“Baxıcılıqdan tövbə etdikdən sonra həccə gedəcəm”
2 avqust 2011
06:00
Bakıətrafı kəndlər həmişə mənə keçmişi xatırladırdı. Köhnədən qalma evlərin görünüşü, dolanbac, dar dalanları, torpağının tozlu qoxusu məni qədim zamanlara alıb aparardı.
Birinci dəfə idi ki, Maştağa kəndinə ayaq basırdım. Yeganə xanımın köməkçisi görüşümüzü gündüz saatlarına təyin etmişdi. Saat üç tamamda göy rəngli, qapıları tay-bataq açılmış darvazadan içəri daxil oldum.
Həyətdə dəbdəbədən uzaq, sadə bir mərtəbəli bağ evi ilə rastlaşdım. İlk andaca diqqətimi, həyətin ortasında əkilmiş rəngbərəng qızılgüllər cəlb etdi. Hiss olunurdu ki, ev sahibi yaşıllığı və təbiəti sevir. Evin kölgəli dəhlizində məni Yeganə xanımın özü qarşıladı. Hündürboylu, qarabuğdayı və həddsiz parıltılı gözləri vardı. Əvvəlcə, hansı saytdan gəldiyimi xəbər aldı. Sayt haqqında məlumat verdikdən sonra, müsahibə vermək üçün məni hər kəsi qəbul etidyi otağına apardı.
Balaca otaqda bir divan və içərisinə qab-qaşıq düzülmüş o qədər də, bahalı olmayan mebel vardı. Divar boyu tanıdığım bir neçə seyidlərin və çox güman ki, müsahibimin rəhmətə getmiş valideynlərinin, yaxınlarının şəkilləri asılmışdı. Yeganə xanım əyləşdiyimiz otaqdan başqa bir otağa açılan pəncərə vasitəsi ilə çay gətirmələrini tapşırıb, divanda mənimlə üz-üzə əyləşdi.
Beləliklə, artıq neçə illərdir ki, Azərbaycanda öz öncəgörmələri ilə məhşurlaşan, baxıcı Yeganə Zeynalovanın evindən hazırladığım müsahibəni sizə təqdim edirəm.
“Vəzifə sahibləri yanıma gəlmir...”
- İlk dəfə baxıcı kimi fəaliyyətə nə vaxtdan başlamısınız?
- Vaxtı dəqiq deyə bilmərəm. Amma ilk dəfə getdim “Space” kanalına, Mehriban Ələkbərzadə ilə görüşdüm və onun həyatından xəbər verdim. Orda mənə dedilər ki, siz getməlisiniz Hacı Sabirin yanına, əgər Hacı Sabir icazə versə, “Space” kanalının efirinə çıxarsınız. Sonra mənim haqqımda film çəkdilər. O gündən, bu günə baxıram.
- Ən çox hansı təbəqənənin insanları sizə müraciət edirlər?
- Bilirsinizmi, mən özüm çox varlı da olmuşam, kasıb da olmuşam. Yoldaşım Gənclər teatrının direktoru olub. Onun sağlığında çox yaxşı yaşamışıq. O rəhmətə getdikdən sonra mənə heç kim köməklik etməyib. Evimiz əlimizdən çıxıb, üç uşağımla tək və köməksiz qalmışam. Uşaqlarımı dolandırmaqdan ötrü qulluqçuq edib onları saxladım. Sonra bərk xəstələndim. Mənim üçün Moskva şəhərində baxdırdılar, onlar da dedilər ki, imkan yaradın o baxıcılıq etsin.
Mən deyə bilmərəm ki, mənim yanıma vəzifəli adamlar gəlir. Vəzifəli mənim yanıma niyə gəlsin? Vəzifəlinin işi-gücü qurtarıb ki, durub baxıcı yanına getsin? Görməmişəm ki, hansısa vəzifəli baxıcıları gəzsin. Mənim yanıma sadə, gözəl, köməyimə ehtiyacı olan insanlar gəlir. Mənlik olanda, mən köməklik edirəm. Mənlik olmayanda necə köməklik edim?! Hər dəqiqənin bir hökmü var. Burdan çıxırsan, bilmirsən nə olacaq. Bu gün deyirsən, bu köynəyi geyinəcəm, sabah olanda başqa paltar geyinirsən. Hamı Quranla oynayır, Quranla baxıcılıq edib, camaatı aldadırlar. Amerikalılar Quranı cırdı, gördünüzmü başlarına nələr gəldi!? Amma bizimkilər Quranla, ələmlə cadu çıxardırlar. Allah da birdir, Quran da.
“Beş dəqiqədən sonra Ay yoxa çıxdı...”
- Eşitdiyimə görə, bütöv Ay sizin auranıza və fəaliyyətinizə müsbət təsir göstərir. Bu doğrudurmu?
- Bəli, doğrudur. Mən sizə baş vermiş bir əhvalatı danışım. Mənim evimdə “Yerlə göy arasında” filminin çəkilişləri gedirdi. Həmin günü çox işləmişdik. Gecə saat on ikiydi. Çəkiliş üçün səmada Ayın görünməsi vacib idi. Dedim, Ay çıxacaq, onlar dedilər ki, çıxmayacaq! Noyabr ayı, möhkəm də yağış yağırdı. Onları da götürüb Dağüstü parka getdim. Mən çıxdım yüksəkliyə və təkcə dayandım. O çağacan Ay yox idi. Operatora dedim, çəkilişə başla. Çəkiliş başlayan kimi Ay doğdu, çəkiliş bitdikdən sonra Ay da yoxa çıxdı. Bütün günü də yağış yağdı. Özü də Ay o qədər yaxından, aydın görsənirdi ki, yanımdakı insanlar heyrətə gəlmişdilər.
- Yəni deyirsiniz ki, Ay sizə güc verir?
- Əlbəttə. Mən ruhlarla işləyirəm. Nənənin, nənənin nənəsinin ruhunu da çağıra bilərəm. Mən cadu çıxartmıram. Düzdür cadu, çöpçü, sınıqçı da var. Hər şey binayi-qədimdən var. Necə ki, qulaq həkimi, göz həkimi var, eləcə də onlar olublar, həmişə də olacaqlar.
- Məşhur insanlardan kimlər sizə müraciət edir?
- Ad çəkməyi xoşlamıram. Amma demək olar ki, çoxlarının işləri düz gətirməyəndə yanıma gəlirlər. Hətta xarici ölkələrdən də müraciət edən məhşurlar var.
- Yanınıza gələnlər sizdən məxfilik tələb edirlər?
- Xeyr, məndən heç kəs, heç nə tələb etmir! Bu mənim öz canımdan gəlir. İndi sən gəlib məndən müsahibə alırsan, sabah mən çıxıb televizorda demiyəcəm ki, filankəs gəldi, məndən müsahibə aldı.
“Allahı gərək ürəyində sevəsən...”
- Dinə və dindarlara münasibətiniz necədi?
- Bütün dinlərə hörmət edirəm. İslam dini və Quran mənim üçün müqəddəsdir. Hər yaşın öz gözəlliyi var. Hicablanmaq insana daxildən gəlməlidir. Bu gün hicaba bürünürlər, dodaqlarında boya, bər-bəzək yaxırlar. Ətlərini kəsdirirlər, dodaq qoyurlar, özlərini kökəldirlər, arıqladırlar, sonrada dindarlıq edirlər. Bunlar mənə çatmır... Dindar yalan danışmamalı, haram yeməməli, xəbərçi olmamalıdır. Qəndi isladıb yapıışdırırlar daşa ki, arzularım yerinə yetsin. Min oyundan çıxıb, dindar kimi görünmək günahdır! Allahı gərək ürəyində sevəsən, divarlardakı şəkillərdə yox.
- Qarşıdakı illərə dair hansısa bir proqrozunuz varmı?
- Mən indi heç nə deyə bilmərəm, çünki bu yaxınlarda Azərbaycanı tərk edəcəm. Artıq yorulmuşam. Yanıma gələn insanlar və onların istəkləri məni yorub...
- Nə istəyirlər ki, sizdən?
- Sən gəl bir gün bu otaqda əyləş gör nələr eşidəcəksən. İnsanlar elə şeylər istəyirlər ki, adamdan!.. Yazılarında yazılmayanı, qismətlərində olmayanı, gün-güzəranlarında olmayanları gəlib məndən istəyirlər. Kartof satan gəlib deyir ki, məni bazarkom qoy. Kartof satanı necə bazarkom qoyum? Axı mən onu niyə aldadım? Onsuz da gec-tez haqq-nahaq yerini tapacaq.
- Özünüzə kimisə rəqib görürsünüzmü?
- Heç kimi rəqib görmürəm. Dünyada özüm kimi baxıcı istəyirəm. Gəlsinlər də bura, çıxsınlar da mənim qarşıma? Niyə gəlmirlər? Hamısı qarşımdan qaçır. Kim olur-olsun bu qapıdan içəri daxil olan adamın bədənindəki xalların sayına qədər bilirəm.
“İbrahim Tatlısəsin vurulacağını öncədən bilirdim...”
- Tanıdığınız insanların başlarına gələcək təhlükəni duyub onu xəbərdar etmisinizmi?
- Özcan Dənizin konsertinə baxırdım, İbrahim Tatlısəsin vurulmasını öncədən hiss etdim. Zəng vurdum, Özcan Dənizin prodüserinə, dedim ki, Tatlısəsi vuracaqlar, özündən muğayat olsun. Xanım təəccübbdən özünü itirdi. Amma artıq gec idi. Mənim deməyimlə onun vurulmağı bir olmuşdu. İstəsəniz bunu özünüz də araşdıra bilərsiniz.
- Özünüzün, yaxınlarınızın başlarına gələcək təhlükələri necə hiss edib, köməklik edə bilmisinizmi?
- Mənim özümü və uşaqlarımı qurban olduqlarım həmişə qoruyub, saxlayıblar. Xristianlara da, yəhudilərə də, müsəlmanlara da dua edirəm. Kilsəyə, məçidlərə gedirəm. Amma namaz qılmıram, oruc tutmuram. Baxıcılıqdan tövbə etdikdən sonra həccə gedəcəm.
- Hesabat verdiyiniz kimsə varmı?
- Xeyr, mən Allahdan başqa heç kimə hesabat vermirəm. Onun bütün möcüzələrini görmüşəm. Əvvəllər bir məşhur baxıcı vardı, çox səhvlər buraxdı. İndi onun qızı baxıcılıq etməyə başlayıb. Məgər ana ölüb ki, qızı onun yerini əvəz eləsin?! Fırıldaqçılar milləti soyur! Elə olub ki, faizə pul götürüb mənim yanıma gəliblər. Qaytarmışam ki, qızım, get işin düzələndən sonra gələrsən. Gedib, on gündən sonra xonça ilə yanıma gəlib.
- “Avrovijn” haqqında verdiyiniz proqnazlar özünü doğrultdumu?
- Mən yeddinci və beşinci yerlər demişdim. İkisi də bizim dində ən müqəddəs rəqəmdir. Amma udacaqlarını da hiss edirdim, çünki oğlanın oxumağına çox inanırdım. Bilirəm ki, Nigar çox oxumayacaq, amma Eldar istəsə, uzun müddət səhnələrdə qalacaq.
- Sizə ən çox nə üçün müraciət edrlər?
- Başqasının kişisinin arxasınca gələn arvadlar gözümün düşmənidirlər. O dəqiqə qışqırıb, onları qapımdan qovuram. Bunun üçün də çoxları gedib məndən şər-böhtan danışırlar. Yanıma ruziləri, arzuları üçün gəlirlər. Yaşı keçmiş qızlar gələndə onlara köməklik etməyə çalışıram. Bu yaxınlarda bir qadın gəlmişdi, corabının içərisinə də bir manat pul qoymuşdu. Deyir, ev almışam, iyirmi baxıcı mənə deyir ki, həyətində qızıl basdırıblar. Deyirəm, ay qızım, bu iyirmi baxıcı qızıllarının yerini görüblərsə, bəs niyə gedib çıxartmırlar? Axı orda qızıl yoxdur. Məgər ruh çağıranda, ruh gəlib o qızılları sənə verəcək? Versəydi, elə evin öz yiyəsinə verərdi. Elə o baxıcılara tökdüyün, avtobuslara verdiyin pulları yığardın bir qızıl boyunbağı alardın də...
Bir qadın vardı əri onu atıb Moskvaya gedəndə hamilə idi. Qızının 14 yaşı tamam olanda mən onları qovuşdurdum.
2001-ci ildə bir nəfərə söz demişdim. Dörd ildən sonra gəldi ki, Yeganə xanım, necə demişdinizsə elə də oldu. Amma hər dəfə deyə bilmirəm. Bir də görürsən baxan vaxtı söz çıxır ağzımdan ki, bu belə olacaq, o elə olacaq. Bəzən heç bunu özüm də bilmirəm. Ruhlar deyir, mən də təsdiqləyirəm. Elə olur ki, ümumiyyətlə, heç nə deyə bilmirəm, susuram!..
- Neçəyə baxırsınız?
- Heç kimə qiymət demirəm. Bunun qiyməti yoxdur. İnsanının canından çıxmalıdır ki, gör, bu mənim həyatımdan nələr dedi. Bir manat da, on manat da versələr, qəbul edirəm. Eləsi olub ki, əlindən briliyant üzüyünü çıxarıb verib, onu da götürmüşəm. Amma heç kimə haqq kəsməmişəm. Bu günahdır.
- Xarici ölkələrə işləmək üçün təkliflər almısınızmı?
- O qədər olub ki... Amma özüm istəməmişəm. Anamın uyuduğu torpağı, Bakını çox sevdiyimdən getməmişəm. Amma indi məcburam getməyə. Boğuluram, yaşaya bilmirəm. Elə ondansa başımı götürüb, çıxım gedim.
- Hansı ölkəyə köçəcəksiniz?
- Onu deyə bilmərəm.
“Mən kitab oxumağı xoşlamıram...”
- Əlləriniz həmişə xınalı olur, xeyir məclislərində çox olursunuz?
- Bəli, məclislərə də gedirəm. Amma xınanı uşaqlıqdan sevirəm. Mənim xınalarımı xüsusi olaraq ərəb ölkələrindən gətirirlər.
- Kimsə sizdən haqq tələb edirmi?
- Yox, heç vaxt. Heç kim məndən haqq tələb etmir. Mən heç kimi aldatmıram. Nə Allahın, nə də dövlətin işinə qarışmıram.
- Hansı kitabları mütaliə etmisiniz?
- Mütaliə nədir?
- Yəni hansısa bədii, tutalım, şeir kitabları oxumusunuzmu?
- Yox, qızım, niyə yalan danışım ki, mən kitab oxumağı xoşlamamışam, məktəbdə də pis oxumuşam. Amma yoldaşım sağ olanda o oxuyurdu, mən də qulaq asırdım. Mikayıl Müşfiqin, Bəxtiyar Vahabzadənin şeirlərini rəhmətlik Mikayıl Mirzənin səsindən dinləməyi çox sevirəm. Əminə Yusifqızının səsindən “Yenə o bağ olaydı” şeirinə qulaq asmaqdan bezmərəm.
- Sevgi sizin üçün nə anlam daşıyır?
- Yoldaşım 1998-ci ildə rəhmətə getdi. Ondan sonra mən də tək qaldım. Bu günə qədər də təkəm, yanımda heç kimsə yoxdur...
- Özünüzü xoşbəxt qadın hesab edirsinizmi?
- Bilirsənmi, qızım, mən uşaqlarım üçün yaşayıram.
Samirə Əşrəf

3749 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
15:00
16 noyabr 2024