Yalnız mafiyaya məğlub olan Bryus Li - FOTOSESSİYA
4 avqust 2011
06:00
Bryus Li mənim və nəslimin uşaqlığının qəhrəmanı idi.
Bu vaxta qədər heç bir aktyor haqqında onun haqqında olduğu qədər məlumatım olmayıb.
Bu vaxta qədər heç bir aktyor dünyada bu qədər məşhur olmayıb. Onun məşhurluğunu Çarli Çaplinlə müqayis etmək olar.
Onun pərəstişkarları Elvis Preslinin, “Bitls” qrupunun pərəstişkarlarından çox idi.
Ümumiyyətlə, onu aktyor adlandırmaq nə qədər düzgün olardı?
O, axı, mahir döyüşçü idi.
O, qəhrəman idi.
O, kunq-fu ustası idi.
O, dünyanın ən cəld adamlarından biri idi.
O, yaratdığı döyüş məktəbinin, Jut Kun Do-nun banisi idi.
O, qadınların sevimlisi idi.
O, kişilərin kumiri idi.
38 il ötsə də
Bryus Li filmləri ilə kinomatoqrafiyada yeni bir janrın, əlbəyaxa döyüş filmlərinin əsasını qoymuşdu. Onun filmlərinə baxanlar özlərini qəhrəman hesab edirdilər. Onun filmlərinə baxanlar tryuklarının həqiqi olduğuna zərrə qədər də şəkk etmirdilər. Buna görə də onu sevirdilər.
Onun ölümü haqında o qədər əfsanə dolaşır ki, bilmək olmur hansına inanasan.
Bryus Li 1973-cü ildə ölsə də, hələ də xatırlanır. Bəşəriyyət onu unutmayıb. Bu vaxta qədər bir çox əlbəyaxa döyüş ustaları, idmançı aktyorlar gəlib-gedib, hərəsinin öz dövranı olub. İstisnasız olaraq, təkcə Bryus Li könüllərdəki yerini qoruya bilib.
1990-cı illərdə, mənim uşaqlıq illərimdə onun filmləri hələ də populyar idi. Ölkəyə videolar təzə ayaq açmışdı. İnsanlar film maniyasına yoluxmuşdular. Yeni döyüş filmləri çıxmışdı. Amma heç biri onun filmlərinin yerini vermirdi.
Uşaqlı-böyüklü hamı onun filmlərinə baxrdı.
Hər seans kunq-fu məşqi
Onun filmləri kinodan ziyadə kunq-fu dərsliyi idi. Döyüş sənətinə maraqları olanlar, bu filmlərdən sonra mütləq bir-iki döyüş elementini məşq edirdilər.
Uşaqlar filmdən sonra dərhal ayağa qalxıb evin ortasında atılıb düşər, bir-birləri ilə dalaşardılar.
Həvəskar idmançılar onun filmlərinə baxıb karate öyrənərdilər.
Hamı şpaqat açmağa cəhd edərdi. Amma belə bir mif də gəzirdi ki, guya şpaqat açan oğlan uşaqlarının böyüyəndə cinsi problemləri ola bilər.
Sizin nunçaqınız varmıydı?
Bryus Li nunçaq – yapon döyüş silahını da ustaca işlətməyi bacarırdı. Bu silahdan hər kəsdə var idi. Karate həvəskarları iki ağac parçasını zəncirlə bənd eləyib oynadardılar. Bəzi dəliqanlılar isə Bryus Liyə baxıb o qədər həvəslənmişdilər ki, həmişə bellərində gəzdirdikləri nunçaqı küçə davalarında da işlədirdilər.
Komediya aktyorunun davakar oğlu
Ona aktyorluq bacarığı ailəsindən keçmişdi. Bryus Li 1940-cı ildə komediya aktyorları olan ailəsinin ABŞ-a qastrolu zamanı San-Fransiskoda doğulmuşdu.
Li uşaq ikən bir neçə filmə də çəkilmişdi. Honqkonqa köçəndən sonra burada çaçaça rəqs sənətini öyrənmişdi.
Deyilənə görə, yeniyetmə Li bir gün kunq-fu müəlliminin yanına gəlib deyir: “Sən mənə kunq-funu öyrət, mən də sənə çaçaçanı”. İlk döyüş fəndini başqaları bir həftəyə öyrəndikləri halda Li üçcə günə mənimsəyir. Müəllimi Lidə gördüyü bacarığa heyran olur. Bilmirəm, Li müəlliminə çaçaçanı öyrədə bildimi ya yox, amma Li kunq-funun mahir ustası oldu.
Filmlərdən xatırlayırsızsa, Bryus Li bəzən addımlarını elə atırdı ki, sanki rəqs edirdi. Bu bacarıq onda rəqqaslığından qalmışdı.
Mafiyanı məhv etdi
ABŞ doğumlu olduğuna görə Li 19 yaşında vətəndaşlıq almaq üçün Birləşmiş Ştatlara gəlir. Amma əslində, səbəb başqa idi: Linin orta əsrlərdən bəri Honqkonqda mövcudluğunu sürdürən “Triada” mafiyası ilə problemləri çıxmışdı. Honqkonq küçələrinin birində 3 nəfər “Triada” üzvü ilə sözləri çəp gəlir. Li bir göz qırpımında onların üçünü də xəstəxanalıq edir.
Mafiya üzvlərinin qeyd-şərtsiz sadiqliyi qarşlığında onları hər cür təhlükədən qoruyurdu. Bu hadisə mafiyanın imicinə də zərbə idi. Yeniyetmə bir oğlan üç mafiya üzvünü ölümünə çırpmışdı.
Li üç yumruq zərbəsi ilə öz ölüm hökmünü yazır. O, qisasın ağır olacağını bildiyi üçün bu davanın ertəsi ABŞ-a üz tutur.
Bir saat üçün...
Li ABŞ-da təhsil almaqla bərabər, kunq-fu dərsləri də verir. Dərsin saatı üçün 275 $ alırdı. Bu təkcə indinin özü üçün yox, elə o dövr üçün çox böyük məbləğ idi.
O, ABŞ-da yarışlardan birində maraqlı tryukları ilə kino prodüserlərinin diqqətini cəlb edir. Onların dəvəti ilə filmlərə çəkilir, amma baş rollara dəvət almır. Onda Li öz filmini çəkmək qərarına gəlir.
Son filmini bitirə bilmədi
Bunun üçün də o, Honqkonqa qayıdası olur. Burada o, ilk filmini çəkir. Filmin adı “Böyük Boss” idi. Döyüş tryuklarını da Li özü hazırlamışdı. Film böyük uğur qazanır.
Linin həyat haqqında çox yazmaq istəmirəm. Əl altında Google olandan sonra kiminsə həyatından yazmaq mənasını itirir. Zatən xeyli yazdıq həyatı barədə. Yalnız onu deyə bilərəm ki, Li 36-dan çox filmə çəkilmişdi.
Ədəbiyyatda belə bir müəmma var. Bəzən yazarlar yaratdığı obrazların talelərini yaşamağa məhkum olurlar. Linin həyatı ilə də belə oldu. Son filminin adı “Ölümlə oyun” idi. O bu filmi tamamalaya bilmədi. Prodüserlər yarımçıq qalan sonuncu filmini dublyor vasityəsilə tamamladılar.
Rəsmi məlumatlar hər zaman yalan söylər
Rəsmi məlumatlara görə, baş ağrılarından əziyyət çəkən Li qəbul etdiyi ağrıkəsicinin təsirindən ölmüşdü. Amma...
Li hər şeydən əvvəl idmançı idi. O, çox intizamlı bir həyat sürürdü. Yeməyindən tutmuş, məşqlərinə qədər hər şeyə diqqət edən birisi idi. O, hər gün müntəzəm məşq edir, döyüş bacarıqlarını artırır, sağlamlığının qeydinə qalırdı.
Bir dəfə isə bədəninə əziyyət verməyi tərgitməyi məsləhət görən həkiminə demişdi: “İnsan ağlı hər şeyi özünə tabe edə bilər, hətta real ağrını belə”.
“Triada” kimi axtarırdı?
Gəlin, böyük aktyorun, əlbəyaxa döyüş ustasının bu qədər asan bir ölümlə dünyadan köçməsi fərziyyəsini bir kənara bir kənara tolazlayaq. Və yenidən “Triada” əfsanəsinə qayıdaq. Axı Şərq əfasənələr diyarıdır.
Şərqdə belə bir qayda var: əgər düşmən ləyaqətli adamdırsa onu, şərəfsizcə öldürməzlər. Odur ki, mafia da onu öldürməyə tələsmirdi. Linin ölümü üçün ondan da usta döyüşçü axtarırdı. Digər tərəfdən, Li artıq böyük pullar qazanmağa başlamışdı. Tanrısı pul olan mafia üçün isə Lidən ticarət markası kimi yararlanmaq daha faydalı idi, nəinki onu öldürmək.
Özünün fiziki bacarıqları ilə təkcə film seyrcilərini deyil, əlbəyaxa döyüş sənəti mütəxəssislərini belə heyran edən Bryus Lini öldürmək üçün mafia kunq-fu ustası tapır.
Öldürücü zərbə
Muzdlu qatil Li ilə elə çəkiliş meydançasında qarşılaşır. Döyüş bir dəqiqə belə çəkmir. O, işlətdiyi yeganə fəndlə Lini zərəsizləşdirir. Zərbə Linin başına dəymişdi. Nadir kunq-fu ustalarının, Şaolin rahiblərinin bildiyi bu fəndin zərbəsindən sonra insan beyninə qansızma olur. Bu zərbənin xüsusiyyəti ondan ibarət idi ki, zərbəni vuran adam ölüm gününü qurbanına özü təyin edir.
Bu zərbədən anında ölmək də mümkündür, bir həftə sonra da, lap elə bir il sonra da. Zərbənin mahiyyəti bədənin enerjisini vibrasiya ilə rəqibə yönləndirməkdən ibarətdir. Bu zərbədən sonra ölümün yaxasından qurtulmaq mümkün deyil. Bryus Li naməlum rəqibin bu zərbəsindən öldü. Təqribən iki ay sonra.
Oğlunu da məhv etdilər
Bryus Lidən danışarkən onun oğlu Brendon Lini xatırlamamaq mümkün deyil. O da atası kimi aktyor idi və qəribəsi o idi ki, Brendon da onun kimi faciəvi şəkildə həyatını itirmişdi. 1993-cü ildə çəkiliş meydançasında butoforiya tapançasından açılan atəşdən 28 yaşlı aktyor həyatını itirir.
Yalançı tapançanın darağını həqiqi güllə ilə dolduran tapılmır. Mafia atanın ölümü ilə kifayətlənməmişdi, o, Brendonı da öldürdü.
Sosialist ölkələrində belə tanınırdı
1973-cü il iyulun 20-də, 33 yaşında Bryus Linin ölüm xəbəri bütün Honqkonq üçün faciəyə çevrildi. Tezliklə bu faciə təkcə Honqkonqu, Çini, bütün Asiya qitəsini deyil, bütün dünyanı, bütün əlbəyaxa döyüş sevərləri və Lisevərləri əhatə elədi.
Onun pərəstişkarları sosialist ölkələrində də var idi, partiya rəhbərləri qapalı məkanlarda Bryus Linin filmlərinə baxır, karate öyrənirdilər.
Bryus Linin ölümündən tam 38 il keçir. 1973-cü ildən bu yana dünya bir çox məşhur insanları unutdu. Amma o hələ də qəlblərdə yaşayır. Bəziləri üçün simpatik aktyor kimi, digərləri üçün, əlbəyaxa döyüş ustası kimi, başqa bir qism üçün isə sadəcə qəhrəman kimi.
O, 33 yaşında öldü. İsa Məsih yaşında. “Bitls” qrupunun üzvlərinin məşhur cümləsi vardı: “Biz İsa qədər məşhuruq”.
Bu sözü Bryus Li daha çox haqq edir. İsa Məsih yaşında ölən Bryus, kunq-funun peyğəmbəri, tanrısı idi.
Mirmehdi AĞAOĞLU

2910 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
15:00
16 noyabr 2024