“The Guardian”ın “Black Garden” filmində Qarabağla bağlı təhriflərə etiraz olundu

“The Guardian”ın “Black Garden” filmində Qarabağla bağlı təhriflərə etiraz olundu
4 sentyabr 2026
# 12:16

Azərbaycan İctimai Birliyi “İnsan Hüquqlarının Təbliği Mərkəzi”nin rəhbəri, professor Əmir Əliyev beynəlxalq media orqanı “The Guardian“a məktub göndərib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Əmir Əliyev məktubu “The Guardian“ın Aleksis Pazumianın (Alexis Pazoumian) “Black Garden” sənədli filmi ilə bağlı son materialına cavab olaraq göndərib.

Əmir Əliyev bildirib ki, münaqişənin tarixindən bəhs edilərkən azərbaycanlıların yaşadıqlarının diqqətdən kənarda qalmasına yol vermək olmaz. Onun sözlərinə görə, doğma yurdlarından didərgin salınmış insanların, eləcə də Xocalı qətliamının qurbanlarının, həmçinin sağ qalanların səsləri eşidilməlidir.

O, “The Guardian”ı bu şəxslərin mövqeyinə də yer ayırmağa, nəşrin materialında əksini tapmayan faktları və baxışları nəzərə almağa çağırıb.

Əmir Əliyevin “The Guardian”ın redaktoruna ünvanladığı məktubda deyilir:

“The Guardian"ın Aleksis Pazumianın "Black Garden" sənədli filmi ilə bağlı materialı ciddi narahatlıq doğurur. Materialda Ermənistanın beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərini işğal etməsi və bir milyondan çox azərbaycanlının məcburi köçkün düşməsi də daxil olmaqla, mühüm faktlar qeyd olunmayıb.

Əsas narahatlığımız ondan ibarətdir ki, avqustun 31-də, 2026-cı ildə "The Guardian"ın saytında dərc olunan resenziya filmin müzakirəsi çərçivəsindən kənara çıxaraq münaqişə ilə bağlı "The Guardian"ın öz təsvirini təqdim edir. Azərbaycanın Qarabağ bölgəsindən "Dağlıq Qarabağ" kimi bəhs edən resenziyada, guya, "əsasən ermənilərdən ibarət əhalinin Azərbaycan ordusunun saysız-hesabsız hərbi kampaniyalarına qarşı mübarizə apardığı", "onilliklər boyu davam edən ərazi mübahisəsi" təsvir olunur.

Film bir perspektivi təqdim edir. Lakin böyük beynəlxalq media orqanı tarixi konteksti öz adından təqdim etdikdə həmin kontekst dəqiq olmalıdır. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və olaraq qalır. Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci ildə "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə qərarında Ermənistanın söhbət gedən ərazilər üzərində effektiv nəzarət həyata keçirdiyini müəyyən edib.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiqlənib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb edilib.

"The Guardian"ın ədalətli və dəqiq jurnalistika prinsiplərinə sadiqliyinə uyğun olaraq, sizdən bu məktubu "Letters" bölməsində dərc etməyinizi və didərgin düşmə və zorakılıq yaşamış azərbaycanlılara, o cümlədən səsləri də eşidilməyə layiq olan Xocalı faciəsinin qurbanları və sağ qalanlarına yer ayırmağınızı xahiş edirik.

Həmçinin hər iki tərəfin perspektivinin təmsil olunmasını təmin etmək üçün "The Guardian"ı azərbaycanlı rejissorların faktlara əsaslanan sənədli filmlərini də nəzərdən keçirməyə çağırırıq.

Müəllifin bizimlə birbaşa əlaqə saxlamasını alqışlayırıq və sənədləşdirilmiş araşdırmaları, eləcə də birinci əldən məlumatları təqdim etməyə hazırıq. Azərbaycan və Ermənistan barışığa doğru irəlilədiyi bir vaxtda balanslaşdırılmış yanaşmalar xüsusilə vacibdir.

Diqqətinizə görə təşəkkür edirik”.

# 62 dəfə oxunub

Oxşar xəbərlər

Absurd yumor və qorxunun vəhdəti - Ceyn Şönbrunun yeni filmi

Absurd yumor və qorxunun vəhdəti - Ceyn Şönbrunun yeni filmi

11:50 4 sentyabr 2026
Denni DeVito "Əkizlər"in davamından niyə imtina etdiyini açıqladı

Denni DeVito "Əkizlər"in davamından niyə imtina etdiyini açıqladı

10:20 4 sentyabr 2026
Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

17:40 3 sentyabr 2026
"Spider-Man: Brand New Day" "Titanik"i geridə qoydu

"Spider-Man: Brand New Day" "Titanik"i geridə qoydu

12:20 3 sentyabr 2026
Yeddi illik fasilədən sonra yeni "Pokemon" filmi gəlir

Yeddi illik fasilədən sonra yeni "Pokemon" filmi gəlir

11:40 3 sentyabr 2026
Məşhur "13-cü cümə" qorxu filminin ssenaristi vəfat etdi

Məşhur "13-cü cümə" qorxu filminin ssenaristi vəfat etdi

11:00 3 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər