Sünnət – Allahın, yoxsa insanın səhvi?!
1 iyul 2011
11:17
Sünnətin tarixi qədim zamanlara gedib çıxır. Hətta onun dəqiq tarixini bilən yoxdur. Misir fironlarından II Ramzesin oğlunu sünnət etdirdiyi haqda məlumatlar mövcuddur.
Özlüyündə sünnət nədir?
Sünnət – kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin (prepus) bir qisiminin və ya hamısının kəsilib atılmasıdır.
İddialara görə, sünnət matriarxal idarəçiliyə malik yəhudi sisteminin kişiləri qadınlara təslim etməsinin ən asan yoludur. Çünki kəsilmə nəticəsində kişi genefonu dəyişir, nəsildən-nəsilə bu proses cılızlaşma ilə nəticələnir.
Din tarixinə nəzər saldıqda bütün peyğəmbərlərin sünnəti vacib saymasını görürük. Hətta hz. İsanın 8 günlük körpə olarkən sünnət edildiyi bildirilir. Buna baxmayaraq, xristian dünyası müsəlman və yəhudilər qədər bu mərasimə meyilli deyillər.
Bu suala cavab tapmaq məqsədi ilə araşdırmaya başladıq. Əldə etdiyimiz ilk məlumat bu oldu ki, Allahın göndərdiyi heç bir kitabda sünnət barədə bir cümlə də yoxdur. Amma maraqlı fakt budur ki, bütün peyğəmbərlər sünnəti vacib sayıb. Doğrudur, onların dediklərini sübut edəcək heç bir mənbə yoxdur, amma bütün hallarda min illər boyu ağızdan-ağıza ötən söhbətin yalan olduğunu da iddia edə bilmərik.
Digər maraqlı fakt isə budur ki, İslam aləmində “peyğəmbəri” deyilən insanlar var. Onlar Peyğəmbər kimi dünyaya sünnət olunmuş vəziyyətdə gəlirlər.
Tarixdən məlum olan Babəkin xilafətlə müharibsinin də kökündə sünətə etirazın dayandığını iddia edən tarixçılər var.
Sünnətin zərəri daha çoxdur!
Bu günə qədər sünnətin faydalı olduğu, gərəksiz və gələcəkdə problem yarada biləcək bir dəri parçasını atmaqdan ibarət olduğu eşitmiş, həm də, faydaları barədə özümüz də mülahizələr irəli sürmüşük.
Birincisi ona görə ki yaradılışda qüsur yoxdur. Dinsizlər təbiətin, inamlı şəxslər isə Allahın qüsursuz bəşər yaratdığını ikiəlli qəbul edirlər. Elm də eyni iddianı təsdiq edir.
Türkiyəli araşdırmaçı yazar Nil Gün “Sünnətlə Əlaqədar Yalan və Gerçəklər” kitabında Sünnətnin sağlamlığa böyük zərəri olduğunu yazır. “Kəsilən yalnız işə yaramaz bir dəri parçası deyil. O kəsilən hissə, içində sinir uclarının, qan damarlarının, ifrazat bezlərinin olduğu bir mexanizmdir. O işə yaramaz deyə kəsilən dəri parçasının qoruyucu vəzifəsi və cinsi funksiyası var. Sünnət olduqdan sonra bir çox sahədə kişi zərər görür. 6 min illik bir ənənədir bu”.
Psixiatr Osman Sabuncuoğlu isə “4-6 yaş arasındakı oğlanları, “psixo-dinamik” olaraq xüsusi bir dövrə girir. Atalarının onlara zərər verəcəyi, pipilerini kəsəcəyinə dair narahatlıqları yaranır. Elə bu ərəfədə də sünnət edilmələri sonrakı illərdə cinsi həyatlarına mənfi təsir edir” deyir.
Seksopotoloq Haydar Dümənə görə, sünnət tamamilə mənfi bir şeydir. Başdan-ayağa yanlışdır. Çünki istər Tanrı, istərsə də təbiət olsun, bədənimizdə nə bir hüceyrəmizi çox, nə də az yaradıb. Buna görə nə Tanrı, nə də təbiət səhv bir şey yaratmaz. Sünnət 5-6 yaş arasında ediləndə psixoloji zərərləri daha çox olur. Bu yaşlarda edilən sünnət nəticəsində, “Kastrasyon kompleksi” dediyimiz, pipi kəsilmə qorxusu meydana gəlir. Bu da psikoseksual inkişaf dövründə dərin izlər buraxar”.
Məsələyə ən cddi yanaşmanı isə Professor Cəmil Toppuzlu qoyur:
“Guya Sünnətin təmizlik baxımından faydası varmış; sünnət olmayanlarda xəstəliklər olurmuş. Çox yaxşı, bunu qəbul edək. Lakin mində bir adamda təsadüf olunan bu xəstəliklər üçün bütün Müsəlman uşaqların mühüm bir üzvlərini həyatları bahasına və din uğruna kəsdirməkdə nə məna var? Məncə, gələcəkdə baş verə biləcək xəstəliklər üçün sünnət etdirmək, kor bağırsağı partlayar deyə bütün uşaqlarımızın appendisitlərini çıxartmağı tövsiyə etməkdən fərqli deyil”.
Amerika Sünnət Əleyhinə Həkimlər (Doctors Opposing Circumcision, DOC) Birliyinin fikirləri:
Getdikcə çoxalan sayda həkimlər yenidoğan oğlan uşaqlarının sünnətinin əlyhinədir. Bu həkimlər kimsənin bir başqasının cinsi parçalarını zorla və ondan icazəsiz götürməsinin haqqı olmadığını iddia edirlər. Həm də həkimlər də uşaqlar üzərində tətbiq olunan bu ağrılı əməliyyatın tibbi baxımdan gərəksiz prosedura olduğuna inanarlar.
Sünnətlər yalnız Qızıl Qaydanı pozmur, eyni zamanda tibbin təməl qanunu olan “Zərər Vermək Olmaz” qanununu da pozur. Maraqlıdır ki, sünnət Allah Qaydalarının yeddi maddəsinin hamısını da pozur.
Valideynin həkimə nə vaxt və necə əməliyyat olunmalı olduğunu göstəriş verməsi tibbin başqa heç bir sahəsində yoxdur. Müasir tibbi qaydalara görə, ana-atanın uşaqlarının faydasına olmayan tibbi müdaxilələrə icazə vermək səlahiyyətləri də yoxdur.
Qorxu, ağr, forma dəyişdirmə, gücdən salma və alçaltma ayrı-ayrılıqda insan ruhunu zədələməyin tipik yollarıdır. Bunların hamısı sünnətdə var.
Cefri T. Folk tərəfindən müxtəlif qaynaqlardan yığılan məlumatlar
Sünnət Nədir?
Sünnət penisin başını örtən mukozal toxumanın və dəri təbəqəsinin cərrahı müdaxilə ilə kəsilməsidir. Bu təbəqə daha çox sünnət dərisi (penis üst dəri) olaraq bilinir.
“International Coalition for Genital Integrity” sünnəti “birinci dərəcəli cinsi baxımdan şikəst edici əməliyyat” sinifinə daxil edib.
Sünnət dərisi nə işə yarayır?
Sünnət dərisinin üç funksiyası vardır: cinsi funksiyaı, qoruyucu funksiya və həssaslıq funksiyası.
Doğumdan sonra sünnət dərisi penisə yapışıq olur. Daha sonra öz-özünə ayrılır. Körpəyə bez bağlandığı bu dövrdəki funksiyası penisi mikrop və yaralanmalardan qorumaqdır. Həyat boyunca da penisin başını yumşaq və nəmli tutaraq zədə və yaralanmalardan qoruyur.
Sünnət dərisindəki mukoza və frenulum kimi müəyyən bölgələr; xüsusilə həssas toxumalardan meydana gəlmişdir və cinsi zövqə xidmət edir. Buradakı xüsusiləşmiş sinir ucları cinsi zövqü və aktın müddətini artırır.
Daxili dəri qatı birbaşa penis başı ilə təmasda olan mukoza təbəqəsidir. Ağızın içindəki səth kimi olan bu təbəqə, quruluş, incəlik xüsusiyyəti və rəng baxımından üst-dərinin (sünnət dərisinin) geri qalanından fərqlidir.
Frenulum penisten gələn və üst-dərinin daxili qatına əlavə olunan fövqəladə həssas olan incə bir pərdədir.
Həm də üst-dərinin iç təbəqəsi və ümumi penis dərisinin kəsşməsi olan xüsusi bir bölgə də var. Bu bölgə üst-dərinin hərəkətini təmin edən xüsusi əzələlərdən ibarətdir. Buradakı toxunma duyğusu dodaqlarınkı qədər inkişaf edib.
Sərtləşmiş halda olan penisin üst dərinin içində hərəkət edə biləcəyi geniş bir sahə var. Penis bu sahə içərisində hərəkət edə bilər və təhriş olmaqdan, süni sürüşkənləşdiricilərə duyulan ehtirasdan xilas olar. Penis başı və üst-dəri təbii olaraq bir-birlərini xəbərdar edirlər. Uarren və Biqelov, penis üst-dərisinin cinsi əlaqə zamanı vəzifələrindən bəzilərini açıqlayıb.
Sünnətin “həqiqətləri”…
Sünnənin əsas səbəbi din və mədəniyyətdir.
İngilisdilli ölkələrdə kişilərin əksəriyyəti sünnətli olduğundan sünnət dərisinin gərəksiz olduğunu düşünürlər. Adətən sünnət oğulun atasan kimi görünmək istəyinin nəticəsində reallaşır.
Əsasən sünnətli penisin daha təmiz olduğu, ya da təmiz saxlanılmasının daha asan olduğu deyilir. Smegma (ölü dəri hüceyrələri və ağ rəngli yapışqan mayedən ibarət maddə) penisin üst dərisi (sünnət dərisi) mövcud olduğunda daha asan yığılır.
Hər zaman sünnətdən danışan dindarlar onun ancaq tibbi tərəfində işıq salırlar. Onlara görə, sünnəti vacib edən tibbi səbəblər : İYE-ni, yəni sidik yolları infeksiya ehtimalının azalması, penis xərçəngi ehtimalının azalması, bu kişilərlə əlaqə yaradan qadınlardakı rəhm xərçəngi riskinin azalması və cinsi xəstəlik ehtimalının azalmasıdır.
Sünnətin İYE azaltdığına dair tibbi ədəbiyyatlarda əks sübutlar var. Ancaq bu, sünnət haqqındakı tibbi səbəblərin ən qabaqda gələnidir, çünki İYE-in ciddi nəticələri vardır. Bu infeksiyalar adi antibiotiklər ilə müalicə edilə bilər. Amerikalı oğlan uşaqlarında İYE ehtimalı 1 faizdir, qızlarda isə bu nisbət daha yüksəkdir. Ana südüylə bəslənən körpələrin daha az İYE virusuna yoluxduğu sübut olunub.
Penis xərçəngi olduqca nadir rast gəlinən bir xərçəng tipidir. Ümumiyyətlə yaşlı kişilərdə olur və bir çox həkim sünnəti önləyici tədbir olaraq düşünmür. Penis xərçəngi həm sünnətli, həm də sünnəsiz kişilərdə ola bilər. “Mədən” araşdırması ( Fred Hutchinson Cancer Research Center, Seattledə davam edən bir araşdırma) penis xərçənginin 37 faizinin sünnətli kişilərdə olduğunu ortaya çıxarmışdır.
Sünnətli kişilərin qadınlarında rəhm xərçəngi ehtimalının daha az olması iddiası da doğru deyil. Üst-dərinin varlığının daha çox cinsi yolla keçən xəstəliyə gətirib çıxardığı iddiası da doğru deyil. HIV məsələsi isə daha çox araşdırma tələb edir. Afrikada sünnətsiz kişilərdə görülən AIDS çoxluğu sübutdursa, bunun təkcə Afrikaya xas olduğu və başqa səbəblərinin olduğu açıq-aydın ortadadır. Yəni Avropada, ya da Amerikada AİDS xəstəliyinə yoluxanların nisbəti sünnətli bölgələrlə müqayisədə çox aşağıdır.
Gigiyena
Üst dərinin baxımı və təmizliyi asandır. Ümumiyyətlə üst dəri doğumdan sonra bir neçə il geri çəkilmir və bun çətinlik də yaratmır. Geri çəkilə bilər hala gəldiyi zaman oğlanlara onu hər gün yumanın əhəmiyyəti olduğu öyrədilməlidir. Təqribən dişimizi hər gün yumalı olduğumuzu bildiyimiz kimi, bunu da edirik. Amma dişlərimizi çıxartdırmırıq.
Cinsi bölgəni yuyunarkən sudan keçirmək kifayətdir. Sərt sabunlar və həddən artıq yuma penis dərisini zəiflədə bilər. Bu da penis başının şişməsinə (balanitis) yol aça bilər.
Smegma üst-dəri altında meydana gələ biləcək ağ, yapışqan bir maddədir. Təbii ifrazatlardan və tökülmüş dəri hüceyrələrindən əmələ gəlir. Keçmişdə bunun kanserogen olduğu deyilirdisə, indi artıq bu iddia da aradan qalxıb. Ümumi təmizlik, infeksiya və xəstəliyin qarşısının alınması üçün kifayətdir.
Sünnət necə zərər verir?
Sünnətnin “tibbi faydaları” haqqındakı mübahisə, nadir olaraq sünnətin həqiqi nəticələrinə toxunur.
