Dünya hələ bizim üçün nağıldı... - Günün şeiri

Dünya hələ bizim üçün nağıldı... - Günün şeiri
15 sentyabr 2026
# 10:40

Azərbaycanda sentyabrın 15-i Bilik Günü qeyd olunur. Yeni tədris ili ilə əlaqədar Azərbaycanın ümumi təhsil müəssisələrində ilk dərs günü başlayır.

Kulis.az "Günün şeiri" layihəsindən Kəmalə Abıyevanın "Məktəb illəri" şeirini təqdim edir.

Geyimimiz, hüququmuz bir idi,
Şagird idi hamımızın adı da.
Elə bil ki, boyumuz da eyniydi,
Aman Allah, nə xoşbəxtdik biz onda.

Bir müəllim töhmətiydi dərdimiz,
Bir töhmətdən için-için yanardıq.
Hələ onda bilmirdik ki, bunu biz,
Bir gün necə həsrət ilə anarıq.

Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanırdıq,
Özümüzü biz hamıdan ağıllı
Özümüzü nə bəxtəvər sanırdıq.

Məktəb illəri…
Ömrümün ən şirin duyğulu
Qayğısız günləri…
Hər anı bir ömrə bərabər
Sehirli günləri…
Ən təmiz arzulu günləri….

Hələ onda bu dünyanın şərindən,
Yalanından xəbərimiz yox idi.
Qəm-qüssəmiz, kədərimiz bir damcı,
Hələ onda sevincimiz çox idi

Yazılanı bir silgiylə pozmaq da
Bizim üçün nə asandı, nə asan!
Xəbərsizdik ömrümüzə biz hələ
Tale yazan pozulmayan yazıdan…

Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanırdıq,
Özümüzü biz hamıdan ağıllı
Özümüzü nə bəxtəvər sanırdıq…

# 785 dəfə oxunub

Oxşar xəbərlər

"Yaşıl quşlar didir röyalarımı..." - Yunan Nobel mükafatçısının şeiri

"Yaşıl quşlar didir röyalarımı..." - Yunan Nobel mükafatçısının şeiri

14:30 2 noyabr 2026
"Bağımdakı kəpənəklər hələ avqustdan saralıb..." - Ezra Paund

"Bağımdakı kəpənəklər hələ avqustdan saralıb..." - Ezra Paund

11:00 1 noyabr 2026
"Və öldük mamırlar üzərində..." - Paul Valeridən sevgi şeiri

"Və öldük mamırlar üzərində..." - Paul Valeridən sevgi şeiri

14:30 30 oktyabr 2026
"Təlaşlı ürəyim heca-heca qan axıdır..." - Uelsli şairdən neoromantik şeir

"Təlaşlı ürəyim heca-heca qan axıdır..." - Uelsli şairdən neoromantik şeir

17:30 27 oktyabr 2026
"Beləsinə qələm verməsin Allah" - Gülxani Pənahın şeirləri

"Beləsinə qələm verməsin Allah" - Gülxani Pənahın şeirləri

15:30 27 oktyabr 2026
Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

16:33 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər