"Days of Our Lives" və "General Hospital" kimi məşhur seriallardakı rolları ilə tanınan amerikalı aktyor Larri Poyndekster 66 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, aktyor Los-Ancelesin "Studio City" məhəlləsində yolu keçərkən avtomobil tərəfindən vurulub.
Qabırğalarının sınması diaqnozu ilə xəstəxanaya yerləşdirilən və əməliyyata hazırlanan Poyndekster çərşənbə günü qəfil dünyasını dəyişib.
1959-cu ildə Dallasda anadan olan aktyor 1980-ci illərdən etibarən "Santa Barbara", "Friends", "JAG", "CSI", "The Mentalist", "Scandal" və "Station 19" kimi onlarla məşhur serialda, eləcə də "S.W.A.T." və "17 Again" filmlərində rol alıb.
O, həmçinin iki "Tony" mükafatı qazanan Brodvey müzikli "The Cher Show"un prodüserlərindən biri olub.