Sünnət Korlaşdırar: kəsilən dərinin ölçüsündən asılı olaraq, sünnət kişini penis dərisinin 80 faizə qədər və ya daha çoxundan məhrum edir. Sünnət dərisinin uzunluğundan asılı olaraq, onu kəsmək, penisi 25 faiz və ya daha çox qısaldır. Dəqiq anatomik araşdırmalar göstərib ki, sünnət bir metrdən çox damar, arteria və xırda damarları, 80 metrə yaxın sinir damarı və 20 mindən çox sinir ucunu yox edir.
Sünnət Hissyyatı azaldır: sünnət penisi ciddi bir şəkildə hissiyyatsız edir. Üst-dəri (sünnət dərisi) amputasiyası, üst-dərinin özündəki zəngin sinir şəbəkəsini və sinir impulslarını yox etmək deməkdir. Sünnətdən sonra daim çöldə qalan qlansı (penis başı) örtən membran indi aşınma və erroziya ilə qarşı-qarşıya olduğundan sərt və quru olur.
Bundan əlavə, sünnət penisi təsirsiz edir, onun formasını dəyişir, qan dövranını pozur, beyinə zərər vurur. Gigiyena və sağlamlığa isə dəxli yoxdur.
Qadın sünnəti
Qadın sünnəti, yəni klitorisin kəsilməsi, qadını cinsi şikəst etmələrinin ən məşhur üsuludur. Qadında edilən sünnətin ən yüngülü klitorisin kəsilməsi olub, məqsəd qadında cinsi zövq orqanı olan klitorisi korlayaraq bəkarəti qorumaq, qadının cinsəlliyini və cinsi duyğularına maneə törətməkdir. Bununla yanaşı, çox istənməyən risklərə, hətta ölümə də səbəb olmaqdadır. Ölkəmizdə çox kiçik arealda, Balakən və Zaqatalanın bir neçə kəndində tətbiq olunan, lakin ənənələrimizdə olmayan bu sünnət tipi daha çox Afrika ölkələrində məşhurdur.
Birləşmiş Millətlər Təşkilatı (BMT) hər il əksəriyyəti Afrika və Orta şərq ölkələrində yaşayan 3 milyon qadının sünnət edildiyini bildirir.
UNİCEF tərəfindən verilən hesabatda məlumatların daha yaxşı toplanması nəticəsində, dini deyil, ənənəvi bir tətbiq olan qadın sünnətinin, gözlənildiyindən daha məşhur olduğunun şahidi oldular. Mövzunun həssaslığı səbəbinə görə qadın sünnətindən neçə qadının öldüyünü təsbit və təxmin etmək mümkün olmayıb.
Afrikada səhra bölgəsi və Orta Şərqdəki 28 ölkədə indiyə qədər 128 milyon qadının sünnət edildiyi hesabatda yer alır. Hər il sünnət edildiyi təxmin edilən 3 milyon qadının təxminən yarısının Misir və Efiopiyada yaşayır. Bu isə hər gün 7 min qızın sünnət edilməsi deməkdir.
Dünyada 28 ölkədə davam edən bu vəhşilik başda Yeni Gine, Misir, Efiyopya kimi Afrika ölkələri olmaq üzrə Avstraliya, Malaqa adaları, Braziliya, Meksika, Peru, Orta şərq, Qərb Asiya, Hindistan və Federe Kürdüstan Bölgəsi və İraqda hələ də davam edir
Qadınlar hansı yaşlarda sünnət olunur?
İndiyə qədər toplanan məlumatlara görə, qızlar daha çox 4-12 yaş arasında sünnət edilirlər. Dünya Səhiyyə Təşkilatına görə, bu gün dünyada ən ağır forması daxil olmaqla, 100-140 milyon qız sünnət edilir.
Qadın sünnəti üç ayrı şəkildə olunur:
1-Klitorisin tamamilə kəsilməsi. (Clitoridectomy)
2-Klitoris ilə birlikdə ətrafındakı kiçik və bir qisim böyük dodaqların kəsilməsi (Excision)
3-Klitoris ilə birlikdə bütün dodaqların kəsilməsi, kiçik bir barmaq aralıq buraxılması xaricində (adət qanaması və sidik yolu üçün) bütün xarici cəbhənin tikilməsi (İnfibulation)
Bütün bunlar bir daha sünnətin Allahın hökmü olmadığını sübut edir. Bir başqa sözlə, səhvi Allah yox, insan edib.
Vüqar QURDQANLI

7142 dəfə oxunub
Oxşar xəbərlər
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
15:00
16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri
12:00
16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart
15:00
15 noyabr 2024