Bu gün tanınmış fransız şair Paul Valerinin anım günüdür.
Kulis.az onun "Dost meşə" şeirini sətri tərcümədə təqdim edir.
Təmiz şeylər düşündük, tərtəmiz;
Uzun yollar boyunca, bərabər;
Əli əlimdə, yanaşı, səssiz,
Ətrafımızda qaranlıq çiçəklər.
Tək-tənha, çöldə, yaşıl gecədə;
Yeriyirdik, nişanlılar kimi.
Göydə ay, nağıldakı bir meyvə,
Bölüşdük o sehirli meyvəni...
Və öldük mamırlar üzərində,
Uzaqda, tənha, o pıçıltılı,
O dost meşənin kölgələrində.
Sonra göydə, nurlara bürünmüş,
Tapdım səni, yaş dolu gözlərim,
Sevimli sükut yoldaşım mənim...
Türk dilindən sətri tərcümə etdi: Aydan Ağayeva