Avstraliyanın əsas musiqi mükafatı olan ARIA-nın builki mərasimində “Tame Impala” layihəsi gecənin ən böyük qalibinə çevrilib.
Kulis.az xəbər verir ki, Kevin Parkerin rəhbərlik etdiyi musiqi layihəsi 14 nominasiya üzrə mübarizədən 7 mükafatla ayrılıb.
Qaliblər arasında ilin albomu, ən yaxşı solo ifaçı və pop istiqaməti üzrə mükafatlar, eləcə də “Dracula” mahnısına verilən ilin mahnısı adı var.
Bu nəticə “Tame Impala”nın Avstraliya musiqi tarixindəki mövqeyini daha da gücləndirib. Kevin Parkerin mükafatlarının ümumi sayı 22-yə çataraq onu bu göstəricidə Con Farnhemlə eyni səviyyəyə gətirib. Mərasimdə beynəlxalq kateqoriyada ən populyar ifaçı mükafatını isə “BTS” qazanıb. Bu il ARIA mükafatlarının 40 illiyi qeyd olunub.