Selin Dion yenidən səhnəyə qayıdır

Selin Dion yenidən səhnəyə qayıdır
25 mart 2026
# 13:00

Kanadalı məşhur müğənni Selin Dion 2020-ci ildən bəri tam konsert vermədikdən sonra bu ilin sonlarına doğru səhnəyə qayıtmağa hazırlaşır.

"Euronews"un xəbərinə görə, 57 yaşlı sənətçiyə 2022-ci ildə hərəkət qabiliyyətinə və ifaçılıq bacarığına ciddi təsir edən, nadir və müalicəsi olmayan Stiff Person Sindromu (SPS) diaqnozu qoyulmuşdu.

Dion, sentyabr və oktyabr aylarında Parisdə "La Défense Arena"da həftədə iki konsertdən ibarət proqram planlaşdırır.

2024-cü ildə yayımlanan “I Am: Celine Dion” sənədli filmi onun bu xəstəliklə mübarizəsini işıqlandırır.

Qeyd edək ki, həmin il Dion, Paris Olimpiadasında Edit Piafın “Hymne À L’Amour” mahnısını Eyfel qülləsindən səsləndirmişdi.

# 1462 dəfə oxunub

Oxşar xəbərlər

Rusiyalı model vəfat etdi

Rusiyalı model vəfat etdi

18:43 17 noyabr 2026
Göbəklitəpənin tarixi mirasını miqrant uşaqların taleyi ilə birləşdirən film təqdim olundu

Göbəklitəpənin tarixi mirasını miqrant uşaqların taleyi ilə birləşdirən film təqdim olundu

18:02 17 noyabr 2026
Tural Turan beynəlxalq mükafata layiq görüldü

Tural Turan beynəlxalq mükafata layiq görüldü

17:32 17 noyabr 2026
Gənc aktrisa vəfat etdi

Gənc aktrisa vəfat etdi

17:14 17 noyabr 2026
Klimtin əsəri hərraca çıxarılır - 80 milyon dollara

Klimtin əsəri hərraca çıxarılır - 80 milyon dollara

16:39 17 noyabr 2026
"İndiki övladlar valideynlərinə bankomat kimi baxırlar" - Seyran Səxavətlə müsahibə

"İndiki övladlar valideynlərinə bankomat kimi baxırlar" - Seyran Səxavətlə müsahibə

16:22 17 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər