əgər hər hansı bir əşyadan söhbət gedirsə, bu əşyaya baxılmalı, onun mühafizə vəziyyəti dəqiqləşdirilməli və yazılı surətdə onun vəziyyəti izah olunmalıdır».
Nazirlikdən verilən fakta görə, son 13 ildə tabelikdə olan 170 muzeyin heç birində oğurluq faktı qeydə alınmayıb. Nazirliyin fikrincə, Azərbaycan muzey işçiləri artıq öz etimadlarını doğruldub və onlara ölkənin mədəni tarixinin mühafizəsini etibar etmək olar.
Oğrulara təmir də əl vermədi
Ümumiyyətlə, divarları arasında milli mənəvi dəyərlər, əvəzsiz eksponatlar saxlanılan muzeylər necə qorunur? Onların mühafizəsi adi bir müğənninin mühafizəsi qədər var, ya yax? Muzeylərimizdə müasir standartlara uyğun siqnalizasiya sistemləri quraşdırılıbmı?
Bu suallara yerindəcə tanış olmaq üçün yol aldıq muzeylərə tərəf.
Ən böyük muzeyimiz Rüstəm Mustafayev adına İncəsənət muzeyində qapıda bizi mühafizə xidməti qarşıladı. Hara və kimi yanına, nə üçün getdiyimizi soruşdu. Məlum oldu ki, Səbael mühafizə polisi muzeyi 24 saat mühafizə edir. Siqnalizasiya qurğusu isə birbaşa onların baş idarəsinə tabedir. Muzeyin yanğın əleyhinə də mühafizəsi var.
Fondlar möhkəm əhatələnib. Muzeyə girən-çıxan hər kəs yoxlanır. Məzuniyyət vaxtı olduğundan suallarımızı da elə mühafizə xidmətinə ünvanlamalı olduq. Dedilər ki, muzey direktorunun özünün belə burdan hər hansı bir əşyanı çıxartmaq şansı yoxdur. İşçilər isə xüsusi nişan taxırlar yaxalarına, kənar şəxs o dəqiqə gözə çarpır. Muzey ölkə başçısının sərəncamı ilə əsaslı təmir olunub. Təmir vaxtı mühafizə xidməti gücləndirilmiş iş rejimində işləyib. Bir sözlə, İncəsənət muzeyindən arxayın ola bilərik.
Üzeyir Hacıbəyovun ev muzeyində də direktoru Sərdar Fərəcovun dediyinə görə ən yüksək texnologiyalarla siqnalizasiyalar quraşdırılıb. “Əvvəldən mühafizə qurğusu olub, ötən ilki təmir zamanı bunu son standartlara uyğun qurğu ilə dəyişdik. Nazirliyin müqaviləsinə əsasən Yasamal mühafizə xidməti isə gecə-gündüz muzeydə keşik çəkir.”
Köhnə Lenin muzeyi, indiki Muzeylər Mərkəzində Teatr, Xalça, İstiqlal və onlardan başqa da bir-neçə muzey yerləşir. Ümumi binaya siqnalizasiya sistemi quraşdırılıb, qapıda mühafizə xidməti də var.
Görəsən, bütün bunlar muzeylərin etibarlı mühafizəsindən xəbər verirmi? Hər halda buna ümid etməkdən başqa əlacımız qalmır. Yetər ki, ağacı qurd içindən yeməsin.
Ramilə QURBANLI

1366 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX
11:51
21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024