"Netflix" platforması 9 noyabrda 10 il 6 ay həbs cəzasına məhkum edilən britaniyalı komediyaçi Rassel Brendin karyerasından və törətdiyi cinsi zorakılıq cinayətlərindən bəhs edən "Russell Brand: Open Secret" adlı sənədli filmi 13 noyabr cümə günü izləyicilərə təqdim edəcək.
Kulis.az xəbər verir ki, ekran işi Brendin Hollivud ulduzluğundan sui-qəsd nəzəriyyəçisinə, daha sonra isə cinayət məhkəməsinə uzanan yolunu arxiv görüntüləri və şahid ifadələri ilə araşdırır.
Filmi məşhur "Jimmy Savile: A British Horror Story" sənədli filminin prodüserləri ərsəyə gətirib.
Qeyd edək ki, sosial şəbəkələrdə bəzi istifadəçilər məhkəmə hökmündən dərhal sonra bu layihənin elan edilməsini "vəziyyətdən mənfəət əldə etmək" kimi qiymətləndirərək platformanı tənqid ediblər.