Qazilər sürücülük vəsiqəsi olmadan maşın sürə bilər?

Qazilər sürücülük vəsiqəsi olmadan maşın sürə bilər?
27 iyun 2024
# 12:46

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Bu səhərin xəbərlərindən: Qazi ağır qəza törətdi – bir ölü, beş yaralı.

Əlbəttə, tez-tez bu cür xəbərlərlə rastlaşırıq. Amma bu hadisədə başqa şey diqqəti çəkir. Avtomobili idarə edən qazinin sürücülük hüququ yox idi!

Uşaqlığım doxsanıncı illərdə keçib və Birinci Qarabağ müharibəsindən qayıdan xeyli qazi (o vaxt “veteran” deyirdilər) tanıyırdım. Heç biri döyüşdüyü üçün bizə minnət qoymurdu, heç “döyüşmüşəm”, “vuruşmuşam” sözlərini dilə də gətirmirdilər.

Yəqin, qalib gəlməməyin utancı, işğalın ağırlığı da rol oynayırdı bunda. Nə də olmasa, o vaxt məğlub idik.

2020-ci ilin 44 günü isə tariximizə qızıl hərflərlə yazıldı. Xalq olaraq bir olduq, ölkə olaraq azad olduq, bütünləşdik, qələbəmizə sevindik, şəhidlərimiz üçün ağladıq, döyüşdən salamat qayıdanlarımız üçün qurbanlar kəsdik.

Amma qazilər yaman “qazlı” qayıtdılar. Hamısına aid deyil əlbəttə ki, ancaq çoxuna aiddir.

“Qaziyəm!” sözü parola döndü, “əynimdəki formaya hörmət elə!” ifadəsi ittiham oldu.

Nə qədər adam qazilik imtiyazından sui-istifadə elədi. Feysbukda qızlara “padxod” etməkdən tutmuş, paltar alanda qiymət “öldürməyə” qədər.

Yadınıza salın, pandemiya qadağalarının tüğyan etdiyi vaxt nə qədər qazi maskasız gəzirdi, bir söz deyən olanda da, “qaqa, qaziyəm, hörmət elə” deyirdilər.

(Bəlkə də yersiz bənzətmə olacaq, amma qırmızı hərbi bileti Mayakovskinin “qırmızı sovet pasportu”na döndərmişdilər:

Alın ha,

Yana-yana qalın ha.

Mən Sovet vətəndaşıyam!..)

Hələ keçən dəfə nə eşidirəm. Dörd dost kafelərdən birində oturub yeyib-içib. Hesab vaxtı gələndə deyiblər ki, biz qaziyik, pul vermirik. Məsələyə polis qarışandan sonra məcbur hesabı ödəməli olublar.

Belə hadisələr n qədər olub bu dörd ilin içində.

İndi də bu qəzanı törədən qazi.

Sənə kim ixtiyar vermişdi sürücülük vəsiqən olmadan sükan arxasına keçirdin? Özün bir yana, başqalarının da həyatını təhlükəyə atırdın. Necə ki oldu. İndi sənin qaziliyin o vəfat etmiş qadını həyata qaytaracaq? Ya, yaralananları sağaldacaq?

Qanun hamı üçün birdir. Qazilər üçün də, hərbiyə yarasızlar üçün də, məmurlar üçün də.

Bir şeyi başa düşün, qazilik imtiyaz deyil. Vətən uğrunda döyüşmək bütün döyüşə yararlı vətəndaşların borcudur. Və bu, kimisə kimdənsə üstün eləmir.

# 3352 dəfə oxunub

Oxşar xəbərlər

Memarlıqdan estradaya uzanan yol - Mirzə Babayev kimdir?

Memarlıqdan estradaya uzanan yol - Mirzə Babayev kimdir?

11:00 16 iyul 2026
Türkiyə şou-biznesinə narkotik basqını -  İlyas Yalçıntaş və Sıla Türkoğlu saxlanıldı

Türkiyə şou-biznesinə narkotik basqını - İlyas Yalçıntaş və Sıla Türkoğlu saxlanıldı

10:40 16 iyul 2026
Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi

10:16 16 iyul 2026
İnsan necə yaranıb? - Dinin, elmin və fəlsəfənin cavabları

İnsan necə yaranıb? - Dinin, elmin və fəlsəfənin cavabları

10:06 16 iyul 2026
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı

16:15 15 iyul 2026
"Vətən yaxşıdır"la ölümsüzləşən qəhrəman - Xudayar Yusifzadə kimdir?

"Vətən yaxşıdır"la ölümsüzləşən qəhrəman - Xudayar Yusifzadə kimdir?

15:00 15 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər