Marko Polo Çində olmayıb?

Marko Polo Çində olmayıb?
11 avqust 2011
# 11:48
İtalyan arxeoloqlar Marko Polonun Uzaq Şərqə heç bir səyahət etmədiyi iddiasını qaldırıblar. Yaponiyada araşdırmalar aparan italyan arxeoloqlar Polonun böyük ehtimalla Qara dəniz ətrafına qədər səyahət etdiyini deyiblər.

İddialara görə, italyan səyahətçi Polo bütün məlumatları Çin, Yaponiya və digər Şərq ölkələrinin tacirlərindən öyrənib. Polonun 1271-1291-ci illərdə yazdığı kitabı incələyən tarixçilər bəzi uyğunsuzluqlar aşkar ediblər.

Araşdırmanı aparan Napoli Universitetinin professoru Daniel Petrella: “Marko Polo Qubilay xanın (Çingiz xanın nəvəsi) Yaponiyaya etdiyi iki səfərini bir-birinə qatıb qarışdırıb” açıqlaması verib. O, həmçinin Yaponiyadakı qazıntılarda tapılan monqol donanmasına aid parçaların Polonun hekayələrində təsvir edildiyi kimi olmadığını, kitabda Qubilay xanın donanmasında və yerli adlardan bəhs edilərkən Çincə ya da monqolca deyil, fars terminlərindən istifadə olunduğunu bildirib.

Kitabında Qubilay xana xidmət etdiyini deyən Polonun adı isə Çin və ya monqol tarixçilərinin qeydlərində heç çəkilmir.

Marko Polo XIII-XIV əsrlərdə Italiyadan Orta Şərq və Orta Asiya yolu ilə Çinə səyahət edib. O, əsərlərində Azərbaycanın neftindən, habelə Şamaxı və Bərdənin ipək məmulatlarından da xəbər verib.


Günel ƏSGƏRZADƏ
# 2164 dəfə oxunub

Oxşar xəbərlər

Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?

Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?

15:00 29 iyun 2026
Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

14:00 27 iyun 2026
Yetim oğlan  - Muxtar Auezovun hekayəsi

Yetim oğlan - Muxtar Auezovun hekayəsi

10:00 27 iyun 2026
Döyüş romantikasını darmadağın edən faktlar - Ölmədən öncə mütləq baxılmalı 10 müharibə filmi

Döyüş romantikasını darmadağın edən faktlar - Ölmədən öncə mütləq baxılmalı 10 müharibə filmi

14:00 26 iyun 2026
Bu sendviçdə mayonez yoxdur - Cerom Devid Selincerin hekayəsi

Bu sendviçdə mayonez yoxdur - Cerom Devid Selincerin hekayəsi

10:00 26 iyun 2026
Maska arxasındakı tənhalıq:  Key Seycin sirli əsəri

Maska arxasındakı tənhalıq: Key Seycin sirli əsəri

12:30 25 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər