Süni intellekt, söz azadlığı... - Beynəlxalq Frankfurt Kitab Sərgisində nələr müzakirə olundu?

Süni intellekt, söz azadlığı... - Beynəlxalq Frankfurt Kitab Sərgisində nələr müzakirə olundu?
15 oktyabr 2026
# 17:00

Oktaybrın 7-dən 11-dək Almaniyanın Frankurt şəhərində keçirilən 78-ci Beynəlxalq Frankfurt Kitab Sərgisi 137 ölkədən 236 min ziyarətçini qəbul edərək dünya nəşriyyat sənayesinin əsas görüş yeri statusunu bir daha təsdiqləyib.

Kulis.az xəbər verir ki, beş gün davam edən tədbirdə 119 min sahə mütəxəssisi və 117 min kitabsevər iştirak edib, 4 minə yaxın stend qurulub və 3800-dən çox müxtəlif tədbir təşkil olunub.

Builki sərgiyə Beliz, Botsvana, Kabo-Verde, Qrenlandiya, Qvatemala, Qvineya, Esvatini, Seqenal və Toqo kimi yeni ölkələr də qoşulub.

Sərginin direktoru Yürgen Boos kitabın gələcəyinin eyni anda bir neçə istiqamətdə — müəllif hüquqları ticarətində, süni intellekt müzakirələrində və müəllif-oxucu görüşlərində formalaşdığını vurğulayıb.

Pərakəndə satış və biznes sahələri ayrıldı

2026-cı il sərgisində ən çox diqqət çəkən dəyişikliklərdən biri zal planının yenidən təşkili olub.

B2B (biznesdən-biznesə) yönümlü nəşriyyat və agentliklər üst mərtəbələrdə, oxuculara xitab edən bölmələr və festival zonaları isə birinci mərtəbədə yerləşdirilib.

Müəllif hüquqları mərkəzində 32 ölkədən 319 agentlik iştirak edib və yüzlərlə görüş masa arxasında tərcümə, adaptasiya və audio hüquqlarının satışı üzrə danışıqlar aparılıb.

Süni intellekt və nəşriyyat hüquqları

Süni intellekt texnologiyaları peşəkar sessiyaların əsas mövzusu olub. Nəşriyyatçılar tərcümə, redaktə, istehsal və marketinqdə süni intellektin tətbiqini müzakirə edərkən, müəlliflər hüquqların qorunması, materialların təlim üçün istifadəsi və kompensasiya məsələlərini qaldırıblar.

Alman Kitab Ticarəti Assosiasiyasının sədri Sebastyan Quqqolts süni intellekt və gənclər arasında mütaliə vərdişlərinin azalmasını sənayenin ən böyük çağırışları kimi dəyərləndirib.

Audio-kitab sektoru qlobal miqyasda böyüyür

Həftənin ən sürətli böyüyən sektoru audio-kitablar olub.

"Spotify" özünün audio-kitab xidmətini 2026-cı ilin sonuna qədər 22 bazardan 180-dən çox ölkəyə genişləndirəcəyini bəyan edib.

"Audible" platforması isə 11 ölkədə 18 min dinləyici arasında apardığı sorğunun nəticələrini təqdim edərək dinləmə müddətinin davamlı artdığını diqqətə çatdırıb.

Braziliya nümayəndəsi Enrike Lian audio-nəşriyyatın yerli və köklü dillərin, eləcə də yerli icmaların mədəniyyətlərini öz səsləri ilə dünyaya çatdırmaq üçün mühüm vasitə olduğunu vurğulayıb.

Səhifələrdən ekranlara: Ekranlaşdırma hüquqları

"Book-to-Screen Day" proqramı çərçivəsində nəşriyyatçılar, ədəbi agentlər və kinorejissorlar kitabların kino və seriallara adaptasiya olunması imkanlarını müzakirə ediblər.

Rejissor Folker Şlöndorff və prodüser Reqina Ziqler Yeni Erpenbekin romanının ekranlaşdırılmasını, habelə Melani Raabenin "Tələ" romanının "Netflix" tərəfindən seriala uyğunlaşdırılmasını nümunə göstərərək ekran əsərlərinin kitablara yeni oxucu kütləsi qazandırdığını deyiblər.

Söz azadlığı və siyasi debatlar

Sərgi çərçivəsində təşkil olunan "Frankfurt Calling" platformasında Pulitser mükafatlı tarixçi Cill Lepore, hüquqşünas Filip Sends və BMT nümayəndəsi Melisa Fleminq rəqəmsal izləmə, demokratiya və nəşriyyat azadlığı mövzularında çıxış ediblər.

Filip Sendsə sərgidə Alman Kitab Ticarətinin Sülh Mükafatı təqdim olunub.

Beynəlxalq Nəşriyyatçılar Assosiasiyasının Söz Azadlığı Mükafatı isə ABŞ-nin "Media Coalition" təşkilatına verilib.

Fəxri qonaq Çexiya: "Sahildəki ölkə"

2026-cı il sərginin fəxri qonaq ölkəsi "Sahildəki ölkə" konsepti ilə Çexiya olub.

2300 kvadratmetrlik xüsusi pavilyonda 75 çex müəllifinin iştirakı ilə 100-dən çox tədbir keçirilib.

Dənizə çıxışı olmayan ölkənin fantastik sahili interaktiv qurğular, işıq evləri, şeir qüllələri və robot-incəsənət layihələri ilə canlandırılıb.

Yaxım Topol, Radka Denemarkova və Katerjina Tuçkova kimi tanınmış yazıçılarla yanaşı gənc müəlliflər də öz əsərlərini təqdim ediblər.

Qeyd edək ki, 79-cu Beynəlxalq Frankfurt Kitab Sərgisi 2027-ci il oktyabrın 6-dan 10-dək keçiriləcək və fəxri qonaq ölkə Çili olacaq.

# 108 dəfə oxunub

Oxşar xəbərlər

Misirin 1900 illik qədim Fəyyum mumiya portreti bərpa edildi: Tarixdə ilk dəfə Romaya aparılır

Misirin 1900 illik qədim Fəyyum mumiya portreti bərpa edildi: Tarixdə ilk dəfə Romaya aparılır

16:30 15 oktyabr 2026
Əhməd Cavad – İstiqlal şairinin türk dünyasına və xalqına bağlı həyatı

Əhməd Cavad – İstiqlal şairinin türk dünyasına və xalqına bağlı həyatı

16:10 15 oktyabr 2026
Sabah jurnalistlərin IX qurultayı keçiriləcək - MŞ-nın İdarə Heyətinə namizədlər bilindi

Sabah jurnalistlərin IX qurultayı keçiriləcək - MŞ-nın İdarə Heyətinə namizədlər bilindi

15:59 15 oktyabr 2026
Leysan zamanı binada köməksiz qaldılar - Türkiyəli məşhurlar təxliyə edildi

Leysan zamanı binada köməksiz qaldılar - Türkiyəli məşhurlar təxliyə edildi

15:00 15 oktyabr 2026
Sevgi üçbucağı yaşadı, ağlını  itirdi, dostundan üz çevirdi... - Nitsşe haqqında maraqlı faktlar

Sevgi üçbucağı yaşadı, ağlını itirdi, dostundan üz çevirdi... - Nitsşe haqqında maraqlı faktlar

15:00 15 oktyabr 2026
Tanınmış rejissorlardan Fransa hökumətinə etiraz - Təfərrüatlar

Tanınmış rejissorlardan Fransa hökumətinə etiraz - Təfərrüatlar

14:30 15 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər