“Euronews”: "Udi zəvvarları üçün Gəncəsər Monastırına qayıdış dərin tarixi əlaqənin bərpasıdır"

“Euronews”: "Udi zəvvarları üçün Gəncəsər Monastırına qayıdış dərin tarixi əlaqənin bərpasıdır"
24 sentyabr 2026
# 17:27

“Euronews” Alban-Udi xristianlarının Azərbaycanın Qarabağ bölgəsində dini ayinləri barədə videoçarx yayımlayıb.

APA xəbər verir ki, videoçarxda Alban-Udi icmasının Ağdərə rayonunun Vəngli kəndi yaxınlığında yerləşən Gəncəsər Monastırında keçirdiyi dini ayindən görüntülər təqdim olunub.

Videoçarxda qeyd olunur ki, Azərbaycanın Udi xristianları Qarabağın tarixi xristian məkanlarında əsrlərdir davam edən ziyarət və dua ənənəsini yaşatmaqda davam edirlər.

Bildirilir ki, Udi icmasının əsas hissəsi Qəbələ rayonunun Nic kəndində yaşayır.

Materialda Gəncəsər Monastırının əsas kilsəsinin Həsən-Cəlal Dövlənin hakimiyyəti dövründə 1216–1238-ci illərdə inşa edildiyi qeyd olunur.

Videoçarxda Alban-Udi Xristian İcmasının sədr müavini Rafiq Danakarinin fikirlərinə də yer verilib.

“Bu gün müstəqilliyimizin əldə olunması sayəsində müqəddəs atalarımız tərəfindən tikilmiş monastırdayıq. Biz tariximizlə fəxr edirik”, – Rafiq Danakari bildirib.

“Euronews” qeyd edir ki, Udi zəvvarları üçün Gəncəsərə qayıdış həm də dərin tarixi əlaqənin bərpası deməkdir. Materialda dini ayinin Udi dilində keçirilməsinin də xüsusi əhəmiyyət daşıdığı vurğulanır.

Videoçarxda Alban-Udi icmasının Qarabağdakı digər tarixi xristian məkanlarına da ziyarətlər etdiyi bildirilir.

Bunlar arasında Kəlbəcər rayonunda yerləşən Xudavəng, Laçın rayonundakı Ağoğlan və Xocavənd rayonundakı Amaras monastırlarının adı çəkilir.

Materialda Azərbaycanın dünyəvi ölkə olduğu, əhalisinin böyük əksəriyyətinin müsəlmanlardan ibarət olduğu, bununla yanaşı, xristianların, yəhudilərin və digər dini icmaların da ölkənin dini və mədəni mənzərəsinin bir hissəsini təşkil etdiyi qeyd olunur.

“Euronews” həmçinin müasir Azərbaycan ərazisində xristianlığın qədim tarixə malik olduğunu bildirir. Videoçarxda Şəki yaxınlığındakı Kiş kilsəsi və Qəbələ rayonunun Nic kəndində Udi icmasının xristian dini ənənələrini davam etdirməsi bu tarixi irsin nümunələri kimi təqdim olunur.

“Euronews”un videoçarxında Qarabağdakı tarixi xristian məkanlarının qorunması və onların tarixi kimliyi məsələsinin bölgənin keçmişi ilə bağlı daha geniş müzakirələrin tərkib hissəsi olaraq qaldığı da vurğulanır.

“Euronews”un videoçarxına buradan baxmaq olar.

# 649 dəfə oxunub

Oxşar xəbərlər

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

11:40 11 noyabr 2026
İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

11:20 11 noyabr 2026
1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

11:00 11 noyabr 2026
“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

10:40 11 noyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:20 11 noyabr 2026
Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər