Azərbaycanlı aktyor Hollivudda filmə çəkiləcək

Azərbaycanlı aktyor Hollivudda filmə çəkiləcək
5 dekabr 2025
# 17:56

Azərbaycanlı aktyor Eldar İsgəndərov Grant Singerin çəkəcəyi “Reenakt” adlı filmin aktyor heyətinə qoşulub.

Kulis.az “Deadline”yə istinadən xəbər verir ki, o, Benisio del Toro, Kameron Diaz və Ana de Armas kimi Hollivud ulduzları ilə tərəf müqabili olacaq.

Filmin süjeti ilə yanaşı Eldar İsgəndərovun rolu da gizli saxlanılır.

Filmin çəkilişlərinin bu ilin sonlarında Los-Ancelesdə aparılması planlaşdırılır.

Qeyd edək ki, əslən Azərbaycandan olan Eldar İsgəndərov Niderland və Belçikada böyüyüb. O, Savanna İncəsənət və Dizayn Kollecinin məzunudur. Onun “Reenactment” filmindəki işi İsgəndərovun bu il oynadığı üçüncü bədii filmdir. O, Jesse Eisenbergin “A24” və “Fruit Tree” filmləri üçün çəkdiyi, hələ yayımlanmamış musiqili komediya layihəsində, eləcə də “Topic Studios” tərəfindən istehsal olunmuş Jordan Firstmanın rejissorluq debütü olan “Club Kid” filmində baş rolları oynayıb.

# 1951 dəfə oxunub

Oxşar xəbərlər

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
Rembrandtın "Gecə keşikçisi"  tablosunda  bakteriyalar aşkar edildi

Rembrandtın "Gecə keşikçisi" tablosunda bakteriyalar aşkar edildi

16:26 11 noyabr 2026
Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

15:28 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər