Rəssamlıqda opalizm məktəbini yaradan, əsərləri Avropa Parlamentində sərgilənən Azərbaycan rəssamı - Günün tablosu

Rəssamlıqda opalizm məktəbini  yaradan, əsərləri Avropa Parlamentində sərgilənən Azərbaycan rəssamı - Günün tablosu
5 avqust 2025
# 15:02

5 avqust Xalq rəssamı, professor, UNESCO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədovun doğum günüdür.

Kulis.az bu münasibətlə rəssamın həyatı, yaradıcılığı haqqında diqqətçəkən faktları və onun müəllifi olduğu "Qarabağnamə" tablosunu təqdim edir.

Sakit Məmmədov 1958-ci ildə Neftçala rayonunda anadan olub və Azərbaycanın xalq rəssamı kimi tanınır.

O, Leninqrad Rəssamlıq Akademiyasını fərqlənmə ilə bitirib və 30 ildən çoxdur beynəlxalq səviyyədə fəaliyyət göstərir.

Sakit Məmmədov 80-ci illərdə formalaşan istedadlı rəssamlar nəslinin parlaq nümayəndəsidir.

Onun "Qarabağnamə", "Xatirə şəkli", "Oyun", "Məşq", "Falabaxanlar", "Ad günü", "Leninqrad xatirələri", "Yaşasın İstanbul", "Bayram", "Toy", "Metro", "13 nömrəli avtobus', "Həvəskar" və s. kimi əsərlərinin adlarını çəkmək olar.

Rəssamın əsərlərində rəng oyunları və unikal texnika ilə opalizm adlı öz üslubu diqqət çəkir. Opalizm məktəbi onun tərəfindən yaradılıb və bu məktəb rəssamın tələbələri tərəfindən də davam etdirilir.Opalizm sözünün etimologiyası opal daşından götürülüb. Qədim yunan dilində "gözqamaşdıran", latın dilində "valehedici görünüş", sanskrit dilində "qiymətli daş" kimi tərcümə edilən bu mineral daş növü özündə birləşdirən rənglərlə yalnız zərgərlik məmulatı kimi deyil, müalicəvi, fövqəladə və ilhamlandırıcı xüsusiyyəti ilə minillərdir ki insanların zövgünü oxşamaqdadır.

Opalda mövcud olan isti rəng çələngi Sakit Məmmədovun gənclik illərindən marağına səbəb olub. Daşda olan rəng oyununa onun demək olar, bütün yaradıcılıq nümunələrində rast gəlinir. Rəssamın əsərlərində opalın daha çox nəcib, alovlu yaxud bolder, hidrofan növündəki rəng çalarlarını görmək mümkündür. Opal rəssamın yaratdığı tablolarda yeni forma ilə üzə çıxır.

Sakit Məmmədovun əsərləri Puşkin muzeyi, Avropa Parlamenti, Fransanın Opera qalereyası, Türkiyənin Dolmabağça sarayının qalereyaları, İspaniya, Portuqaliya, İtaliya, Roma, Böyük Britaniya, ABŞ və dünyanın digər mötəbər qalereyalarında uğurla nümayiş olunur.

O, sənətdə kompozisiyanın əsas olduğunu vurğulayaraq, yaradıcı prosesdə beyinin önəmindən danışır.

Rəssamın ailəsində də sənət davam edir — onun üç övladı rəssamlıqla məşğuldur.

Sakit Məmmədovun əsərlərindən biri "Tumblr" sosial şəbəkəsində günün fotosu seçilib.

O, rəssamlığı insanın doğulması kimi təbii və dərin bir proses sayır, sənəti isə həyat kimi qiymətləndirir.

"Qarabağnamə"

# 1620 dəfə oxunub

Oxşar xəbərlər

"Özünə məcburiyyətlər yükləməyi dayandır..." - Tanınmış psixoterapevtdən sitatlar

"Özünə məcburiyyətlər yükləməyi dayandır..." - Tanınmış psixoterapevtdən sitatlar

12:30 27 sentyabr 2026
Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

16:50 26 sentyabr 2026
Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

15:38 26 sentyabr 2026
Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

14:46 26 sentyabr 2026
Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

13:00 26 sentyabr 2026
Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

12:30 26 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər