“Nənəm və sevgilim üçün darıxırdım”
8 iyul 2011
06:00
Hərbi xidmətimin 6-cı ayında, yayın cansıxıcı isti bir günündə məni hərbi hissəmizin dəniz kənarındakı təlim mərkəzinə “sürgün ” elədilər.
Bir neçə taxta kazarmadan ibarət təlim mərkəzinin mühafizəsindən bizim 14 əsgərdən ibarət tağımımız sorumlu idi.
Şəhər mərkəzindən 80 km, hərbi hissədən 85 km uzaqda yerləşən təlim mərkəzinə həftədə bir dəfə ərzaq gəlirdi.
14 əsgərin demək olar ki, qarnı doymurdu.
Tağım komandirimizin mənimlə prinsip aparan, başını yardığım gizir olması taleyin ən iyrənc ironiyası idi.
Yayın şiddətli istilərində keyfiyyətsiz ərzaq və keyfiyyətsiz su əsgərlərin çoxusunun xəstələnməsinə səbəb oldu. Hamı dizinteriyadan əziyyət çəkirdi.
Təlim Mərkəzində xidmət əsl cəhənnəm əzabı idi.
Mənimlə birlikdə xidmət edən əsgərlərin çoxu hansısa “səhvinə” görə bura göndərilmişdi.
Tağım komandirimiz olan gizir hamıya qan uddurmağa çalışır, hamıya əzab verirdi. Ərzaq qıtlığının hökm sürdüyü bir vaxta gizirin qılığına girməyi bacaranların qarnı daha çox doyurdu.
Mən xeyli arıqlamışdım.
***
“Sürgün” həyatıma başlayandan az sonra atam xarici şirkətlərin birində yaxşı bir işə düzəldi.
Artıq atamın normal maaşı, ailənin dolanışığını qaydasına salmağa imkanı vardı.
Təlim mərkəzində günləri bir-bir təqvimdə qaraladıqca kənddən aldığım xəbərlər də yaxşılaşırdı.
Anamla 2 həftədə bir dəfə, atamla hər gün telefonla danışırdım.
İşə düzələndən iki ay sonra atam satdığı inəklərin əvəzinə iki sağmal inək almışdı.
Evdən ürəyim çox rahat idi.
Xidmətimin 9-cu ayına qədər ancaq iki adam üçün darıxırdım: nənəm və sevgilim.
Gecələr üzümü yastığa söykəyib, nənəmin çöhrəsini, sevgilimin gözlərini gözümün qabağına gətirib xısın-xısın ağlayırdım.
Nənəmin qulağı zəif eşitdiyinə görə telefonla danışmağımız mümkün deyildi.
Sevgilimin isə Bakıda hazırlıq kursunda oxumağından başqa heç nə bilmirdim. Ondan tamam xəbərsizdim.
Kiçik əsgər bloknotuma onun üçün şeirlər yazır, hərdən göndərə bilmədiyim, on gün cibimdə gəzdirib sonra cırıb atdığım məktublar yazırdım.
Yayın istisində geyindiyim əsgər çəkmələri əzabların ən ağırı, dəhşətlisiydi.
Vitamin çatışmazlığından ayaqlarım yara tökmüşdü.
Sentyabrın darıxdırıcı bürkülərində atam yanıma gəldi.
Hər şeydə günahlandırdığım atamı görəndə ağlamaqdan özümü güclə saxladım.
Anladım ki, onun üçün də çox darıxmışam.
Atamın gəldiyi gün üç aydan artıq küsülü gəzdiyim gizirlə bir süfrə başında əyləşəndə yaxın qohumumuzun ailəvi dostu olduğunu bildim.
Atam gizirlə araq məclisində çox tez dil tapdı.
Beş-on manat alıb məni hərbi hissə komandirindən xəbərsiz 2 günlük evimizə, kəndə getməyə icazə verdi.
2 günün birini Bakıda atamın kirayə qaldığı evdə keçirib kəndə yollandım.
Kənddə yalnız bir gecə qalmaq imkanım oldu.
Gecə başımı nənəmin dizinin üstünə qoyub onun nəsihətlərini dinləyib səhər tezdən mülki paltarda hərbi hissəyə yolladım.
Cibimdə ən yaxşı siqaret və xərcləmək üçün xeyli pulum var idi.
Təlim mərkəzində salyanlı əsgər yoldaşımın gətirdiyi “otu” siqaretə doldurub çəkəndə hiss elədim ki, bundan sonra uzun müddət bu şəkildə əziyyətə dözə bilərəm.
***
Təlim mərkəzinə yaxın “Görüş” adlı bir kafe vardı.
Qəsəbə cavanları, İrandan gələn “KaMaz” sürücüləri, həm də əsgər və kursantlar bu kafeni yaxşı tanıyırdılar.
Kənddən gələndən sonra bu kafeyə baş çəkməyə pulum olduğu üçün düşünmədən gizirə yaxınlaşdım.
Aramızda ciddi haqq-hesab olsa da, gizir atamla çörək kəsdiyinə, atamın qohumları ilə dost olduğuna görə mənə dəyib dolaşmırdı. Hərdən mübahisəmiz yarananda başındakı dərin çapığı mənə göstərir, bu heyfi məndən çıxacağına and içirdi. Amma nədənsə “Görüş” kafesinə getməyimə icazə verdi.
Kafe o qədər pinti və ürəkbulandırıcı idi ki, indi düşünəndə özüm-özümdən utanıram.
Masalarda 4-5 qadın, bir neçə “KaMaz” sürücüsü əyləşmişdi.
Bir az araq içib qadınlardan birini yanıma çağırdım.
Özünü Könül kimi təqdim edən bu qadının “klassik” həyat hekayəsini dinləyəndən sonra qiymətləşib kafenin arxasındakı xüsusi otağa keçdik.
Uzun müddətdi ki, qadın təması görmədiyimdən acgözlüklə Könülə sarıldım.
Könül isə sanki gündəlik vəzifə borclarından birini yerinə yetirən əsgər kimi məni itəliyib paltarını soyunub yatağa uzandı. İşığı sondurub onu öpmək istəyəndə əli ilə məni yenidən kənara itələdi: “Tez elə işini gör. Bura gələn heç kəs qəhbələrlə öpüşmür.”
Könülün soyuqluğu məni iyrəndirdi. Özümdən də, əməlimdən də, Könüldən də iyrəndim.
Şalvarımı geyinib bir siqaret yandırdım.
Könül hələ də yataqda klassik pozada uzanıb ayaqlarını aralamışdı.
“Deyəsən səndə ....” Könülün nə deyəcəyini gözləmədən sürətlə otaqdan çıxıb kafedən uzaqlaşdım.
Səhərə qədər kazarmanın qabağında oturub siqaret sümürdüm.
***
Bu hadisədən iki gün sonra təlim mərkəzinə hərbi hissədən 3 nəfər yüksək rütbəli zabit gəldi.
Xidmət elədiyimiz təlim mərkəzinin yerləşdiyi qəsəbədən iki qoyun, bir keçi oğurlanmışdı və bu məsələni hərbi hissəyə xəbər vermişdilər.
Oğurluğu gizirin rəhbərliyi ilə 3 əsgər həyat keçirmişdi.
Keçini kəsib yemiş, qoyunları isə satmışdılar.
Hadisə mən evdə olanda baş vermişdi.
Heç nədən xəbərim olmasa da məndən də izahat aldılar.
Uzun çək-çevirdən sonra yüksək rütbəlilər gizirdən alacaqlarını alıb getdi. Məsələ böyüməsin deyə izahatları da cırıb atdılar.
Gizirin əlinə fürsət düşmüşdü. “Bizi professor satıb”, - deyə əsgər yoldaşlarımın beynini doldurur, bir qabdan çörək yeyib, eyni stəkanda araq içib, xəlvətdə birlikdə “nəşə” çəkdiyim əsgər yoldaşlarımla mənim aramı vurmağa çalışırdı.
Bu dəfə istəyi baş tutmuşdu.
Heç bir hərbi qaydalara riayət etmədiyimiz üçün istədiyimiz vaxtda növbələşib yatır, sadəcə, taxta kazarmalara, qapıları qıfıllanmış zabit və əsgər hamamına, tualetlərə və su çənlərinə nəzarət edirdik.
Zabitlər gəlib-gedəndən bir həftə keçsə də, əsgər yoldaşlarımın çox məni danışdırmır, siqaretdən “astaf” saxlamır, yanımdan keçən də də söz atıb keçirdilər.
Təlim mərkəzində yalquzaq kimi gəzib-dolaşırdım.
Hətta gizlincə hərbi hissəyə zəng edib xəbərçilik edən salyanlı “Malış” da mənə söz atırdı.
Əsl satqının kimliyini isə iki nəfər bilirdi. Amma nədənsə gizirin qorxusundan onlar da səsini çıxarmırdı.
Nəhayət, gecənin birində məni yuxudan oyadıb gizirin otağına çağırdılar.
Əsgər yoldaşlarımın əlindəki başı dəmirli zabit kəmərlərini görəndə nə baş verəcəyini anladım.
Çıxış yolu məhdud idi. Ya and içməli, ya da söyüş söyməli idim.
Əsgərlikdə anda yox, söyüşə inanıldığını nəzərə alsaq bir yolum var idi.
13 əsgərdən ən “avtorutet”liləri hamının bir-bir bu işi edəni söyməsini, günahkarın adamın “petux edilməsini” təklif elədilər.
İyrənc bir stuasiya yaranmışdı.
Təklifə razılaşmamaq mümkün deyildi.
Hamı otaqdan çıxdı.
İçəridə oğurluqda iştirak edən iki əsgər, bir də gizir qaldı.
Mən siqaret yandırıb hamamlara tərəf gedəndə əsgərlər öz arasında pıçıldaşır, böyük ehtimalla məni söyürdülər.
***
Hamamdan götürdüyüm ülgüclə sol biləyimi kəsib, siqaret sümürə-sümürə, hıçqıra-hıçqıra hamamın bir həftə öncə ağartığım divarına “MƏN SATQIN DEYİLƏM!” yazdım.
Divarın dibinə çökəndə gözümü yumub ancaq ölməyi arzulayırdım.
Mənim qəfildən yoxa çıxmağım satqınlığı etiraf eləməyim kimi görünmüşdü əsgər yoldaşlarıma. Məni hər tərəfdə axtardıqları, kazarmaları ələk-vələk etdiklərini hiss edirdim. Qaranlıqda yaxınlaşan kölgənin məni danışdırmaq istəsə də, gizirdən çəkinən hacıqabullu əsgər yoldaşım olduğunu başa düşüb ayağa qalxmaq istədim. Kəsiklərin dərinliyi, 20 dəqiqədən artıq qanımın axması artıq öz işini görmüşdü.
“Mən satqın...”- sonra nə dediyimi xatırlamıram.
Səhər ayılanda kazarmada stulda oturmuş gizir siqaret sümürür, iplə çarpayıya bağladıqları “Malış” arvad kimi hönkürüb ağlayırdı.
Gecəylə hər şey bilinmişdi.
Mənim günahsız olduğumu gecəykən aydınlaşmışdı.
“Malış” mənim öldüyümü düşünüb hər şeyi etiraf eləmiş, gizir isə qorxusundan yazıq “Malış”ı səhərə qədər döymüşdü.
Məni hərbi hissəyə tibb məntəqəsinə göndərmək istəsələrdə razılaşmadım.
Növbəti dəfə atamın tənəli baxışlarını görmək istəməsəm də, atamı çağırdım.
Yod, bint almasını xahiş elədim.
Sarıqdakı yaramdan çox atamın tənəli baxışları məni ağrıdırdı.
Hərbi hissədən 85 km uzaqda mənim növbəti intihar cəhdim atamın köməkliyi ilə ört-basdır edilsə də, qolumdakı çapıqların sayı artırdı.
Atamın əzab çəkdiyini başa düşürdüm.
Cəlil CAVANŞIR

1492 dəfə oxunub
Oxşar xəbərlər
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
15:00
16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri
12:00
16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart
15:00
15 noyabr 2024