[b]Əllərinin istisi adama “gəl” deyirdi... – Mətləb Ağanın yeni ŞEİRİ[/b]

[b]Əllərinin istisi adama “gəl” deyirdi... – Mətləb Ağanın yeni ŞEİRİ[/b]
2 aprel 2018
# 10:43

Kulis.az Mətləb Ağanın yeni şeirini təqdim edir.

*

...Axşamüstü olardı...

...bir sümük-bir dəriydi...

...çoxdan ölmüşdü yəqin,

gözləri dipdiriydi!

...əllərinin istisi

adama “gəl” deyirdi...

...nəydi onu öldürən?

kimdi?

...əcəl deyildi!..

...artıq nə fərqi vardı

onunçün!

yazdı, qışdı?!

...vəssalam-evdən çıxıb,

geri qayıtmamışdı...

...çiçəklərin qoxusu

eynən Onun iyiydi...

O, nəyi bilirdisə,

Tanrının bildiyiydi...

...sonra evə dönəndə,

yazdılar baş daşına...

“...Tanrı,

Sən

bizi

Onun

gözlərinə

bağışla...”

# 2085 dəfə oxunub

Müəllifin son yazıları

# # #