İstanbul Modern Sinema İsveçrənin nüfuzlu Lokarno Film Festivalının seçkisindən ibarət 10 ekran əsərini dördüncü dəfə İstanbul kinosevərlərinə təqdim edəcək.
Kulis.az xəbər verir ki, 26 noyabr – 6 dekabr 2026-cı il tarixlərində keçiriləcək proqramdakı bütün filmlər Türkiyədə ilk dəfə nümayiş olunacaq.
Festivalın bədii rəhbəri Ciona A. Nazzaro da tədbir çərçivəsində ilk dəfə İstanbula səfər edərək tamaşaçılarla görüşəcək.
İsveçrənin İstanbuldakı Baş Konsulluğunun dəstəyi ilə hazırlanan proqramda festivalın fərqli bölmələrindən mükafatlı layihələr yer alacaq.
Proqrama fələstinli rejissor Mohanad Yaqubinin "İnqilabçılar əsla ölməz", "FIPRESCI" mükafatlı "Ağaclardan uzaqda","Kann" mükafatlı "Konqo uşağı" və Ukrayna müharibəsinin bir cütlüyün həyatına təsirindən bəhs edən "Nadirən yuxu görüb oyanıram" filmləri daxildir.
Səfər çərçivəsində Ciona A. Nazzaro İstanbul Moderndə keçiriləcək xüsusi görüşdə festivalın pərdəarxası məqamlarını və müasir kino yanaşmasını izləyicilərlə bölüşəcək.