"Rayon uşaqlarını balıq kimi atırlar mikrorayonlara..." - Nadir Yalçından yeni şeir

"Rayon uşaqlarını  balıq kimi atırlar mikrorayonlara..." - Nadir Yalçından yeni şeir
10 avqust 2026
# 10:25

Bu gün tanınmış şair Salam Sarvanın doğum günüdür.

Kulis.az Nadir Yalçının yeni "Salam Sarvanın barelyefi" şeirini təqdim edir.


Heç nəyin üzünə,
heç ölüm sözünə
nə özündən yuxarı göy üzünə,
nə özündən aşağı Allahın qara gözünə
bağlanır qapın,
nə də ağlamsınır bənizin,
dalğasıyla əlbəyaxa dənizin
qoynunda ağzıgünə yelkənli sal kimi,
atların ayağında laxlayan nal kimi,
zəhər kimi, ya bal kimi,
hər necəsə,
bağlanmır qapın heç kimə, heç nəyə,
"sağ ol" deməyə dilin gəlmir, hər şeyə mərhəba, salam.


Dəyişir, şəkillərdən bilirəm, səsindən eşidirəm,
dəyişir qamətin, tinin dəyişir,
dəyişir rəngin, cildin dəyişir,
gözlərin, gözlərin,
elə yaxşıdır, nə dəyişir, nə yumulur, nə itir,
adamı didir gözlərin, adamı incidir.
adamı dirildir sözlərin, canımı dirildir,
özünü dirildir nəyin bəs, özün necəsən?


"sağ ol" deməyə dilin gəlmir, hər şeyə mərhəba, salam.
rayon uşaqlarını sudan çıxan balıq kimi atırlar hərdən mikrorayonlara,
bu balaca rayonlara, bu dar rayonlara,
bu tilov rayonlara, bu tor rayonlara atırlar hərdən
rayon uşaqlarını.
çabalaya-çabalaya yaşayırlar
malalaya-malalaya yaşayırlar mikrorayonlarda rayon uşaqları.
ağlaya-ağlaya yaşayırlar,
imama ağlayanda da özlərinə ağlayırlar rayon uşaqları.


bu balaca küçələrə necə sığışırsan,
danışa-danışa, yeriyə-yeriyə yekələn, yekələn
hərdən dəniz kimi sahilindən çəkilən.
barelyefin çox sinəyə vurulur -
deyiləcək, bax, burda, bu ürəkdə,
bu sinədə, bu döyənəkdə yaşayır,
səni balaca rayonlardan
o xatirə lövhələri,
ürək lövhələri çıxarır.
adamı didir gözlərin, adamı incidir.
adamı dirildir sözlərin, canımı dirildir,
özünü dirildir nəyin bəs, özün necəsən?

# 802 dəfə oxunub

Oxşar xəbərlər

"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

14:00 24 sentyabr 2026
Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

12:51 23 sentyabr 2026
"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

11:40 23 sentyabr 2026
Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

13:25 21 sentyabr 2026
"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

10:30 20 sentyabr 2026
"Danışıram ulduzlara, bir səs vermirlər..." - Yapon şairdən haykular

"Danışıram ulduzlara, bir səs vermirlər..." - Yapon şairdən haykular

12:30 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər